Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

22 Aprel 2011 - �15

 

Unudulmaz sənətkar Şəmsi Bədəlbəylinin yubileyi qeyd edildi

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycanın görkəmli sənətkarı, xalq artisti Şəmsi Bədəlbəylinin anadan olmasının 100 illiyi qeyd edildi. Ölkəmizin mədəniyyət, sənət həyatına, xüsusən də teatr dünyasına əvəzsiz xidmətlər göstərmiş Şəmsi Bədəlbəylinin məhz bu təhsil ocağında anılması təsadüfi deyildir.  

Çünki o, bu sənət məbədində təhsil almış, pedaqoji fəaliyyət göstərmiş kadrlarla işləmiş, onlarla birgə saysız-hesabsız səhnə əsərlərini meydana çıxarmışdır.

Görkəmli sənətkara həsr olunmuş tədbiri giriş sözü ilə açan ADMİU-nun rektoru, professor Timuçin Əfəndiyev Ş.Bədəlbəylinin şərəfli sənət ömrü, məşhur nəsil şəcərəsi, mədəniyyət tariximizdəki uca mövqeyi barədə ətraflı məlumat verdi. Sənətkarın yaradıcılıq yönü, üslubu, milli səhnəqrafiyaya gətirdiyi yeniliklər barədə universitetin müəllimi, professor Məryəm Əlizadənin geniş məruzəsi böyük maraqla dinlənildi. ADMİU-nun prorektoru, sənətşünaslıq doktoru Rafiq Sadıqov Şəmsi Bədəlbəylinin yaradıcılıq bioqrayifasında əhəmiyyətli yer tutan məqamları sadaladı. Respublika Teatr Xadimləri İttifaqının sədri, professor Azər Paşa Nemətov Şəmsi müəllimin uzun illər onun başçılıq etdiyi Gənc Tamaşaçılar Teatrının kollektivinə atalıq qayğısından, təmənnasız yardımından, ümumiyyətlə, insani keyfiyyətlərindən son dərəcə maraqlı detallarla söhbət açdı.

Vaxtilə Şəmsi Bədəlbəyli ilə sıx yaradıcılıq ünsiyyətində olmuş, bu gün isə öz təcrübələrini gənclərlə bölüşən sənətçi-alimlərdən professorlar Ağakişi Kazımov, İlham Namiq Kamal, Ramiz Əzizbəyli, xalq artisti Amalya Pənahova yubilyar haqqında şirin xatirələrini auditoriya ilə bölüşdülər.

Tədbirin sonunda Şəmsi Bədəlbəylinin oğlu, dünyaca məşhur musiqiçi Fərhad Bədəlbəyliyə söz verildi. Fərhad müəllim belə hərarətli, səmimi bir mərasimi təşkil etdiyinə görə hörmətli rektor T.Əfəndiyev başda olmaqla ADMİU-nun çoxsaylı kollektivinə ailəsi adından minnətdarlığını bildirdi. Çıxışında Fərhad Bədəlbəyli atası ilə bağlı ən unudulmaz, həyati məqamları özünəməxsus şux, əlvan boyalarla ilk dəfə konfrans iştirakçılarına sürpriz olaraq yetirdi.

Tədbirin sonunda Şəmsi Bədəlbəylinin həyatını əks etdirən fotostend və 10 dəqiqəlik videofilm nümayiş etdirildi. 

İntiqam MEHDİZADƏ,
ADMİU-nun mətbuat katibi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov