Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

29 Aprel 2011 - 16 

 

Bakı Dövlət Universitetində Konfutsi İnstitutunun açılışı olub

 

Bakı Dövlət Universitetində Konfutsi İnstitutunun açılışı olub. Açılış mərasimindən sonra tədbir işini böyük akt zalında davam etdirib. Çıxış edən rektor, akademik Abel Məhərrəmov bildirib ki, institutun yaradılması Çin Xalq Respublikasının Anhoy Universiteti və Bakı Dövlət Universiteti arasında imzalanmış saziş əsasında reallaşıb. Sazişə əsasən, Anhoy Universiteti bu instituta hər il Çin dili və mədəniyyəti üzrə yüksək səviyyəli mütəxəssislər göndərəcək, onu dərslik və dərs vəsaitləri, audiovizual materiallarla təmin edəcək. Bundan başqa, Konfutsi İnstitutunun tələbələri hər il Anhoy Universitetində təcrübə keçəcəklər.

Rektor bu institutun iki ölkə xalqlarının dostluq tellərinin möhkəmlənməsinə və əməkdaşlığın dərinləşməsinə təkan verəcəyinə inamını ifadə edib.

Təhsil nazirinin müavini Elmar Qasımov qeyd edib ki, bu institut Azərbaycan cəmiyyətinin tələblərinə uyğun olan təhsil üsulları axtaracaq, Çin dilinin Azərbaycan xalqı üçün öyrənilməsi, Çinlə daha yaxın tanış olunması və iki tərəf arasında mədəni mübadilə əməkdaşlığının həyata keçirilməsi baxımından böyük xidmətlər göstərəcəkdir.

Çinin ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Tsyan Syaoyan da Bakı Dövlət Universiteti və Anhoy Universiteti arasında aparılan uğurlu və səmimi əməkdaşlığın məhsulu olan Konfutsi İnstitutunun açılışı münasibətilə xoş sözlərini və arzularını çatdırıb.

Anhoy Universitetinin prorektoru Nyu Liven təmsil etdiyi ali təhsil ocağı haqqında ətraflı məlumat verib. Onun sözlərindən məlum olub ki, Anhoy Universiteti son illər təhsilin beynəlmiləlləşdirilməsi istiqamətində beynəlxalq əlaqələrini genişləndirib, 90-a yaxın universitet və elmi-tədqiqat institutları ilə əməkdaşlıq müqaviləsi imzalayıb ki, həmin sırada Bakı Dövlət Universiteti xüsusi yer tutur.

Sonra şərqşünaslıq fakültəsinin Çin dili ixtisasının tələbələri Çinin xalq mahnılarını ifa edib, şeirlər səsləndirib, Çin idman gimnastikasını, milli adət-ənənələrini əks etdirən paltarlar nümayiş etdiriblər.

Qeyd edək ki, tədbirin tərcüməçiləri şərqşünaslıq fakültəsinin tələbələri olublar. Çin nümayəndə heyəti onların tərcüməsindən razı qalıb və rektora təşəkkür edib. Rektor da öz növbəsində, fakültənin dekanı Elxan Əzizov başda olmaqla, Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri Oqtay Cəlilbəyliyə və tələbələrə minnətdarlığını bildirib.

Konfutsi İnstitutu xaricdə Çin dilinin yayılması üçün Çin Dövlət Komitəsi tərəfindən yaradılmış Çin mədəniyyət və təhsil mərkəzidir. Konfutsi İnstitutlarının missiyası Çin dilinin başa düşülməsi, Çin mədəniyyətinin bütün dünyada təbliğ edilməsi və  Çinlə digər ölkələr arasında dostluq münasibətlərini inkişaf etdirməkdir.  İlk Konfutsi İnstitutu 2004-cü ildə Koreya Respublikasının paytaxtı Seulda açılıb. Çin dilinin yayılması üzrə Beynəlxalq  Şuranın  hesablamalarına görə, artıq dünyada 40 milyon insan Çin dilini öyrənir.   

BDU-nun Mətbuat və informasiya şöbəsi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov