|
|
|
Masallıda "Bilik
sərgisi" nümayiş etdirilib |
|
|
|
AzərTAc xəbər verir ki, Lənkəran Özəl Türk
Liseyinin şagirdləri Masallı şəhər 3 nömrəli
orta məktəbində "Bilik sərgisi" təşkil etmişlər.
"Bilik sərgisi"ndə şagirdlər müxtəlif fənlərdən
tədris müddətində öyrəndiklərini praktiki
şəkildə nümayiş etdirmişlər. Şagirdlər "Dədə
Qorqud" eposundan, Nizami Gəncəvinin
əsərlərindən parçalar ifa etmişlər. Təhsil
ocağının uğurlarını əks etdirən stend də maraqla
qarşılanmışdır. Masallı Rayon Təhsil Şöbəsinin
əməkdaşı Soltanağa Cəfərov tədbiri Masallıda
təşkil etdiyinə görə Lənkəran Özəl Türk
Liseyinin rəhbərliyinə minnətdarlıq etmişdir.
Bildirmişdir ki, belə tədbirlərin təhsilimizin
inkişafı üçün böyük əhəmiyyəti vardır.
Şagirdlərin elmi dünyagörüşünün formalaşmasında,
həyata düzgün istiqamətləndirilməsində, təhsilə
marağının artmasında sərginin rolu əvəzsizdir.
|
|
|
|
|
|
|
|
|
BİZ
TORPAQLARIMIZA QAYIDACAĞIQ! |
XANKƏNDİ |
26.12.1991 |
XOCALI |
26.02.1992 |
ŞUŞA |
08.05.1992 |
LAÇIN |
18.05.1992 |
XOCAVƏND |
02.10.1992 |
KƏLBƏCƏR |
04.04.1993 |
AĞDƏRƏ |
07.07.1993 |
AĞDAM |
23.07.1993 |
CƏBRAYIL |
23.08.1993 |
FİZULİ |
23.08.1993 |
QUBADLI |
31.08.1993 |
ZƏNGİLAN |
29.10.1993 |
|
|
|
|
|
|
|