Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

22 Aprel 2011 - �15

 

Lənkəran Dövlət Universitetində yubiley tədbiri

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi, Lənkəran Dövlət Universitetinin dosenti, əməkdar müəllim Hacı Mirhaşım Mirmurtuza oğlu Talışlının adı təkcə Lənkəranda deyil, respublikamızın hər yerində yaxşı tanışdır. Əruz vəzninin  gözəl bilicisi, XIX əsr Lənkəran ədəbi mühitinin tədqiqatçısı, şair Hacı Mirhaşım Talışlının 85 yaşı tamam olmuşdur. 65 illik yaradıcılıq yolu keçmiş M.Talışlı Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə 2006-cı ildə Prezident təqaüdünə layiq görülmüşdür.

Şair Hacı Mirhaşım Talışlının anadan olmasının 85 və yaradıcılığının 65 illiyi münasibətilə Lənkəran Dövlət Universitetində tədbir keçirilmişdir. Universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor  Asəf İsgəndərov tədbiri açaraq yubilyarı təbrik etmişdir.

Universitetin mətbuat və informasiya xidmətinin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Hacı Etibar Əhədov Hacı Mirhaşım Talışlının həyat və yaradıcılığı haqqında məruzə etmişdir.

Universitetin dosenti, filologiya elmləri namizədi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Mirhüseyn Abbas, universitet valideynlər şurasının sədri Sərhad Məmmədov, "Respublika" qəzetinin bölgə müxbiri Əlisəfa Həsənov, Azərbaycan Yazıçılar Birliyinin üzvü Şahan Zeynalov, universitetin tələbəsi Əlirza Məhərrəmov çıxış edərək yubiley münasibətilə Hacı Mirhaşım Talışlını təbrik etmiş, ona möhkəm cansağlığı, yaradıcılığında uğurlar arzulamışlar.

Azərbaycan Yazıçılar Birliyinin üzvü Aliyə Seyidqızı yubilyara həsr etdiyi şeirini oxumuşdur.

Hacı Mirhaşım Talışlı xoş sözlərə görə minnətdarlığını bildirmiş, keçdiyi həyat yolundan danışmış, bundan sonra da qələmi ilə xalqa xidmət edəcəyini, ümummilli lider Heydər Əliyev ideyalarına daim sadiq qalacağını bildirmiş, yaradıcılıq planlarından söz açmışdır.

Sonda yubilyara hədiyyələr verilmişdir.

Tədbirdə Lənkəran ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.  

Ülkər İSMAYILOVA,
Lənkəran Dövlət Universitetinin Mətbuat və informasiya mərkəzinin üzvü

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov