Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

22 Aprel 2011 - �15

 

Jurnalistika fakültəsinin ilk dekanının xatirə günü keçirildi

 

Aprelin 21-də Bakı Dövlət Universitetində Azərbaycanda ali jurnalistika təhsilinin görkəmli təşkilatçısı, yazıçı-publisist Nurəddin Babayevin anadan olmasının 90 illiyinə həsr edilmiş tədbir keçirildi.

Tədbirdə N.Babayevin keçmiş tələbələri, ailə üzvləri, tanınmış ziyalılar, alimlər, universitetin professor-müəllim və tələbə heyəti, eləcə də KİV təmsilçiləri iştirak edirdilər.

BDU-nun rektoru, millət vəkili Abel Məhərrəmov tədbiri açaraq iştirakçıları salamladı və dəvəti qəbul edən qonaqlara təşəkkürünü bildirdi.

A.Məhərrəmov giriş sözündə jurnalistika fakültəsinin ilk dekanı olmuş professor Nurəddin Babayevin yaradıcılığının və pedaqoji fəaliyyətinin gənclərin əxlaqının formalaşmasında və Azərbaycanda istedadlı jurnalist kadrlarının yetişməsində əhəmiyyətli rolundan bəhs etdi.

Sonra jurnalistika fakültəsinin dekanı, professor Yalçın Əlizadə "Professor Nurəddin Babayevin elmi-pedaqoji və yaradıcılıq fəaliyyəti" mövzusunda geniş məruzə etdi.

Görkəmli yazıçı-publisistin anadan olmasının 90 illiyinə həsr edilmiş xatirə günündə daha sonra BDU-nun kafedra müdirləri, professorlar İzzət Rüstəmov və Qulu Məhərrəmli, "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov, Azərbaycan Respublikası Milli Arxivlər İdarəsinin müdiri Ataxan Paşayev, tarix elmləri doktoru Solmaz Rüstəmova, "Gənc reportyorlar" klubunun rəhbəri, jurnalistika fakültəsinin III kurs tələbəsi Məhəmməd Ağayev, əməkdar jurnalist Əlövsət Bəşirov və başqaları çıxış etdilər.

Xatirələrdə Nurəddin Babayevin şəxsi nümunəsi və publisistik əsərləri ilə gənclərə yüksək mənəvi keyfiyyətlər aşılamasından söz açıldı. Çıxışlarda müasir tələbələrin onun adını və ideyalarını yaşadacağına ümid ifadə olundu. 

Hicran ƏKBƏROVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov