Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

22 Aprel 2011 - �15

 

Tələbələrin fəaliyyətinə verilən psixoloji tələblər

 

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında apardığımız müşahidələr bəzi qənaətlərə gəlməyə imkan vermişdir. Psixoloqların tədqiqatlarına istinadən söyləmək mümkündür ki, hər bir insanın təlim və tərbiyə prosesində əqli keyfiyyətlərinin inkişaf etdirilməsi bəzən təsadüfi hallarla bağlı olsa da belə, onun emosional vəziyyətinə, mədəni-mənəvi hisslərinə təsirsiz ötüşmür, bütün varlığının tədricən müsbət axında təkmilləşməsinə şərait yaradır. Biliklərin mənimsənilməsi, hər bir tələbənin fərd olmaq etibarı ilə intellektual inkişafı onun bütün daxili aləmində izlər buraxmadan ötüşmür. Buna görə də onların mahiyyətini, başvermə səbəblərini, eləcə də hər bir fərdin özü ilə bağlılığını aydınlaşdırmaq yerinə düşərdi. Tələbənin davranış qaydaları, onun mənəvi tələbatlarının ödənilməsi, bunlarla əlaqədar olan digər zəruri amillərin inkişaf etdirilməsi, yaxud neqativ halların meydana gəlməsi sosial davranış formaları ilə səciyyələnir. Tələbə həyatında mənəvi-siyasi, əqli və estetik hisslər mühüm əhəmiyyət kəsb edir.

Tələbələrlə fəaliyyətin təşkilində təqdim olunan biliklərin mənimsənilməsi, onların ildən-ilə genişləndirilməsi və dərinləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu hisslərlə yaşamaq, tələbə şəxsiyyətinə hörmət hissi ilə yanaşı, onun seçdiyi ixtisasın dərinliklərinə yiyələnməsi üçün məsuliyyət hissini artırır.

Tələbə fəaliyyətini istiqamətləndirmək, yalnız bir sıra sahələri əhatə edən əxlaqi, tarixi, estetik və s. məlumatların çatdırılması ilə həll edilə bilməz. Biliklər sürətli templə arta bilər, lakin fəaliyyətə olan yaradıcı münasibət səmərəli olmaya bilər. Ona görə də inkişafda fasiləlik yaranmaması üçün biliklərin obrazlı şəkildə, emosionallıqla, inandırıcılıqla çatdırılması daim diqqət mərkəzində saxlanılmalıdır. Məşğələlər üçün seçilən faktlar və nümunələr elə olmalıdır ki, tələbəni daxilən həyəcanlandırsın, coşqun münasibət yaratsın, elə keyfiyyətlər aşkarlansın ki, onların tərbiyə olunması zəruri hal alsın. Bunun üçün vacib hesab olunan şərtlərdən biri tələbələrə həm təhsil prosesində, həm də onların ictimai fəaliyyətində müstəqilliyin təmin edilməsidir. Bu olmadan zehni və iradi fəallıq nümayiş etdirmək, biliklərin praktiki əhəmiyyətini təsəvvür etmək, elmi yaradıcılığı inkişaf etdirmək çətinləşə bilər. Digər amillərdən biri də təlim prosesinə olan maraqlara əsaslanan fəal dərketmənin inkişaf etdirilməsidir. Belə olduqda, tələbələr mənimsədikləri məzmun və formaların mahiyyətcə qiymətləndirilməsini bacarır, davranış formalarına yiyələnməkdə davam edirlər. Qiymətləndirmələr, eləcə də tədricən qazanılan təcrübə, birinci növbədə, dünyagörüşün, elmi biliklər sisteminin və mədəni münasibət formalarının bərqərar olmasına şərait yaradır. Bu baxımdan, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının çoxillik təcrübəsinə müraciət etmək yerinə düşərdi. Burada ənənəvi olaraq birinci kurs tələbələrilə müxtəlif tədbirlər keçirilir.

Tələbələrdə mənəvi keyfiyyətlərin inkişaf etdirilməsində milli mentalitetlə bağlı olan nümunələrdən istifadə etməyin əhəmiyyəti böyükdür.

Professor-müəllim heyəti, məşğələlərin gedişində, nəzərdə tutulan məsələləri bacarıqla həll etməklə, tələbələrdə yaratdığı münasibətin formalaşdırılması, onların müstəqil çalışmaq vərdişlərinə yiyələnmələri, tapşırıqların həllində şəxsi fəallıqlarının təmin edilməsi və s. həyata keçirir. Tələbələrə müntəzəm diqqətlilik, onlara hörmətlə yanaşma müsbət çalarlar yaratmaqla tərbiyəvi tədbirlərin təsir gücünü artırır.

Tələbələr arasında dostluq və səmimi yoldaşlıq münasibətlərinin yaradılması da mühüm məsələlərdən biridir. Belə münasibətlərin formalaşdırılması onlarda gümrahlıq yaradır, həyat eşqini gücləndirir, daha çox çalışmaq, qarşıya çıxan çətinlikləri aradan qaldırmaq əhvali-ruhiyyəsi yaradır, eqoizm, mənəm-mənəmlik, düşünülməmiş hərəkətlər etmək, kobudluq, hörmətsizlik göstərmək kimi hallar tədricən aradan qalxır.

Tələbələrin fəaliyyətinin təşkilində gələcək peşə fəaliyyətində nailiyyətlər qazanmaq üçün onlara hansı hissi-emosional təcrübənin lazım olacağı da nəzərə alınmalıdır. Ali məktəbi bitirdikdən sonra əmək fəaliyyətinin ilkin mərhələsində bir sıra xoşagəlməz hallarla rastlaşmaq mümkündür, halbuki, onların baş verəcəyi ehtimalları ali məktəb illərində nəzərə alınmalıdır. Ona görə də təlim prosesi elə təşkil olunmalıdır ki, tələbələrdə formalaşan keyfiyyətlər, onların əmək fəaliyyətində rastlaşacaqları vəziyyətlərlə, təxmini də olsa, yaxın olsun. Bütün bunlara, təlim prosesinin vəzifə və şərtlərini əmək fəaliyyətinin tələblərinə yaxınlaşdırmaqla nail olmaq mümkündür.

Tələbə fəaliyyətinə verilən pedaqoji tələblərdən biri özünütərbiyə prosesinin təşkilidir. Öz hərəkətlərini düzgün qiymətləndirməyi bacarmaq, insanlara xoş təsir bağışlamaq, məsuliyyətli olmaq, şəxsi ləyaqətini qorumaq, şərəf hissini artırmaq kollektiv münasibətə xoş təsir bağışlayır. Mərifətli olmaq, tələbələrdə öz hisslərini qiymətləndirmək bacarıqlarını formalaşdırmaq və onların daim təkmilləşdirilməsi qayğısına qalmaq gündəlik fəaliyyətin təxirəsalınmaz vəzifələridir.

Məlum olduğu kimi, mühazirələrdə, seminar məşğələlərində ixtiyari diqqətin fəaliyyəti daha fəaldır. Çıxışlara, məruzələrə hazırlıq, müstəqil iş bütövlükdə mütəşəkkillik, təkidlik, özünənəzarət və tənqidi münasibət tələb edir, müstəqillik və təşəbbüskarlıq göstərilir. Bütün bunlara rəğmən iradi keyfiyyətlərin inkişafı tələbələr üçün vacib psixoloji və pedaqoji tələblər sayılır. Yalnız bu yolla fəaliyyətdə baş verən çətinliklər aradan qaldırıla bilər, xüsusilə birinci kurslarda bunun əhəmiyyəti daha böyükdür, işgüzarlığın göstərilməsi və nailiyyətlərin qazanılmasında iradi fəaliyyət intensivləşdirilməlidir.

İradə və iradi keyfiyyətlər tələbələrin fərdi fəallığı, özünütənzim, imkanlarını səfərbər etmək, davranışlarını idarə etmək işində də özünü qabarıq göstərir. Eyni zamanda, burada təcrübə, bilik və bacarıqlar, vərdişlər, fərdi xüsusiyyətlər, motivlər, dünyagörüş də az əhəmiyyət kəsb etmir. Deyildiyi kimi, iradi fəaliyyətin başlıca xüsusiyyətlərindən biri də motivasiya ilə sıx bağlılıqdır. Şəxsi, situativ xarakterli hər bir iradi keyfiyyət ümumi cəhətlərilə bərabər, xüsusi cəhətlərə də malikdir. Belə ki, məqsədyönümlük tələbə həyatında, onun gündəlik fəaliyyətində konkret məqsədə istinad edir (məqsəd yaxın və uzaq məsafəli də ola bilər). İntizamlı olmaq, əxlaqi baxımdan, inamın tərkib hissəsidir. Bu, yalnız müxtəlif şəraitlərdə özünüidarə ilə məhdudlaşmır, eyni zamanda, biliklərə, təfəkkürə, emosiyalara, eləcə də tələbələrin fiziki keyfiyyətlərinə istinad edir. Müstəqillik, təşəbbüskarlıq, qətiyyətlik, təkidlik, mərdlik və s. bu kimi iradi keyfiyyətlər bir-birilə sıx əlaqədə olmaqla, tədricən inkişaf etdirilir, tələbələri zərərli təsirlərə düşməkdən qoruyur, çətin şəraitlərdə səmərəli fəaliyyəti təmin edir.

Biz tələbələrə "Ali məktəbdə hansı şəxsi keyfiyyətləri əxz etmək istərdiniz" sualı ilə müraciət etmişdik. Onların əksəriyyəti cavablarda mərdlik keyfiyyətinə üstünlük vermişdir. İradi davranış qaydalarına  əməl edilmədikdə, təlim prosesində, eləcə də təlimdən kənar fəaliyyətlərdə ciddi nöqsanlar meydana gəlir, tələbələr süni qıcıqlandırıcılara, süni yollarla zövq almağa meyillənirlər ki, bu da mənfi halların yaranmasına səbəb olur.

Təlim prosesindəki müvəffəqiyyətsizlik, tələbə fəaliyyətinin səmərəliliyinə mənfi təsir edir. Belə hallarda konkret səbəblər araşdırılmalı, tələbədə çətinliyi aradan qaldırmaq üçün həvəs yaradılmalı, inandırılmalıdır ki, onda maneələri dəf etmək üçün bütün imkanlar vardır, o buna qadirdir. Əgər tələbədə öz qüvvəsinə inam yoxdursa, verilən tapşırıqları müxtəlifləşdirmək, tərifləməkdən, başqalarına nümunə göstərmək kimi üsullardan istifadə etmək olar.

Tələbələrin müstəqil çalışmaq vərdişlərinə yiyələnmələri onların fəaliyyəti üçün geniş imkanlar yaradır. Müxtəlif kurs tələbələri qarşıya çıxan çətinlikləri özünütərbiyə yolu ilə aradan qaldırmağa çalışırlar. Bu məqsədlə onlar özünənəzarət, özünəinam, özünəəmr, "özü ilə mübarizə" kimi vasitələrdən istifadə edirlər. Hər bir kiçik qələbə insanı daha da qüvvətli edir. Bədəni məşq etdirməklə insan sağlam, gümrah, dözümlü və çevik olduğu kimi, ağlı da, psixoloji prosesləri də məşq etdirməklə psixi vəziyyəti sazlamaq mümkündür.

Tələbə fəaliyyətinin təşkili ali təhsil illərində müxtəlif istiqamətlər kəsb edir. Əgər birinci kursda təhsildə yüksək göstəricilərə nail olmaq üçün səy göstərilirsə, yuxarı kurslarda ixtisasla bağlı məsələlər ön plana çəkilir, gələcək peşə fəaliyyəti daha çox düşünülür. Bu, onunla izah olunur ki, birinci kurs tələbələri orta məktəblə bağlı olan bəzi ədalarla mübarizə aparmalı olur, fəaliyyətin yeni formalarına yiyələnirlər. Yuxarı kurslarda isə onlar artıq əmək fəaliyyətinə hazırlaşırlar.

Fəaliyyətə yaradıcı münasibət, mövcud biliklərin səfərbər edilməsi və düzgün tətbiqi olmadan, gündəlik məlumatların təhlili aparılmadan, onlardan istifadə üçün müxtəlif vasitələri tətbiq etmədən qeyri-mümkündür.

Tələbələrdə idrak proseslərini fəallaşdırmağın yeganə yolu ayrı-ayrı problemlər üzrə qabaqcadan zəruri məlumatların əldə edilməsidir.

Ali məktəb tələbələrinin təhsil illərindəki fəaliyyəti, eləcə də davranışları üç əsas tipə ayrılır: birinci tip tələbələrin ali məktəbdə təlimin məqsəd və vəzifələrinə hərtərəfli münasibət göstərməyi nəzərdə tutur; ikinci tip məhdud peşəyə meyillənmə cəhdi ilə səciyyələnir. Tələbələrin dərketmə qabiliyyəti artıq tədris proqramlarından kənara çıxır, öyrənilənlərin daha da dərinləşdirilməsi prosesi gedir; üçüncü tip bilik və bacarıqların, vərdişlərin qazanılmasını tədris proqramları həcmində nəzərdə tutur, fəallıq, yaradıcı münasibət o qədər də yüksək olmur.

Hər bir fənnin tədrisində tələbəyə mənimsədiyi biliyin səviyyəsinə görə yanaşılmalıdır. Psixoloji ədəbiyyatlarda belə səviyyələrin müxtəlifliyi qeyd olunmuşdur. Birinci səviyyə dərketmə, fərqləndirmə, tanıma və obyektin öyrənilməsidir. İkinci səviyyə öyrənilənlərin yadda saxlanılması və yada salınması ilə xarakterizə olunur. Üçüncü səviyyə isə ən yeni texniki nailiyyətlərin tətbiqi ilə əlaqədardır.

Təhsil illərində tələbələrin əmək fəaliyyətinə hazırlanması ali məktəb rəhbərliyinin, professor-müəllim heyətinin, bütün ictimai təşkilatların həyata keçirdikləri təlim-tərbiyə işinin mühüm vəzifəsidir.

Tələbələrin əmək fəaliyyətinə hazırlığının çoxcəhətli proses olduğu nəzərə alınarsa, bunu şərti olaraq üç mərhələyə bölmək olar. Birinci mərhələ, abituriyentin peşə təmayülü baxımından seçimidir. İkinci mərhələ təlimdə əmək fəaliyyəti ilə əlaqədar formalaşdırılma prosesidir. Üçüncü mərhələ isə peşə fəaliyyətinə hazırlığın başlanmasıdır.

Bir məsələni də mütləq qeyd etmək lazımdır ki, bəzi tələbələr elmi tədqiqat işi üçün mövzular seçir, lakin az sonra onun perspektivli olmadığı haqqında şübhəyə düşürlər. Bununla da inamsızlıq yaranır. Bu da onun peşə fəaliyyətinə hazırlıq işinə mane olur.

Ali məktəb həyatında tələbə fəaliyyəti üçün əhəmiyyətsiz məsələ yoxdur. Psixoloji nəzarətin, təhlil və tövsiyələrin verilməsi həmişə vacib amil hesab olunur. 

Tomas İSMAYILOV,
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının dosenti,
respublikanın əməkdar müəllimi, 

Bəhruz CABBARLI,
ADBTİA-nın baş müəllimi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov