Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

22 Aprel 2011 - �15

 

Məktəbdə "dəyirmi masa" keçirilib

 

Bakının Ramana qəsəbəsində yerləşən Şuşa rayonu Malıbəyli kənd 1 nömrəli tam orta məktəbdə "Kurikulumların tətbiqi və şagirdlərin təlim nailiyyətlərinin qiymətləndirilməsi" mövzusunda "dəyirmi masa" keçirildi. Məktəbin foyesində şagirdlər qonaqları Vətənə, torpağa, Azərbaycana həsr olunmuş ədəbi-bədii kompozisiya ilə qarşıladılar. Sonra qonaqlar şagirdlərin əl işlərindən ibarət sərgiyə baxdılar. Kompüter otağında informatika müəllimi Nicat Quliyev ibtidai sinif şagirdləri ilə necə işlədiyini nümayiş etdirdi. Tədbir iştirakçıları "açıq dərs"ləri dinlədilər.

I sinifdə mövzu ana dilindən Nizami Gəncəvinin "Kərpickəsən kişi" hekayəsi idi. Müəllim Nailə İbrahimova dərsi qruplarla iş formasında təşkil edərək, sinfi hər birində 6-7 şagird olmaqla dörd qrupa böldü. Müəllim dərsin motivasiya, problemin qoyulması və həlli mərhələlərini bacarıqla qurub yeni mövzunu dərslikdəki mətn və tapşırıqlar əsasında şagirdlərə izah etdi.

II sinifdə riyaziyyatdan mövzu "İl, ay, həftə, gün, saat" idi. Müəllim Süsənbər Rzayeva dərsin motivasiya hissəsində mövzu ilə bağlı tapmacalardan istifadə etdi. Şagirdlər tapmacaların cavablarını açıqladılar. Müəllim yazı taxtasında müxtəlif sözlər yazılmış plakat asdı. Tapşırıqda həmin sözlərin nə bildirdiyi soruşulurdu. Bu məqsədlə plakatın  ortasına sual işarəsi yapışdırılmışdı. Sual işarəsi qaldırılır və oradakı söz oxunurdu. Bu, "Zaman ölçüləri" sözü idi. Dərsdə fərdi və böyük qruplarla iş üsulundan istifadə olundu. Sonra şagirdlərə iş vərəqləri paylandı. Qruplar müstəqil şəkildə həmin vərəqlərdəki tapşırıqları həll və təqdim etdilər. Mövzunun necə mənimsənildiyini öyrənmək məqsədi ilə test tapşırıqları paylandı. İş bitdikdən sonra test cavabları lövhədə asıldı. Şagirdlər öz cavablarını düzgün cavablarla yoxladılar. Səhvə yol vermiş şagirdlər səhvlərini düzəltdilər. Sonda müəllim auksion oyunu keçirdi. Sonuncu fikri deyən şagird auksionu qazandı.

III sinifdə ana dilindən mövzu "Güc birlikdədir" idi. Burada da müəllim Mehriban Mədətova dərsini çox maraqlı qurmuşdu. Sinif hər birində 5 şagird olan dörd qrupa bölünmüşdü. Müəllim lövhədə İvan Krılovun "Xərçəng, ördək və balıq" təmsilindən bir epizod təsvir olunmuş tablo asmışdı. Qruplara bağlanmış vəziyyətdə balaca çubuqlar təqdim etdi ki, şagirdlər onu qırsınlar. Lakin heç bir qrup bunu edə bilmədi. Müəllim çubuq bağlamasını açıb onu tək-tək şagirdlərə payladı.Şagirdlər çubuqları asanlıqla qırdılar.

Müəllim tədqiqat sualları qoydu: 1. "Nə üçün çubuqları bağlı vəziyyətdə sındıra bilmədiniz, lakin tək-tək sındıra bildiniz? Nə üçün xərçəng, ördək və balıq arabanı yerindən tərpədə bilmədilər?". Şagirdlər asanlıqla suallara cavab verdilər. Sonra müəllim dərslikdəki "Güc birlikdədir" mətni üzərində iş apardı. Mətn hissə-hissə oxundu. Sonra mətnə aid tapşırıqlar qruplar üzrə bölüşdürüldü. Müəllim bütün qrupları və qruplardakı şagirdləri fəal işə qoşmuşdu. Sonra şagirdlər mətni səhnələşdirdilər. Mətnin məzmununa uyğun atalar sözləri söylənildi.

"Açıq dərs"lər başa çatdıqdan sonra "dəyirmi masa" ətrafında müzakirələr oldu. Şuşa Rayon Təhsil Şöbəsi metodkabinetinin müdiri Nəzakət Hacıyeva, 4 nömrəli məktəbin müəllimi Kəmalə Musayeva, 6 nömrəli məktəbin müəllimi İradə Vəliyeva, Quşçular kənd tam orta məktəbinin müəllimi Vəsilə Bəxtiyarova və başqaları çıxış edərək dinlənilən dərsləri təhlil etdilər, müsbət cəhətlərini qeyd edib bəzi tövsiyələr verdilər. 

Hafiz QULİYEV,
Şuşa rayonu Malıbəyli kənd 1 nömrəli orta məktəbinin direktor müavini

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov