Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

22 Aprel 2011 - 15

 

Yeni kurikulumlarla işləyən müəllimlərə kömək göstərilir

 

Üçüncü ildir ölkəmizdə yeni kurikulumlar tətbiq olunur. Hər il 1-ci siniflərdə dərs deyəcək müəllimləri yeni kurikulumlarla tədrisə hazırlamaq məqsədilə treninqlər, öyrədici kurslar keçirilir. Bu cür treninqlərin keçirilməsi Ucar rayonunda da artıq ənənə halını alıb.  Ötən il iyunun sonunda və uyulun əvvəlində təşkil olunmuş teninqləri Xuraman Qasımovanın rəhbərliyi ilə dörd təlimatçı aparırdı. Kursda fənn kurikulumlarının strukturu və məzmunu, təlim strategiyaları, təlimin planlaşdırılması, qiymətləndirmə mexanizminin tətbiqi müəllimlərə öyrədildi. Bir həftə ərzində müdavimlər təlim kursunun materiallarını tam mənimsəməyə nail oldular.

Məlum olduğu kimi, müasir dövrdə məktəbin və müəllimlərin qarşısında mühüm vəzifələr durur. Bu vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün hər bir müəllim öz üzərində çalışmalı, işinə məsuliyyətlə yanaşmalı, yaradıcı olmalıdır.

Mən RTŞ-ın 37 illik pedaqoji təcrübəyə malik məsləhətçisi kimi çalışıram ki, müəllimlər dərslərini günün tələbləri səviyyəsində qursunlar. Bunun üçün dərslərində təlimin müasir forma və üsullarından istifadə etmələrini onlara tövsiyə edirəm. Təcrübəmə əsaslanaraq qeyd edə bilərəm ki, şagirdlər BİBÖ, Venn diaqramı, klaster, auksion, karusel, söz assosiasiyası, rollu oyunlar və s. kimi yeni təlim üsulları ilə keçilən dərsləri daha yaxşı qavrayırlar. Dərslərin bu formada təşkili şagirdlərin marağını artırır, onlar özləri müstəqil olaraq yenilik axtarışlarına çıxır, maraqlı məlumatlar əldə edirlər. Bu da şagirdlərin sərbəst fikir söyləmək, mühakimə yürütmək, başqalarının fikirlərinə hörmətlə yanaşmaq bacarıqlarını daha da inkişaf etdirir. Bütün bunları gənc müəllimlərə əyani çatdırmaq üçün Ucar şəhər 2 nömrəli orta məktəbdə I sinifdə onlar üçün "açıq dərs" verdim. Ana dilindən keçilən dərsin mövzusu "Ev heyvanlarının faydası"  məqsədi isə şagirdlərdə mətni ifadəli oxumaq, mətni şüurlu şəkildə mənimsəmək, ev heyvanları ilə vəhşi heyvanları fərqləndirmək, mətndəki əsas fikri öz sözləri ilə ifadə etmək bacarıqları aşılamaq idi. Dərsdə həyat bilgisi, rəsm və riyaziyyat fənləri ilə inteqrasiya yaradıldı. Kiçik qruplarla iş formasında aparılan dərsdə təlim üsulu kimi müzakirə və Venn diaqramından, resurs olaraq plakat, şəkillər və işçi vərəqlərindən istifadə olundu. Motivasiya yaratmaq üçün lövhədən rəngli heyvan şəkilləri asıldı, onlar üzərində iş aparıldı. Şagirdlərə aşağıdakı suallarla müraciət edildi:

- Uşaqlar, siz bu heyvanlardan hansılarını tanıyırsınız?

- Sizcə, onlardan hansılar meşədə yaşayır?

- Belə heyvanları  necə adlandırırlar?

- Bəs yerdə qalan heyvanlara harada rast gəlmisiniz?

- Bu heyvanları necə adlandırırlar?

- Deməli, heyvanları neçə qismə ayırmaq olar?

- Bu heyvanlar arasındakı fərq nədir?

Suallar cavablandırıldıqdan sonra mətn ifadəli şəkildə oxundu. Bundan sonra əsas tədqiqat sualı verildi: "Bu heyvanları insanlar nə üçün saxlayırlar?".

Sinif qruplara bölündü və qruplara dərsin mövzusunu özündə əks etdirən işçi vərəqləri paylandı. I qrupa verilmiş heyvan adları arasından ev heyvanlarının adlarını seçib yazmaq, ikinci qrupa  qeyd olunan məhsullardan hansının qoyundan alındığını söyləmək, üçüncü qrupa verilən heyvanların hansından qoşqu kimi istifadə olunduğunu müəyyənləşdirmək, dördüncü qrupa isə hər bir heyvanın səsini qarşısında yazmaq tapşırıldı.

Hər qrup öz işini yerinə yetirdikdən sonra təqdimata başlandı. Liderlərin fikirləri dinlənildi, onlara əlavələr olundu. Qrupların işi şagirdlərin də fikirləri nəzərə alınmaqla qiymətləndirildi.

Müzakirə zamanı müsahibə aparıldı, müəllim tərəfindən heyvanların xeyiri haqqında əlavə məlumat verildi.

BİBÖ üsulundan həm dərsin əvvəlində, həm də sonunda  istifadə edildi. Sonra qiymətləndirmə meyarları cədvəlinə əsasən qiymətləndirmə aparıldı.

Belə "açıq dərs"lər həmkarlarının təcrübəsindəki üstünlükləri, yenilikləri daha tez öyrənib tətbiq etməkdə müəllimlərə çox kömək edir. 

Şəfiqə ƏHMƏDOVA,
Ucar Rayon Təhsil Şöbəsinin metodisti

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov