Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

22 Aprel 2011 - 15

 

Cəfər Cabbarlıya həsr olunmuş tədbir

 

Saatlı şəhər S.Vurğun adına 1 nömrəli tam orta məktəbdə tez-tez sinifdənxaric tədbirlər keçirilir. Maraqlı təşkil olunan bu tədbirlərdə məqsəd şagirdlərin dünyagörüşünü genişləndirməkdir. Bu günlərdə C.Cabbarlıya həsr edilmiş "Mən bir solmaz yarpağam ki..." adlı gecə də bu baxımdan yəqin ki, şagirdlərin yaddaşlarında uzun müddət qalacaqdır.

XX əsr Azərbaycan dramaturgiyasının banisi Cəfər Cabbarlıya həsr edilmiş gecənin təşkilatçısı, məktəbin dil-ədəbiyyat müəllimi Hicran Quliyeva tədbiri açaraq onun məqsəd və məramı haqqında məlumat verdi. Məktəbin direktoru, pedaqoji elmlər namizədi, əməkdar müəllim Oqtay Məmmədov giriş sözü söylədi. O diqqətə çatdırdı ki, görkəmli ədiblərin yubiley gecələrinin keçirilməsi şagirdlərin  ədəbi-bədii təfəkkürünün formalaşmasına böyük kömək göstərir.

Tədbirdə məktəbin VII "c" sinif şagirdləri Aytac Allahverdiyeva və Ağalı Hüseyn Cəfər Cabbarlının əsərlərindən səhnəciklər göstərdilər. Cabbarlısevərlər öz çıxışlarında ədibin "Sevil", "Almaz", "1905-ci ildə", "Yaşar" və s. pyeslərindən, hekayələrindən bəhs etdilər.

Ədəbi-bədii gecədə rayon təhsil şöbəsinin müdir müavini, filologiya elmləri namizədi Şöhrət Bədəlov, "Dönüş" qəzetinin baş redaktoru, respublikanın əməkdar mədəniyyət işçisi Qaçay Əhmədov, məktəbin dil-ədəbiyyat müəllimi Sabir Tağıyev çıxış edərək tədbiri yüksək dəyərləndirdilər, böyük dramaturq Cəfər Cabbarlı ilə bağlı maraqlı məlumatlar söylədilər.

Gecənin sonunda məktəbin direktoru O.Məmmədov tədbirin təşkilatçısı Hicran Quliyevaya Fəxri fərman təqdim etdi. Gecədə fərqlənən bir qrup şagird də mükafatlandırıldı. 

Füzuli CƏFƏROV,
Saatlı şəhər 1 nömrəli orta məktəbin tədris işləri üzrə direktor müavini

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov