|
|
|
Fransız
müəllifin əsəri tələbələrin ifasında |
|
|
|
ADMİU-da çoxdan bəri adət halını almış
sənətkar-pedaqoqların tamaşaçılar qarşısında
yaradıcılıq-ifa işlərinin nümayişi bu gün də
uğurla davam etməkdədir. Bu dəfə növbə rejissor
sənəti fakültəsinin teatr rejissoru kafedrasının
müəllimi, dosent Sevda Teymurovanın idi. O,
tələbələri ilə birlikdə tamaşaçı önündə sənət
imtahanı vermək üçün fransız dramaturqu Marsel
Birkyenin 2 hissədən ibarət "Oğru" komediyasını
seçmişdi. Yüksək temp və inkişaf dinamikası ilə
diqqəti cəlb edən, cəmi 45 dəqiqə çəkən bu
əsərin personajlarının sərrast cizgilərini
yaradan teatr kollektivi rejissorluğu üzrə
təhsil alan I, II, III kurs tələbələrindən Cavid
Nuriyev (Dominik), Vasif Həsənli (Klod), Xəyalə
Meydanova (Mişel) və oğru rolunu oynayan İsa
Rəhimovun məharətli ifa tərzləri, əsərin tələb
etdiyi səhnəqrafiya elementlərini böyük dəqiqlik
və inandırıcılıqla çatdırmaları tamaşaçılar
tərəfindən maraqla qarşılandı.
İntiqam MEHDİZADƏ |
|
|
|
|
|
|
|
|
BİZ
TORPAQLARIMIZA QAYIDACAĞIQ! |
XANKƏNDİ |
26.12.1991 |
XOCALI |
26.02.1992 |
ŞUŞA |
08.05.1992 |
LAÇIN |
18.05.1992 |
XOCAVƏND |
02.10.1992 |
KƏLBƏCƏR |
04.04.1993 |
AĞDƏRƏ |
07.07.1993 |
AĞDAM |
23.07.1993 |
CƏBRAYIL |
23.08.1993 |
FİZULİ |
23.08.1993 |
QUBADLI |
31.08.1993 |
ZƏNGİLAN |
29.10.1993 |
|
|
|
|
|
|
|