Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

29 Aprel 2011 - �16 

 

Elm və həyat

NASA

 

Ümumi məlumat 

Dünya tarixində min illərdir ki, insanlar onları düşündürən bir sıra suallara cavablar tapmaq üçün çalışırlar. Əslində, kainatda nələrin baş verdiyi, insanın necə yaranması, kosmosda "mövcud olan" həyat və digər bu kimi məsələlərə aydınlıq gətirilməsi bizim hər birimiz üçün maraqlıdır. Bu baxımdan NASA-nın fəaliyyəti, illərdən bəri apardığı araşdırmalar ən etibarlı mənbələrdən biri hesab olunur.

NASA (Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi) Amerikanın elmi-tədqiqat institutu olsa da, onun fəaliyyəti yalnız bu ölkə ilə məhdudlaşmır. NASA-nın əsas məqsədi kosmik tədqiqatlar vasitəsilə Yer kürəsindən kənarda mövcudluğu ehtimal edilən həyatı öyrənmək və kainatdakı naməlum obyektləri kəşf etməkdir. NASA öz fəaliyyəti ilə dünya miqyaslı elmi-tədqiqat institutu olduğunu təsdiq edə bilib.

SSRİ-nin kosmik fəzaya birinci süni peyki buraxmasından sonra ABŞ prezidenti Duayt Eyzenhauerin təşəbbüsü ilə 1958-ci il iyulun 29-da NASA yaradılıb. Bu qurum 1915-ci ildə fəaliyyətə başlamış NACA-nın (National Advisory Committee on Aeronautics - Aviasiya üzrə Milli Məsləhət Komitəsi) davamçısı hesab olunur. Məlumat üçün bildirək ki, NACA uçuş texnologiyasının tədqiqatı sahəsində 40 ildən artıq fəaliyyət göstərib.

İlk dəfə  kosmosa-Aya insan göndərən SSRİ-nin cəhdindən sonra ABŞ bu sahədə əsaslı addımlar atmağa başladı. Kosmosa ilk insanın uçuşundan sonra bu prosesi robotlar vasitəsilə həyata keçirməyə başladılar. SSRİ-nin "Vostok", "Vosxod" və "Soyuz", Amerikanın "Merkuri", "Gemini" və "Apollo" kosmik gəmilərində isə kosmosa insanlar uçublar.

Hər bir kosmik gəminin uçuşu zamanı qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsini nəzərdə tutan proqramların müxtəlif funksiyaları var. Məsələn, "Merkuri" Amerikanın bir nəfərlik ilk sınaq uçuş gəmisidir. "Gemini" kosmik gəmisi isə 2 nəfərlik və qısa məsafə üçün hazırlanmışdır. "Apollo" isə Aya uçmaq üçün nəzərdə tutulmuşdur.

İlk dövrlər kosmosda hərtərəfli araşdırmaların aparılmasına maneə yaradan bəzi məsələlər var idi. Qarşıya qoyulmuş məqsədləri konkret vaxtda və müəyyənləşdirilmiş vəsait hesabına yerinə yetirmək lazım idi. Bütün bunların nəticəsi olaraq kosmosda tədqiqatlar, elmi araşdırmalar aparmaq və ora göndərilmiş insanların normal yaşamaları üçün lazımi cihaz və sistemlərlə təmin edilmiş kosmik stansiyalar (laboratoriyaları) yaradıldı.

İlk kosmik stansiya olan "SKYLAB" NASA tərəfindən 1973-cü ildə kosmosa göndərilib. Ağırlığı təxminən 75 ton olan bu stansiyanın daxili həcmi 330 kubmetr idi. Onun içərisində isə tədqiqat, yataq, hamam və hətta oyun otaqları da var idi. Bu stansiyalarda tədqiqatlarda istifadə etmək məqsədilə müxtəlif canlılar da saxlanılırdı. Onların arasında meymun, ilan, it, arı, müxtəlif böcəklər, hətta bitkilər də olurdu. Stansiyada olarkən kosmonavtlar ilk dəfə olaraq yaxın məsafədən Günəşin və müxtəlif ulduzların şəkillərini də çəkmişdilər. 

Aya ilk uçuş 

Prezident Con Kennedi 60-cı illərin sonunda ABŞ kosmonavtlarının Aya uçması ideyasını NASA əməkdaşlarına və ictimaiyyətə qəbul etdirə bildi. NASA bu səyahət üçün lazım olan texnologiyanı "Merkuri" və "Gemini" uçuş gəmilərində tətbiq etməyə nail oldu.

1969-cu il iyulun 20-də Nil Armstronq və Buzz Ouldrin Aya uçuş üçün təlim keçmiş 12 nəfərin içərisindən seçildilər. Onlar "Apollo" gəmisində müvəffəqiyyətli uçuş həyata keçirdilər.

NASA fəaliyyətə başladığı dövrdən aeronavtika-təyyarəçilik sahəsində tədqiqatlarını davam etdirir, eyni zamanda elmi tədqiqat sahələrini genişləndirir. Bu istiqamətdə ilk olaraq hava və rabitə peykləri inkişaf etdirildi.

"Apollo"dan sonra NASA kosmosa ardıcıl uçuşları təmin etmək məqsədilə "kosmos təyyarəsi" adlanan yeni  uçuş vasitəsi yaratmağa nail oldu. İlk sınaq 1981-ci ildə baş tutdu. Bundan sonra "kosmos təyyarəsi" 120 müvəffəqiyyətli uçuş həyata keçirib.

2000-ci ildə Amerika Birləşmiş Ştatları və Rusiya Federasiyası 16 ölkənin təmsil olunduğu beynəlxalq layihə çərçivəsində Beynəlxalq Kosmos Stansiyasından kənarda, kosmosda insanın daimi qalması qərarını verdilər. NASA tədqiqatçılarının apardıqları uğurlu işin nəticəsi olaraq, onların qarşısında yenidən Marsda həyat əlamətlərinin mövcud olduğu yerləri müəyyən etmək və növbəti 10 il ərzində tədqiqat aparmaq vəzifəsi qoyulmuşdu.

NASA kosmosla yanaşı, Yerdə də çoxsaylı tədqiqat layihələrinin həyata keçirilməsinə cəhd edib və ya belə layihələri maliyyələşdirib. 

NASA bu gün 

NASA-nın baş qərargahı Vaşinqtonda yerləşir. Bütün laboratoriyalar, hava məkanında yerləşən müxtəlif qurğular və təxminən 10 sahə mərkəzi  baş qərargahdan idarə edilir.

Hazırda NASA-ya Çarlz Bolden rəhbərlik edir. Onu da qeyd edək ki, NASA rəhbərinin namizədliyi ABŞ prezidenti tərəfindən irəli sürülür və Senatda baxılaraq təsdiqlənir. Ç.Bolden də məhz bu seçimlərdən keçərək NASA rəhbəri kimi 2009-cu il iyulun 17-dən fəaliyyətə başlayıb.

NASA öz işini əsasən 4 prinsipial istiqamətdə həyata keçirir:

XAeronavtika-Təyyarəçilik (dünyada hələ tətbiq olunmayan təcrübələri, yeni uçuş texnologiyalarını sınaqdan keçirir);

XTədqiqat sistemi (robot kəşfləri üçün geniş imkanlar yaradır);

XElm (Günəş sistemindən və kainatdan kənarda Yeri tədqiq edir; yeni kəşflər xəritəsini hazırlayır);    

XKosmos əməliyyatları (NASA-nın tədqiqat stansiyalarını kosmos təyyarəsi, Beynəlxalq Kosmos Stansiyası və uçuş dəstəyi ilə təmin edir).

XXI əsrin əvvəllərindən etibarən NASA-nın fəaliyyəti daha da genişlənib və tədqiqatları çoxşaxəli istiqamət alıb. Belə ki, 2004-cü ildən NASA Mars və digər planetləri öyrənir. Onların tədqiqatları sayəsində məlum olub ki, Kassini Saturn ətrafında dönən orbitdir. Bir müddət istifadəsi dayandırılmış, bərpa edilərək yenidən istifadəyə verilmiş məşhur Hubble kosmos teleskopu kosmik tədqiqatlarda səmərəli nəticələr əldə etməyə imkan verir.

Planetimizə daha yaxın hava məkanında yerləşən Beynəlxalq Kosmos Stansiyası kosmosdan Yeri tədqiq edərkən okeanlarda, iqlimdə əvvəllər müşahidə edilməmiş məlumatları toplayıb təhlilini aparır. Həmçinin atmosferin və ümumiyyətlə, hava məkanının bütün qatlarında baş verən proseslər izlənilir, Günəş sistemindəki planetlərin qarşılıqlı təsiri, Marsın hərtərəfli tədqiqi, Yerin qütblərinin peyklərdən və kosmik stansiyadan troposferin tərkibində araşdırılması, dünyanın rentgen şüaları barədə daha çox məlumatlandırılması işi yerinə yetirilir.

NASA-nın aeronavtik komandası digər hökumət təşkilatları və universitetlərlə birgə hava nəqliyyatının işinin yaxşılaşdırılması istiqamətində sənaye sahələri ilə birgə çalışır. NASA yalnız tədqiqatlar aparmır, həmçinin planetimizin təhlükəsizliyinə də nəzarət edir. Belə ki, NASA qalaktikada baş verən partlayışları izləyir, Yer kürəsindən dəfələrlə böyük olan meteoritlərin planetimizlə toqquşmasının qarşısını almaq məqsədilə lazım olan anda yad cismlərin yerə çatmamış partladılmasını təmin edir.  

Nailiyyətlər 

NASA-nın son zamanlar həyata keçirdiyi ən böyük əməliyyat Günəşin müxtəlif tərəflərdən və ən yaxın məsafədən şəkillərinin çəkilməsidir. Bu şəkillər vasitəsi ilə Günəş səthində yeni proseslərin başladığı və güclü partlayışların baş verdiyi məlum olub. Artıq NASA komandası bu partlayışların planetimizə hansı təsirlərinin ola biləcəyini öyrənir.

Son dövrlərin ikinci mühüm tapıntısı isə kosmosda həyat əlaməti olan virusun və Marsda donmuş karbon dioksidin kəşfidir. Belə ki, Günəş sistemində tədqiq edilən ən qədim daş parçalarının içərisində daşlaşmış bakteriya qalıqları tapılıb. NASA mütəxəssisləri iddia edirlər ki, məhz bu bakteriya qalıqları və buz parçaları kosmosda başqa canlıların mövcudluğuna işarə ola bilər. 

Perspektivlər 

Daim yeniləşən, tədqiqat sahələrini daha da dərinləşdirən NASA bir sıra mühüm investisiya layihələri planlaşdırır, davamlı inkişaf proqramları çərçivəsində fəaliyyətini genişləndirir. Belə ki, kosmosun tədqiqində transformativ texnologiyanın inkişafı, Günəş sisteminə bir neçə istiqamətə göndərilən robotların hazırlanması, ABŞ-ın kommersiya məqsədli kosmos uçuş imkanlarının genişləndirilməsi, Beynəlxalq Kosmos Stansiyasından istifadənin səmərəliliyinin artırılması, iqlim dəyişikliyi məsələsinin araşdırılmasının dərinləşdirilməsi NASA-nın qarşısında duran əsas perspektiv fəaliyyət istiqamətlərini təşkil edir.

Sonda onu qeyd edək ki, NASA-nın fəaliyyətində dünyanın hərtərəfli öyrənilməsi və inkişafına təkan vermək qayəsi əsas yer tutur. Təsadüfi deyil ki, ozon qatının deşilməsi barədə ilk həyəcanlı xəbərlər NASA-dan gəlib. Bu gün NASA kosmosda ən çox peyki olan institutdur. Odur ki, bütün dünyada məşhur olan bu qurumun fəaliyyətini izləməklə müvafiq biliklərimizi artırar, mövcud olduğumuz dünyanı daha dərindən öyrənər və kainatın, təbiətin sirlərinə müəyyən qədər bələd olarıq. 

Ceyran EYVAZZADƏ,
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsinin məsləhətçisi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov