Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

29 Aprel 2011 - 16 

 

Kamilliyin yolu mütaliədən keçir

 

Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında Ümumdünya Kitab və Müəllif Nüquqları Gününə həsr olunmuş tədbir keçirildi.

Tədbiri giriş sözü ilə rektor, akademik İsa Həbibbəyli açaraq müasir dövrdə informasiya vasitələrinin günbəgün çoxalmasına baxmayaraq, kitabın, mütaliənin gənclərin hərtərəfli intellektual potensiala, yüksək mənəviyyata malik, vətənpərvər ruhda, kamil şəxsiyyət kimi formalaşmasında  əvəzsiz rol oynamasından danışdı. Rektor yeni nəşrlərin təbliği, müəlliflərlə görüşlərin təşkili, artmaqda olan oxucu tələbatının ödənilməsi istiqamətində universitetin elmi kitabxanasının fəaliyyətini yüksək qiymətləndirdi.

Kitabxananın direktoru, filologiya elmləri üzrə fəlsəfə doktoru Aypara Behbudova məruzəsində bildirdi ki, Ümumdünya Kitab və Müəllif Nüquqları Günü BMT-nin elm, təhsil və mədəniyyət məsələləri üzrə ixtisaslaşmış təşkilatı olan YUNESKO-nun 1995-ci il tarixli qərarına əsasən maarifçilik və mədəni əlaqələrin dərk olunmasının inkişafı məqsədilə, kitabın ən geniş bilik mənbəyi, bütün biliklərin ən etibarlı saxlanma üsulu olması nəzərə alınaraq təsis edilmişdir. Azərbaycanda da müəllif hüquqlarına, əqli mülkiyyət sahəsinin inkişafına, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə dövlət tərəfindən xüsusi diqqət yetirilir. Ümummilli liderimiz Neydər Əliyevin təşəbbüsü və dəstəyi ilə 1993-cü ildə Azərbaycanda Milli Müəllif Nüquqları İnstitutu yaradılmış,  1996-cı ildə isə "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Qanun qəbul edilmişdir. Azərbaycan Resrublikası 1997-ci ildə YUNESKO-nun Müəllif  Nüquqları Ümumdünya Konvensiyasına qoşularaq, geniş beynəlxalq əməkdaşlığa cəlb olunmuşdur. Möhtərəm Prezident İlham Əliyev tərəfindən də bu sahə ilə bağlı qanunvericilik aktları qəbul edilmişdir.

Digər çıxışçılar - universitetin "Qeyrət" nəşriyyatının direktoru, tarix elmləri üzrə fəlsəfə doktoru, şair-publisist Vaqif Məmmədov, Kitabxanaçılıq kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nəzakət İsmayılova, Sosial idarəetmə və turizm kafedrasının müəllimi Cahan Bayramova, kitabxanaçılıq ixtisası üzrə I kurs tələbəsi Fəridə Əliyeva Azərbaycanda, o cümlədən muxtar respublikada nəşriyyat-poliqrafiya, kitabxana işinin müasir inkişaf səviyyəsindən, müəlliflik hüququnun pozulmasına qarşı nəzərdə tutulan qanunvericilik aktlarından bəhs etmişlər.

Tədbir iştirakçıları universitet əməkdaşlarının yeni əsərlərindən ibarət sərgi ilə də tanış olmuşlar.   

Mehriban SULTAN

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov