Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

29 Aprel 2011 - �16 

 

Peşə təhsilinin əsas prinsipləri

 

Azərbaycan Respublikası Prezidentinin 3 iyul 2007-ci il tarixli, 2282 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)nın" əsas məqsədi ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun peşə-ixtisas kadrlarına yaranan tələbatın ödənilməsi, habelə əhalinin müasir peşə təhsili almaq imkanlarının təmin edilməsi üçün iqtisadi və sosial baxımdan səmərəli texniki peşə təhsili sisteminin formalaşdırılmasıdır ki, bu da aşağıdakı əsas prinsiplərin nəzərə alınmasını tələb edir.

Fasiləsizlik və çoxpilləlilik. Müasir dövrdə bütövlükdə təhsil sistemində, eləcə də peşə təhsili sistemində ən aktual problemlərdən biri fasiləsiz təhsilin təmin edilməsi məsələsidir.

Fasiləsiz təhsil təhsil müəssisələrində insanın bilik, bacarıq və vərdişlərinin səviyyəcə artırılmasını və ömür boyu özünütəhsilin təşkilini nəzərdə tutur. O, şəxsiyyətin durmadan inkişafını, bir neçə ardıcıl mərhələdə daha yüksək inkişaf həddinə çatması kimi başa düşülür. Geniş mənada fasiləsiz peşə təhsili hər bir insanın işləmək, sərbəst iş seçimi hüququnun gerçəkləşməsini peşə təhsilinin ümumdünya insan haqlarının deklarasiyasında (bəyannaməsində) göstərildiyi kimi əlçatan olmasını ifadə edir.

Bu problemə bir neçə aspektdə baxmaq olar:

Ümumsosial aspektdə məsələnin mahiyyəti vətəndaşlara təhsil verilməsində insanların və işəgötürənlərin daimi dəyişən tələblərinə cavab verən dövlət tərəfindən müəyyən edilmiş normaların təmin edilməsidir.

İqtisadi aspekt baxımından bu, investisiya şəraitinin yaradılması, maliyyələşməsi və vətəndaşların peşə təhsilinin təminatını müvafiq iş fəaliyyətinin, yüksəkmaaşlı işlə təmin olunmaları və bununla əlaqədar olaraq yüksəkkeyfiyyətli məhsulun buraxılmasındadır.

Təhsil aspekti baxımından peşə təhsilinin fasiləsizliyi vətəndaşın biliyə, bacarığa, əxlaqi dəyərlərə, onların seçdiyi ixtisasın ixtisasartırma tələblərinə cavab verməsidir.

Fasiləsiz təhsilin sistemi dövlət və qeyri-dövlət təhsil ocaqlarının kompleksini təşkil edir, onlar təhsilin hər bir hissəsinin (növünün) birliyini təmin edir, dövlətin tələbatını, qoyulan məsələlərin ümumtəhsil, texniki peşə hazırlığının inkişafına yönəldilir.

Fasiləsiz təhsilin mühüm əlamətlərindən biri də onun bütövlüyüdür. Bu, hər bir insanın yaşından, əvvəl hansı peşəyə yiyələnməsindən, yaşayış yerindən, cinsindən asılı olmayaraq onun hərtərəfli, harmonik inkişafına şəraitin yaradılması kimi sosial-pedaqoji yönümə malikdir.

Bu zaman onun şəxsi imkanlarını, maraqlarını və dəyərlərini nəzərə almaq lazımdır. Fasiləsiz təhsilin bütövlüyü ona yeni inteqral imkanlar yaradır. Bu inteqral imkanlar əsasən davamlılıq və dinamiklikdən ibarətdir.

Davamlılıq təhsildə bir pillədən o biri pilləyə yüksəlmək, bilik, bacarıq, istedadın dərəcələrinin dəyişib dərinləşməsi, ayrı-ayrı təhsil ocaqlarında məzmun, metod və təhsil (təlim) tərbiyə forması ilə bağlılığıdır.

Müasir dövrdə ictimai inkişafın əsas fərqli cəhəti fəaliyyətin daim məqsəd, status, şərait və nəticələrinin dəyişməsidir. Peşə təhsili sosial institut olduğundan ona daim dəyişən dinamik daxili və xarici qarşılıqlı əlaqəli amillərin təsiri altında inkişaf edən sistem kimi baxılmalıdır. Bu mənada peşə təhsilinin mühüm şərt və prinsiplərindən biri fasiləsizlikdir.

Əmək sahəsinə və istehsalata müdaxilə etməklə bu prinsip mənəvi mədəniyyəti, şəxsiyyətlərarası münasibətləri, siyasi fəallığı daxil etməklə şəxsiyyətin formalaşdırılmasında daha böyük sahəni əhatə edir. Texniki istehsalat sahəsində fasiləsizliyə qanunauyğun hadisə kimi baxılır, ona görə ki, elmi-texniki tərəqqinin təsiri ilə müxtəlif səviyyəli kadrlar hazırlanmasının nisbəti dəyişir, həm də istehsala xidmət baxımından onların funksiyası dəyişilir.

Peşə təhsilinin fasiləsizliyi ideyası əməyin məzmun və xarakterindəki fasiləsiz dəyişilməsi və fəaliyyətin inteqrasiya kateqoriyasından irəli gəlir.

Açıqlıq.  Peşə təhsilinin yeni sosial-iqtisadi şəraitə uyğunlaşmaq zərurəti onun yenidən təşkil edilməsi tələbini ortaya çıxarmışdır. Bu yenidənqurulmanı ləngidən səbəblərdən biri peşə təhsilinin mahiyyətcə insanların real maraqları baxımından qapalı qalması və iqtisadiyyatda gedən dəyişikliklərə adekvat cavab verə bilməməsidir.

Təhsil o zaman qapalı inkişafa nail olur ki, dövlət insanların peşə seçiminin tənzimlənməsini, təhsil ocaqlarının fəaliyyətinin bütün aspektlərində və təhsil prosesində bütün məsuliyyəti, idarəetməni öz üzərinə götürür. Açıq cəmiyyətdə əksinə, insanın öz fikrini bildirmək imkanı var. Açıq təhsil sisteminə keçid subyektiv əməklə bağlıdır. Yuxarıda qeyd olunan təlimatlara riayət etməmək insanları çətinliklərlə üz-üzə qoyur. Buradan da yenidən qapalı sistemə qayıtmaq istəyi artır. Açıq sistemdə hər bir insan öz fikrini bildirir və heç bir qaydalara riayət etmək məcburiyyətində qalmırlar.

Qapalı cəmiyyətdə insan tərəfindən yaradılmış institutlar qəbul edilmir. Bununla əlaqədar onların iş sisteminə qarışmaq qadağandır və onların dəyişikliyi müzakirə edilmir. Sosial institutların insan tərəfindən yaradılması fikrini qəbul etmək tərəqqiyə çatmaq üçün çox vacibdir, çünki insan öz məqsədlərinə uyğun yenidən təkmilləşdirə bilər.

Açıqlıq prinsipinə görə dövlət orqanları ilə bərabər, ictimai təşkilatlar, kooperativlər, ayrı-ayrı vətəndaşlar təhsilin inkişafına yaxından kömək edir, onun yeniləşməsinə şərait yaradır.

Peşə təhsilində açıqlıq, hər şeydən əvvəl, insanın peşə seçimindəki azadlıqdır. Həm də əldə ediləcək ixtisas səviyyəsinin harada, hansı forma və qaydalarla əldə edilməsində uyğunluğun olmasıdır. İnsana belə seçimin verilməsi o deməkdir ki, heç bir xarici təzyiq olmadan onun peşə seçimi təmin edilir.

Peşə təhsilinin açıq şəraitdə fəaliyyət göstərməsi, aşağıdakılarla qarşılıqlı təsirdə olması xüsusi əhəmiyyət kəsb edir: şəxsiyyətlə, əhatə edən sosial mühitlə, əmək bazarı ilə, xarici təhsil sistemləri ilə, peşə təhsili mütəxəssisləri ilə, elmi-texniki və texnoloji yeniliklərlə, əməyin müxtəlif formaları ilə.

Bu əlaqələr peşə təhsilinin inkişafı stimulunda əsas hərəkətverici qüvvələr hesab olunur.

Təhsil insanların ehtiyaclarına və maraqlarına yaxınlaşan digər sosial institutlarla qarşılıqlı təsirə açıq olmaqla onların hərtərəfli peşə fəaliyyətində, bütövlükdə həyata hazırlığında əsas rol oynamalıdır.

Açıq təhsil elm və texnikadakı yenilikləri daha tez qəbul etməli, onu təhsilin məzmununa daxil etməli, o həyat tərzinin, eləcə də cəmiyyətdəki dəyərlər sisteminin dəyişilməsinə reaksiya verməlidir.

İqtisadi dəyişikliklər mərhələsində, istehsal sahələrinin bir qisminin fəaliyyətinin dayandırılması və fəhlə qüvvələrinin artıqlığı şəraitində açıq peşə təhsili yalnız kadr hazırlığını deyil, həm də sosial gərginliyin azaldılmasına qarant olmalıdır.

Gənclər, eləcə də iş qabiliyyətli yaşlı insanlar işə düzəlmə şansları az olduqda azad vaxtlarında yeni peşə və ixtisas qazanmaqla işə düzəlmədə daha çox şans əldə edirlər.

Peşə təhsilinin qapalılığı əvvəlki illərdə yalnız şagirdlərin müəyyən fəaliyyətə hazırlanmasından ibarət olmuş, konkret insanın ehtiyaclarının nəzərə alınması isə arxa planda qalmışdır.

Peşə təhsili sisteminin açıqlığının zəruriliyini şərtləndirən sosial-iqtisadi amillər bunlardır:

* əmək və peşəyə dair yeni konsepsiya;

* məşğulluğun yeni nümunələri;

* təhsilliyin səviyyəsinə və həcminə olan tələblərin dəyişilməsi;

* əmək müqavilələrinin qısa müddətliliyi;

* peşə fəaliyyəti sikllərinin ixtisar olunması.

Şəxsiyyətyönümlülük. Son onillikdə pedaqogika elmi və pedaqoji praktikada yeni yaranmış ltəlim və təhsilin şəxsiyyətyönümlülüyü� anlayışı geniş müzakirə olunur. Dəbdə olan bu termin tez-tez işlədilir, lakin bəzən təyinatına görə istifadə olunmur. Çox zaman ona müxtəlif mənalar verirlər. Bəziləri şagirdlərin qabiliyyətini nəzərə alaraq fərdi yanaşmanı, digərləri tədris materialının müxtəlif çətinlik səviyyəsinə və mənimsənilməsinə (güclülər, ortabablar və zəiflər üçün) uyğun formalaşdırılmasını, üçüncülər-profilləşmə və predmet diferensasiyasını nəzərdə tuturlar, dördüncülər - onu innovassion və alternativ proseslərlə əlaqələndirirlər.

Bizim fikrimizcə, şəxsiyyətyönümlülük - istiqamətləndirilmiş təhsil deməkdir. Bu, ilk növbədə, yeniyetmənin, gəncin daxili təcrübəsi, insanda ən müqəddəs şey olan onun subyektivliyi ilə işləmək bacarığıdır. Bu yanaşma humanist postulatdan irəli gəlir və həmin postulata görə, hər bir uşaq istedadlı, hər bir insan unikaldır, hər kəs özünəməxsus şəkildə həqiqəti tapır. Burada yalnız onun idrak aparatının qüvvətli və zəif tərəflərini anlamaq lazımdır ki, sonradan güclü tərəfləri inkişaf etdirib zəifləri isə aradan qaldırasan. Elə buradaca şəxsiyyətyönümlü təhsilin anlaşması üçün bir şərti də əlavə edək. O özündə iki anlayışı: bir tərəfdən, cəmiyyət fəaliyyətinin xüsusi növü kimi təşkil olunmuş ənənəvi təlim və tərbiyə, digər tərəfdən, insanın daxili təcrübəsi reallaşıb və inkişafına imkan verən fərdi əhəmiyyətli fəaliyyət növü olan təlimi və özünütərbiyəsini birləşdirir.

Peşə təhsilinin şəxsə istiqamətləndirilməsi şagirdlərin qabiliyyətindən istifadə edilməsini nəzərdə tutur. Burada şagirdin intellektual, iradi, əxlaqi və digər şəxsi keyfiyyətlərinin məcmusu olan fərdiyyətçiliyi əsas götürülür. Onlardan istifadə etmək təlimin optimal strategiyasını seçməyə və idrakı fəaliyyətə fəal təsir göstərməyə imkan verir.

Psixoloqlar tərəfindən şəxsiyyətyönümlü təhsilin dərk edilməsi, layihələndirilməsi və həyata keçirilməsi üçün 8 əsas şərt müəyyən edilmişdir. Peşə təhsilinin spesifikliyi baxımından onları nəzərdən keçirək:

1. Şəxsiyyətyönümlü təhsil şagird şəxsiyyətinin inkişafını təmin etməlidir. İdrak subyekti kimi şagirdin fəaliyyət predmeti, professional fəaliyyəti kimi fərdi xüsusiyyətlərindən çıxış etməlidir.

2. Təhsil prosesi hər bir şagirdə onun qabiliyyətinə, peşə fəaliyyətinə, maraqlarına, şəxsiyyətyönümlülüyünə imkan verməlidir.

3. Təhsilin məzmunu, vasitə və metodları elə seçilib təşkil edilməlidir ki, şagirdin fənn materialını onun forma və mənimsəmədə çətinlik səviyyəsinə görə seçmək imkanı olsun.

4. Şəxsiyyətyönümlü təhsilin baza meyarı yalnız əldə edilmiş bilik, bacarıq, yeniliklərin səviyyəsini deyil, həm də intellektin (onun xüsusiyyət, strukturu və təzahür xarakterini) formalaşmasını nəzərə alır.

5. Şagird və tələbələrin təhsilli və tərbiyəli olması onun mənəvi və intellektual keyfiyyətlərinin yaranması kimi anlaşılır ki, bu da yeni təhsilin əsas məqsədi kimi çıxış edir.

6. Təlim ilə təhsilliliyi prinsipial şəkildə fərqləndirirlər. Hesab olunur ki, bilik, bacarıq və vərdişləri əldə etməklə təlim alma məzunun cəmiyyət və istehsalatda ictimai və professional uyğunlaşmasını təmin edir. Təhsil isə dünyanı bütövlükdə və onun ayrı-ayrı sahələrini (mədəni-texnoloji məkan, sahələr) fərdi qavramasını formalaşdırır.

7. Verilmiş kontekstdə ənənəvi təlim və tərbiyə fasiləsiz təhsil prosesində aparıcı ola bilməz. Təhsilin əsas komponentləri şagirdin fərdiliyinin inkişafı, onun intellektual-yaradıcı və peşə-ixtisas potensialını müəyyən edir, onun öz inkişafı üçün bütün zəruri şəraiti yaradır.

8. Şəxsiyyətyönümlü təhsil variativlik və diferensial (alternativlik) prinsiplər əsasında qurulur.

Diferensiallaşmış prinsipdə təhsil prosesinin təşkilində forma, metod və məzmunun mürəkkəblik səviyyəsinin uyğunluğu baxımından idrak fəaliyyətinin dərinləşməsi üzrə müəllim və şagirdlərin birgə fəaliyyətində seçim edilməsinə imkan verilir. Bu zaman məqsəd qoyulur, şagirdin öz insanlıq ləyaqətinin müxtəlif situasiyalarda saxlanılmasına mane olan problemlərin aradan qaldırılmasına və təlimdə gözlənilən nəticənin özünütərbiyə, ünsiyyət, davranış müstəqilliyi əldə edilməsinə şərait yaranır.

Peşə təhsilinin şəxsiyyətyönümlü sisteminin layihələndirilməsi və həyata keçirilməsi aşağıdakıları nəzərdə tutur:

1. Şagirdlərin təhsil prosesinin əsas subyekti kimi qəbul edilməsi;

2. Şagirdlərin fərdi qabiliyyətlərinin inkişafının keyfiyyət baxımından əsas məqsəd hesab edilməsi;

3. Şagirdlərin subyektiv təcrübəsindən istifadə edilməsi və məqsədyönlü inkişafına sistemləşdirilməsinə istiqamətlənmiş təhsilin forma, metod və vasitələrinin müəyyən edilməsi;

4. Təhsil prosesinin bütün iştirakçılarının - şagirdlər, müəllimlər, valideynlər və işəgötürənlərin sosial tərəfdaşlığının işlənilməsi və qaydaya salınması.

Şəxsiyyətyönümlü təlim modelinin həyata keçirilməsi üçün nə lazımdır? Bunun üçün birincisi, təhsilvermə konsepsiyasının təlim və tərbiyənin vəhdəti deyil, həm də fərdiliyin inkişafı, qabiliyyətlərin yaradılması prosesi kimi qəbul etmək; ikincisi, təhsilvermə prosesinin əsas iştirakçılarının - idarəedənlərin, müəllimlərin, şagirdlərin və valideynlərin qarşılıqlı münasibət xarakterlərini müəyyən etmək; üçüncüsü, təhsilvermə prosesinin effektivlik kriteriyasının müəyyən edilməsini, təlim və tərbiyənin tək vəhdəti deyil, həm də fərdlərin inkişafı, qabiliyyətlərin yaranması prosesi kimi qəbul etmək lazımdır.

İnteqrativlik. İnteqrasiya yalnız müxtəlif fənlərin tədris elementlərinin bir sintez edilmiş kursu olmayıb, hər şeydən əvvəl, biliklərin inteqrasiyasıdır. Başqa sözlə, təhsilin inteqrasiyası yalnız formal olaraq müxtəlif biliklərin yeni tədris mətnində birləşdirilməsi deyil, şagirdin şüurunda məna kəsb edən mental anlayışın formalaşdırılmasına gətirən müxtəlif mətnlərin birləşdirilməsidir.

Beləliklə, təhsildə məzmun yox, biliklərin ardıcıl inteqrasiyası aparılır (yaranır). Müəllimin fəaliyyəti bu prosesi təmin edir və buna aparıcı inteqrasiya mexanizmi kimi baxılır. Belə nəticə çıxarmaq olar ki, təhsilin inteqrasiyası - şagird tərəfindən müəllimin rəhbərliyi ilə məlumatların bir tədris dilindən digərinə ardıcıl köçürülməsidir, bu prosesdə biliklərin mənimsənilməsi, anlayışların formalaşdırılması və yeni fikirlərin yaranması həyata keçirilir.

İstehsalatda texnoloji yeniləşmə fəhlənin peşə -sahə strukturunda ciddi dəyişikliyə səbəb olur. Bu proses bir tərəfdən mürəkkəb əmək peşələrini ortaya çıxarır, digər tərəfdən fəhlənin xidmət sahəsinin genişləndirilməsi vəzifəsini qarşıya qoyur. Bazar iqtisadiyyatı şəraitində bu proses bir qədər də güclənir və fəhlə qüvvələri qanunauyğun şəkildə azaldılır.

Planlı təsərrüfatdan fərqli olaraq indi kiçik və orta müəssisələrdə sahibkarları texnoloji zəncirin istənilən həlqəsində işləməyi bacaran ixtisaslı, çevik fəhlə daha çox maraqlandırır. Bu da bir istehsalat sahələrindəki peşələrin inteqrasiyasına zərurət yaradır.

Bu baxımdan, inkişaf etmiş ölkələrdə texniki peşə təhsilinin yüksək səviyyədə təşkil edilməsinin əsas səbəbi elm, istehsalat və təhsildəki inteqrasiyadır.

Müəssisələrin istehsalla bağlı struktur quruluşunun, texnoloji ardıcıllığının fəhlə əməyinin məzmunundakı oxşarlıqlar peşələrin inteqrasiya edilməsinə tam əsas verir. Maddi istehsalatda nailiyyətlər yalnız ayrı-ayrı elmlərin inkişafından asılı olmayıb, həm də bu elmlərin (fənlərin) inteqrasiyasından, onların nəticəsindən asılıdır.

Peşələrin inteqrasiyasında həm istehsalat, həm də didaktik olmaqla iki məqsəd həyata keçirilir. Birinci halda bu problemin həyata keçirilməsi istehsalatın genişprofilli fəhlələrlə təmin olunmasına imkan verir. İkinci halda isə inteqrasiya olunmuş peşələr tədris-proqram sənədlərinin maksimum unifikasiya olunmasına şərait yaradır ki, bu da bir sosial problemin həlli deməkdir.

Təhsilin məzmununda ilkin inteqrasiya səviyyəsi didaktik sintez səviyyəsidir. Fəhlə peşələrinin, eləcə də tədris fənlərinin bu səviyyədə inteqrasiyası iki, yaxud bir neçə peşə (fənnin) bazasında həyata keçirilir. Qarşılıqlı təsirdə olan peşə və fənlər öz statusunu saxlayır.

Təhsilin məzmununda inteqrasiyanın ən yüksək səviyyəsi yeni tədris fənninin formalaşması ilə bitən inteqrativ xarakterə və özünün öyrənilmə predmetinə malik olan bütövlük səviyyəsindən ibarətdir.

Peşə təhsilinin məzmununun inteqrasiyası elm, texnika və istehsalatda baş verən inteqrasiya proseslərinin əks etdirilməsindən ibarətdir. Bununla da əvvəl sərbəst kurslarda mövcud olan materialların sadəcə yığılması həyata keçirilməyib onların yeni məntiqi quruluşu yaradılır. İnteqrasiya prosesi iki istiqamətdə gedir: şaquli istiqamət üzrə - ümumtexniki və ixtisas biliklərinin sıx əlaqəsi və üfüqi istiqamət üzrə - inteqrasiyalı tədris fənlərinin yaradılması.

Fəhlə peşələrinin inteqrasiyası, peşə təhsilinin məzmununun unifikasiyasına, bilik, bacarıq və vərdişlərin sintezinə, ümumi texniki və peşə təhsilinin vəhdətinə əsaslanmışdır.

Fəhlə hazırlığında unifikasiya təhsilin məzmununun peşə qrupları üzrə vahid didaktiki formaya gətirilməsidir.

Bunların zəruriliyi həm də cəmiyyət, elm, texnika, istehsalatın inkişafında qarşılıqlı təsir və qarşılıqlı asılılığın dialektik vəhdətindən irəli gəlir.

Peşələrin inteqrasiyası eyni zamanda yeni istehsalat fəaliyyətinə çıxış yaradır, genişprofilli fəhlə əməyinin əsas məzmunu yeni mexanizm və tipik avadanlıqların tətbiqi ilə şərtlənən istehsal vasitələrinin ümumiliyini əks etdirir. Əsasən tipik mexanizm və qurğulara qulluq və idarə etməkdən ibarət olan əmək funksiyalarının ümumiliyi dar profilli bir çox peşələrin inteqrasiyası üçün əsas təşkil edir.

Peşələrin inteqrasiya prosesində əsas obyektiv şərtlər bunlardır:

* istehsalatda yerinə yetirilən işlərin mürəkkəbləşməsi, onun texniki və texnoloji səviyyəsinin artması;

* fəhlənin əməyinin məzmununun dəyişilməsi və əmək fəaliyyəti sahəsinin genişlənməsi. Yeni çevik əməliyyatların yerinə yetirilməsi və onların müxtəlif variantlılığı;

* əmək bazarının tələblərinə uyğun olaraq ixtisaslı fəhlə kadrları hazırlığı;

* fəhlə kadrlarının hazırlığına çəkilən xərclərin azaldılması, onların hazırlanmasında ixtisas səviyyəsinin profilinin genişləndirilməsi;

* unifikasiya edilmiş tədris-plan və proqramların həyata keçirilməsi;

* şəxsiyyətin yaradıcılıq qabiliyyətinin genişləndirilməsi, əmək məhsuldarlığının yüksəldilməsi;

* istehsalatın tələblərinə cavab verə bilən fəhlə kadrları hazırlanmasını təmin edən yeni, daha səmərəli peşə-ixtisas strukturunun yaradılması;

* əmək ehtiyatlarının effektiv istifadə edilməsi, fəhlə qüvvəsinə olan çatışmazlığın aradan qaldırılması.

Yuxarıda sadalananları əsas götürərək eyni istehsalat sahəsindəki peşə qrupları üzrə peşə təhsilinin məzmununun unifikasiya edilməsi üçün belə kriteriyalara əsaslanmışıq:

* əməyin məzmunundakı qohumluğu;

* istehsalatın texnika və texnologiyasındakı ümumiliyi;

* tədris materialının müasir elm, texnika və texnologiyaya uyğunluğu;

X peşə profilinin genişliyi, əməyin mürəkkəbliyi.

Bu əsasda mövcud olan sənəd, tədris plan və proqramlarının sayının ixtisarına və təlim-tərbiyə prosesinin effektliliyinin yüksəldilməsinə imkan verir.

İndiki mərhələdə peşə təhsilinin inteqrasiyalı məzmununun formalaşdırılmasında əsas mənbə kimi istehsalatın elmi-sənaye tipi, insan fəaliyyətinin yeni növləri, texnika, istehsalat, peşə hazırlığında mövcud olan sosial-iqtisadi, elmi-texniki, didaktik, psixoloji-pedaqoji hazırlığa istinad edilir.

Məlumdur ki, peşə ictimai istehsalatda öz yeri və əhəmiyyəti ilə həm də öz profili, genişliyi, ixtisas səviyyəsi ilə xarakterizə olunur. Peşə çərçivələri dinamik ola bilər, lakin istehsalatın hər bir inkişaf mərhələsində onun öz sərhədi vardır.

İstehsalatın özündə gedən inteqrasiya prosesi geniş peşə profillərinin yaradılmasına öz təsirini göstərir. Geniş peşə profili dedikdə elmi-texniki tərəqqinin təsiri altında formalaşan yeni əmək fəaliyyəti başa düşülür.

Kamil AĞAMALIYEV,
Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin
baş məsləhətçisi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov