Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU)
tələbə və müəllimləri Böyük Britaniyanın Oksford
Brookes Universitetində təşkil olunmuş "Xarici
sərmayənin idarə olunması" mövzusunda seminarda
iştirak etmişlər.
ADİU-dan AzərTAc-a bildirmişlər ki, seminarda
Oksford Brookes Universitetinin müəllimlərinin
mövzu ilə bağlı mühazirələri dinlənilmişdir.
Üç gün davam edən seminarın yekununda ADİU-nun
tələbələrinə Oksford Brookes Universitetinin
sertifikatları təqdim olunmuşdur.
Qeyd edək ki, seminar günlərində ADİU-nun
nümayəndələri Oksford Brookes Universitetində
müxtəlif görüşlər keçirmiş, fikir mübadiləsi
aparmışlar. Onlar həmçinin Kembric şəhərinə
ekskursiyada iştirak etmiş və Kembric
Universitetinin zəngin kitabxanası ilə tanış
olmuşlar. |