Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

29 Aprel 2011 - �16 

 

ADPU-da "Azərbaycan təhsili və elmi XXI əsrdə: inteqrasiya və qloballaşma" mövzusunda seminar keçirilib

 

Aprelin 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) "Azərbaycan təhsili və elmi XXI əsrdə: inteqrasiya və qloballaşma" mövzusunda elmi-nəzəri seminar keçirilmişdir.

AzərTAc xəbər verir ki, rektor, AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədov  çıxışında ümummilli lider Heydər Əliyevin təhsilin inkişafına, pedaqoji kadrların hazırlanmasına daim böyük önəm verdiyini, ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulamışdır. Rektor qeyd etmişdir ki, bu, seminarın ilk toplantısıdır və belə toplantılar ayda bir dəfə keçiriləcəkdir. Seminarlarda konkret mövzu ətrafında müzakirələr aparılacaq, dünya təhsil sistemində əldə olunmuş nailiyyətlərdən söz açılacaq, dünya təcrübəsində olan qabaqcıl yeniliklərin Azərbaycanda tətbiqi məsələlərinə toxunulacaqdır.

Dünya təhsil sistemində müasir təhsil standartlarının ön plana çəkildiyini qeyd edən natiq Azərbaycan təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasının vacibliyini vurğulamışdır.

Rektor Azərbaycanın Avropa təhsil məkanına - Boloniya prosesinə qoşulduğunu xatırlatmış, bu sahədə universitetdə həyata keçirilən tədbirlərdən danışmışdır. Məlumat vermişdir ki, təhsil ocağında bu proseslər başlanmışdır. Ali təhsildə keyfiyyət əsas amildir.

Natiq sözünə davam edərək demişdir ki, universitetin xarici ölkələrin ali məktəbləri ilə əlaqələri ildən-ilə inkişaf edir və bu əməkdaşlıq inteqrasiya və qloballaşma prosesinə müsbət təsir göstərir. Müasir texnologiyaların təhsildə tətbiqi, gənclərdə araşdırma təfəkkürünün formalaşmasına və təhsilin məqsədyönlü dinamik inkişafına xidmət edən vasitələrdən istifadə olunması, qarşıya çıxan problemlərin həlli yollarının axtarılması, inkişaf perspektivlərinin müzakirəsi, beynəlxalq təcrübənin öyrənilməsi çox əhəmiyyətlidir. Gənclərin təhsilində, onların lazımi məlumatları əldə etməsində müasir elektron-informasiya texnologiyalarının rolu əvəzsizdir.

ADPU-nun professoru Mirzəli Murquzovun müasir dövrün fiziki mənzərəsi ilə bağlı məruzəsi dinlənilmişdir. Natiq təhsilimizin inkişaf etdiyini qeyd etmiş, Azərbaycan təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyası, elm və təhsildə inteqrasiya proseslərinin tarixi mərhələləri ilə bağlı öz mülahizələrini söyləmiş, nəzəri biliklərin müxtəlif sahələrə tətbiqi məsələlərinin vacibliyini diqqətə çatdırmışdır.

Fizika fakültəsinin hazırladığı "Kainatın təkamülü və mənşəyi, böyük partlayış" adlı videoçarx nümayiş olunmuşdur.

Seminar iştirakçıları mövzu haqqında fikirlərini bölüşmüş, təkliflərini vermişlər.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov