Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

29 Aprel 2011 - �16 

 

Gəncədə zona elmi-praktik konfransı keçirilib

 

Xəbər verdiyimiz kimi, aprelin 21-də Gəncədəki 27 nömrəli məktəb-liseydə təhsil naziri Misir Mərdanovun iştirakı ilə "Müasir təhsilin davamlı inkişafı: reallıqlar, perspektivlər" mövzusunda zona elmi-praktik konfransı keçirildi. Konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Təhsil Nazirliyinin nümayəndələri, Təhsil Problemləri İnstitutunun əməkdaşları, Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Mahal Əliyev, Naftalan şəhər, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy rayon təhsil şöbələrinin müdirləri, metodistlər, məktəb direktorları iştirak edirdilər.

Təhsil naziri Misir Mərdanov öncə məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış oldu. Sonra riyaziyyat müəllimləri Yeganə Səfərovanın III sinifdə, Nabat Qasımovanın isə IX sinifdə apardıqları "açıq dərs"lərdə iştirak etdi.

Konfransı giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov son illər respublikada aparılan təhsil islahatları haqqında məlumat verdi. Bildirildi ki, ölkənin davamlı inkişafı üçün təhsil sahəsi ən vacib sahələrdəndir. Son illər Gəncədə olan dinamik inkişafdan söz açan nazir ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirdiyini bildirdi, bu məqsədlə qəbul olunmuş  proqram çərçivəsində görülən misilsiz işlər haqqında danışdı. Ölkənin təhsil sistemində həyata keçirilən islahatları, son zamanlar xeyli sayda yeni məktəb binasının tikilərək istifadəyə verildiyini, bütün ümumtəhsil müəssisələrinin ən zəruri avadanlıqlarla, o cümlədən kompüter texnologiyaları ilə təchiz olunduğunu diqqətə çatdırdı. Nazir bildirdi ki, Prezident cənab İlham Əliyevin imzaladığı sərəncamlara və müvafiq göstərişlərə əsasən hazırda ölkə üzrə qəza vəziyyətində olan 525 məktəb 2013-cü ilə kimi təmir olunaraq müasir tələblər səviyyəsinə çatdırılacaq.

Son illər yeni kurikulumun tətbiqi məsələlərindən söz açan M.Mərdanov bu istiqamətdə görülən işlərin davamlı olacağını nəzərə çatdırdı. Təhsil naziri Misir Mərdanov pilot məktəbdə iştirak etdiyi dərslərdən danışaraq tədris prosesindən razı qaldığını bildirdi.  Çox yüksək səviyyəli dərslərin şahidi olduğunu, hər iki müəllimin yüksək səviyyədə dərs apardığını, xüsusilə Yeganə müəllimin dərsinin tam standartlara uyğun  və dünyanın ən inkişaf etmiş ölkələrində keçilən dərslər səviyyəsində olduğunu qeyd etdi. Nazir bildirdi ki, bizim əsas məqsədimiz Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatların gedişini izləmək, qiymətləndirmək və gələcək planlarımızı qurmaqdan ibarətdir. Prezidentin tapşırığı ilə yaxın illər ərzində Azərbaycanda bütün məktəblərin maddi-texniki təminatı yaxşılaşacaq. Hazırda bu istiqamətdə çox ciddi işlər aparılır. Məqsədlərimizdən biri də ondan ibarətdir ki, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı proqrama Gəncə və bölgə rayonlarına dair təkliflər verək. "Mən bu gün 10 il əvvəl əsası qoyulmuş islahatların uğurlu nəticələrini görürəm" deyən nazir Azərbaycan Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan söz açdı.

 Belə tədbirlərin keçirilməsinin vacibliyini vurğulayan təhsil naziri Misir Mərdanov 11 rayonun təhsili haqqında statistik məlumatları slaydlar vasitəsilə iştirakçıların diqqətinə çatdırdı. Gəncə və bölgədəki rayonlarda məktəbəqədər təhsil sahəsi haqqında statistik məlumatları iştirakçıların nəzərinə çatdıran nazir bu sahədə ciddi problemlərin mövcud olduğunu və bağçaların azlıq təşkil etdiyini, problemin həllinə dair məsələlərin müzakirə edildiyini bildirdı. Kadrlarla bağlı məsələlərə toxunan Misir Mərdanov müəllimlərin və tərbiyəçilərin yaş senzi ilə bağlı yaranan problemlərə həssas yanaşmağı, gənc kadrlara şərait yaradılmasını, yaşlı müəllimlərin isə bacarıq və qabiliyyətlərinə görə tənzimlənməsini tövsiyə etdi. Şagird-müəllim nisbətinə toxunan təhsil naziri bu məsələnin ciddi xarakter daşıdığını və rasionallaşdırmaya ehtiyac olduğunu nəzərə çatdırdı. Yeni fənn kurikulumlarının tətbiqi üzrə öyrədici təlimlərdən keçən müəllimlər haqqında məlumat verən nazir bu sahədə işlərin mərhələli şəkildə həyata keçirildiyini vurğuladı.

Son illər bölgədə tikilən yeni məktəblərin sayının sürətlə artdığını deyən nazir bildirdi ki, təkcə Goranboyda 35 yeni məktəb binası tikilərək istifadəyə verilib. Məktəblərin İKT avadanlıqları ilə təchizatından söz açan nazir şagird-kompüter nisbətinin 20/1 olduğunu, lakin bu nisbətin gələcəkdə daha da azaldılmasının nəzərdə tutulduğunu qeyd etdi. Fizika və kimya laboratoriyalarının hazırkı durumuna toxunan nazir kimya laboratoriyalarının tavanında təmizləyici filtrlərin olmasının vacibliyini bildirərək bu barədə tikinti şirkətlərinə müəyyən göstərişlər verildiyini diqqətə çatdırdı. Akt və idman zalları, kitabxanaları olmayan məktəblərin hazırkı vəziyyətindən söz açan Misir Mərdanov bu məsələyə xüsusi diqqət yetirilməsinin vacibliyini bildirdi.

Son dörd ildə keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin əhəmiyyətindən danışan nazir bu müsabiqələrdə fəal iştirak etməyin vacibliyini vurğuladı. Təhsil naziri çıxışında istedadlı uşaqlarla iş, fənn olimpiadalarının, buraxılış və ali məktəblərə qəbul imtahanlarının nəticələri, əlaçı məzunların ali məktəblərə qəbulu, Valideyn-Müəllim Assosiasiyaları ilə iş, məktəbdənkənar müəssisələr və məktəblərin respublika və beynəlxalq müsabiqələrdə iştirakı, dərsliklərlə təminat, peşə məktəbləri və onların məzunlarının işlə təminatı, ali məktəblərin maddi-texniki bazası və İKT ilə təminatı, daxil olan şikayət məktubları və sair kimi məsələlərdən söz açdı və bir sıra tapşırıqlar verdi.

Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirdi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan təhsil islahatları bu gün möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd etdi ki, respublikamızda bütün sahələrdə olan inkişaf göz qabağındadır. Son vaxtlar "Təhsil haqqında" qanunun qəbul olunması və bu yöndə aparılan işlərin məntiqi nəticəsi kimi bu gün iştirakçısı olduğumuz dərslər təqdirəlayiqdir. E.Vəliyev Gəncə şəhərinə icra başçısı təyin olunduğu müddətdə ilk görüşünü məhz təhsil işçiləri ilə keçirdiyini və onlara daim lazım olan dəstəyi əsirgəməyəcəyini iştirakçıların nəzərinə çatdırdı. O, ali məktəbləri fərqlənmə diplomu ilə bitirən məzunlarla xüsusi görüşdüyünü və onlara böyük önəm verəcəklərini bildirdi. E.Vəliyev təhsil işçiləri ilə görüşü zamanı bir çox məsələlərin müzakirə olunduğunu və həmçinin məzunların ali hərbi məktəblərə istiqamətləndirilməsi məsələsinə xüsusi önəm verildiyini qeyd etdi.

Sonra söz Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, kimya elmləri doktoru, professor Vaqif Abbasova verildi. Professor elmi-praktik konfransın bölgələrdə keçirilməsinin zəruri olduğunu  və bu konfransların ümumi işin xeyrinə olacağına ümidvar olduğunu bildirdi. Qeyd etdi ki, təhsil naziri Misir Mərdanov mütəmadi olaraq bölgələrə səfər edir və mövcud problemləri yerində araşdırır ki, bu da təhsilin inkişafına təkan verir. Son illər təhsildə aparılan islahatlardan söz açan V.Abbasov bildirdi ki, bu sahəyə təkcə təhsil işçilərinin deyil, hər bir şəxsin az da olsa müəyyən köməkliyi olmalıdır. O, imkanlı iş adamlarına məktəblə daim əlaqə saxlamalarını tövsiyə etdi. V.Abbasov bu praktikanın dünyanın inkişaf etmiş ölkələrində mövcud olduğunu və müsbət nəticələr verdiyini nəzərə çatdırdı. Qərb bölgəsinin Azərbaycanın ictimai-siyasi həyatında mühüm yeri olduğunu və bölgənin mərkəzi Gəncə şəhərində bir çox görkəmli şəxsiyyətlərin yetişdiyini qeyd edən professor VIII sinifdə iştirakçısı olduğu kimya dərsindəki şagirdlərin də belə şəxsiyyətlərdən olacağına ümid etdiyini bildirdi. V.Abbasov dərsin gedişindən razı qaldığını və gənclərimizin böyük potensiala malik olduqlarını qeyd etdi. O, dərsdən sonra uşaqlarla səmimi söhbət etdiyini və onlarda elmə olan marağın yüksək olduğunu söylədi. Bildirdi ki, vətənə layiqli, savadlı vətəndaş yetişdirmək təhsil işçilərinin üzərinə düşən əsas vəzifədir. Bu vəzifənin öhdəsindən gəlmək üçün hamımız var gücümüzlə çalışmalıyıq. Belə tədbirlərin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirən V.Abbasov konfransın təşkilatçılarına minnətdarlığını bildirdi.

Çıxış edən riyaziyyat dərsliklərinin müəllifi Nayma Qəhrəmanova  kurikulum islahatlarından söz açdı. Bildirdi ki, kurikulumun tətbiqi cəmiyyətimizə yeniliklər gətirəcək və müəyyən vaxt müddətində biz bunun şahidi olacağıq. Bu məsələ ilə bağlı cəmiyyətin, xüsusilə KİV nümayəndələrinin  üzərinə böyük iş düşdüyünü inkişaf etmiş ölkələrin təcrübəsindən görmək olar. Kurikulum islahatları və kurikulumun tətbiqi ilə bağlı maarifləndirici verilişlər göstərilməsi, onun mahiyyətinin ictimaiyyətə çatdırılması əsas amillərdəndir. O, kurikulumu tətbiq edən müəllimlərin ingilis dilini bilməsinin ümumi işə müsbət təsir edəcəyini, belə olduğu təqdirdə islahatın sürətlə həyata keçəcəyini vurğuladı. N.Qəhrəmanova elmi-praktik konfransların bölgələrdə keçirilməsini və dərslik müəlliflərinin regionlarda vaxtaşırı olmasını təqdirəlayiq hal hesab etdi.

 Digər çıxış edənlər mövzu ətrafında fikirlər səsləndirdilər.

Bölgə üzrə respublika fənn olimpiadasının qalibləri diplomlarla mükafatlandırıldı.

Niyazi RƏHİMOV,
fotolar müəllifindir

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov