Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

29 Aprel 2011 - 16 

 

Xalq rəssamı Hüseyn Əliyevin 100 illik yubileyi qeyd edildi

 

Aprelin 22-də "Xalq qəzeti"nin mətbuat mərkəzində Azərbaycanın xalq rəssamı, yaradıcılığının mühüm hissəsini jurnalistikada keçirmiş Hüseyn Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə unudulmaz sənətkarın anım günü keçirildi.

Uzun illər Hüseyn Əliyevlə bir redaksiyada çalışmış əməkdaşların və KİV nümayəndələrinin iştirak etdiyi tədbiri "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənov açaraq qonaqları salamladıqdan sonra bildirdi ki, 92 il bundan əvvəl "Kommunist" adı altında nəşrə başlamış "Xalq qəzeti" ilk gündən öz ətrafına ölkəmizin tanınmış  ziyalılarını, yazıçılarını, jurnalistlərini toplamışdı. Qəzetdə Məmməd Səid Ordubadi, Tağı Şahbazi, Cəfər Cabbarlı, Seyid Hüseyn, Məmmədəli Sidqi, Mir Cəlal Paşayev, Əli Vəliyev, Süleyman Məlikov, Şəmsəddin Abbasov, Xəlil İbrahimov, Nəsir İmanquliyev və başqa qələm sahibləri əməkdaşlıq ediblər. Eyni zamanda  görkəmli sənət ustası Əzim Əzimzadə 1922-ci ildən başlayaraq bu qəzetin baş rəssamı işləyib. Belə tarixi şəxsiyyətlərlə birlikdə çalışmaq səadəti istedadlı fırça ustası Hüseyn Əliyevə də nəsib olub. O, Ə.Əzimzadədən sonra redaksiyanın bədii tərtibat şöbəsinə 52 il rəhbərlik edib. Qəzetin maraqlı, nəfis şəkildə çıxması üçün böyük əmək sərf edib.

İstedadlı rəssam haqqında daha ətraflı məlumat verən baş redaktor sonra qeyd etdi ki, Hüseyn Əlirza oğlu Əliyev 1911-ci il aprelin 22-də Zəngəzur qəzasının Comərdli kəndində anadan olub. Bakı Rəssamlıq Texnikumunu və Leninqrad Rəssamlıq Akademiyasının nəzdində fəaliyyət göstərən üçillik xüsusi kursu müvəffəqiyyətlə bitirən Hüseyn Əliyev 1935-ci il oktyabrın 4-dən "Xalq qəzeti"ndə əmək fəaliyyətinə başlayıb. İkinci Dünya müharibəsi başlayanda könüllü surətdə cəbhəyə gedən Hüseyn müəllim şərəfli döyüş yolu keçib. O, 1944-cü ilin avqustunda qəzetin redaktoru Əli Vəliyevin SSRİ Müdafiə Nazirliyinə göndərdiyi tələbnamə əsasında yenidən redaksiyaya qayıdıb və təqaüdə çıxana kimi burada əmək fəaliyyətini davam etdirib. 1940-cı ildən Rəssamlar İttifaqının üzvü olan Hüseyn Əliyevə 1976-cı ildə Azərbaycan Respublikasının əməkdar, 1982-ci ildə isə xalq rəssamı fəxri adı verilib. O, üç dəfə Azərbaycan Ali Sovetinin, bir dəfə isə Ukrayna Ali Sovetinin fəxri fərmanını alıb. Müharibədə  iştirakına görə bir neçə medala layiq görülən Hüseyn Əliyev "Xalqlar dostluğu" ordeni ilə təltif edilib.

Daha sonra H.Həsənov öz çıxışında vurğuladı ki, Hüseyn Əliyev böyük sənətkar, əsl vətəndaş ömrü yaşayıb. Onun əmək kitabçasına yalnız bir ünvan yazılıb - "Xalq qəzeti" redaksiyası. Ailə səadətini də burada tapıb. Qəzetin əməkdaşı Ruqiyyə xanımla evlənərək, iki oğul və iki qız atası olub. Övladlarını Vətənə, cəmiyyətə layiqli vətəndaş kimi böyüdüb, tərbiyə edib.

Şərəfli və mənalı bir ömür sürmüş Hüseyn Əliyev 20 ildir ki, aramızda yoxdur. Lakin onun qoyub getdiyi sənət əsərləri - təbiət mənzərələri, karikaturalar, müxtəlif mövzulara həsr etdiyi süjetlər bu gün də xalqımız tərəfindən rəğbətlə qarşılanır,- deyən natiq elə həmin gün  Telman Əliyevin imzası ilə "Xalq qəzeti"ndə dərc olunmuş "Xoşbəxt taleli sənətkar" adlı yazıda YUNESKO-nun nəzdində fəaliyyət göstərən Beynəlxalq Rəssamlar Federasiyasının vitse-prezidenti, Azərbaycanın xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, akademik Tahir Salahovun Hüseyn müəllim haqqında söylədiyi qiymətli fikirləri yenidən tədbir iştirakçılarının nəzərinə çatdırdı:

- Qəlbimdə Azərbaycanın xalq rəssamı Hüseyn Əliyevin işıqlı, cazibəli xatirəsi yaşayır. O, Azərbaycanın rəssamlıq ənənəsini Bəhruz Kəngərli və Əzim Əzimzadədən alaraq layiqincə davam etdirmişdir...

Tədbirdə "Xalq qəzeti"-nin Hüseyn Əliyevlə bir işləmiş sabiq əməkdaşları Firidun Rəsulov, Mehman Fərzullayev, Tamara Əliyeva, Fərman Bağırov və qəzetin hazırkı əməkdaşları Telman Əliyev, Tahir Aydınoğlu, İttifaq Mirzəbəyli çıxış edərək  Hüseyn müəllimin mərdliyindən, haqqı, ədaləti sevdiyindən, haqsızlığa dözməməsindən, incə, kövrək qəlbli olmasından, darda olana kömək etməsindən, gənclərə qayğı göstərməsindən bəhs edən bir-birindən maraqlı xatirələr söyləyib,  Allahdan rəhmət diləyərək, onu yad etdilər. 

Ədalət DAŞDƏMİRLİ

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov