Bakının Mərdəkan qəsəbəsindəki Nizami adına
Mədəniyyət Evində 124 nömrəli məktəbin IX "c"
sinif şagirdlərinin iştirakı və həmin sinfin
evdə təhsil alan şagirdi Əli Əliyevin
aparıcılığı ilə "Sağlam fikirlə yaşayaq!" adlı
ədəbi-musiqili tədbir keçirilib. Tədbirdə
şagirdlərdən Emin, Rəfiqə, Aygün, Sərxan, Əmrah,
Elmin, Əfsanə və Kənan maraqlı kompozisiya
nümayiş etdiriblər.
Mövzu ətrafında diskussiya aparılıb. Şagirdlər
"Əsl xoşbəxtlik nədir" sualı ilə bağlı öz
fikirlərini, sağlamlıqla yanaşı, sağlam fikir və
düşüncəyə sahib olmağın da insanın özünü xoşbəxt
hiss etməsində mühüm amil olduğunu bildiriblər.
Tədbirdə çıxış edən sosioloq Rafiq Təmrazov
sağlam düşüncəyə yiyələnməyin yollarından
danışıb, şagirdlərə tövsiyələr verib.
Məktəbin direktoru Sevda Abdullayeva, müavini
Arizə Mahmudova, IX "c" sinfinin rəhbəri Axtər
Nağıyeva və fənn müəllimləri mövzu ilə bağlı öz
fikirlərini bildiriblər.
Zülfiyyə AĞASƏLİMQIZI |