Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

29 Aprel 2011 - �16 

 

Masallının Mahmudavar kənd məktəbində Heydər Əliyev muzeyi fəaliyyət göstərir

 

Cənub bölgəsinin kənd yaşayış məntəqələrindən yalnız Mahmudavarda  ümummilli liderimiz Heydər Əliyevin əzəmətli abidəsi ucaldılıb. Ötən il isə bu kənddə ulu öndərin xatirəsinə muzey yaradılıb. İstər heykəl, istərsə kənd orta məktəbinin ən böyük, gözəl və səliqəli otaqlarından birində yerləşən muzey, ilk növbədə, mahmudavarlıların görkəmli dövlət xadimi, çağdaş tariximizin banisi, unudulmaz dahi şəxsiyyət olan Heydər Əliyevin ruhuna hörmət və ehtiramının təzahürüdür.

Burada ümummilli liderin zəngin və çoxşaxəli fəaliyyətini əks etdirən nadir fotoşəkillər, tarixi sənədlər və digər qiymətli eksponatlar toplanmışdır.

Mahmudavarda hər kəs ulu öndərin xatirəsini daim əziz tutur. Məhz bu kəndin yetirməsi Şirvan Əbilov 1992-ci ilin noyabrında hakimiyyətdə olan AXC-nin təqib və hədələrinə baxmayaraq, Yeni Azərbaycan Partiyasının təsis konfransında iştirak etmək üçün Bakıdan Naxçıvana yola düşən 40 nəfərdən biri, cənub bölgəsindən isə yeganə nümayəndə olub. Bundan bir həftə sonra isə o, bölgədə ilk dəfə olaraq doğma kəndində YAP-ın dayaq dəstəsini yaradıb. Bir gündə partiyanın sıralarına 157 nəfər üzv və 335 nəfər təəssübkeş yazılıb. Daha üç ay sonra partiyanın Masallı rayon təşkilatının təsis konfransında Şirvan müəllim sədr seçilib və 2007-ci ilədək bu vəzifədə çalışıb. Ulu öndərin məsləkdaşı olması ilə daim fəxr edən el ağsaqqalı hazırda Prezident təqaüdçüsü, YAP Siyasi Şurasının üzvüdür. Böyük maraqla tanış olduğum muzeyin sənədləri, şəkilləri sırasında bütün bunlar barədə ətraflı materiallar vardır. 

Bu günlər Mahmudavarda böyük rəhbərin möhtəşəm abidəsini və bir yaşlı xatirə muzeyini ziyarət edənlərin sayı xüsusilə çoxdur. Muzeyi araya-ərsəyə gətirməkdən ötrü məktəbin tarix müəllimi Musarza Mirzəyev çox zəhmət çəkib. Gecəni-gündüzə qatıb. İndi də muzeyi günbəgün zənginləşdirməkdən mənəvi zövq alır.

Musarza Mirzəyev Masallıda hamının adını hörmətlə çəkdiyi ziyalılardandır. Lənkəran Dövlət Universitetində müəllim, rayon qəzetində redaktor müavini, ərazi üzrə icra nümayəndəsi vəzifələrində çalışıb. Üç yüzdən artıq elmi məqalə, tarixi-etnoqrafik oçerk yazıb. Azərbaycan müəllimlərinin X və XIII qurultaylarının nümayəndəsi olub. Hazırda elmi axtarışlarını davam etdirir, ictimai-siyasi fəaliyyətlə də məşğuldur. Məhz onun yorulmaz səyi sayəsində kənd məktəbindəki muzey rəhbərə xalq məhəbbətinin əsl aynasına çevrilib.

Muzeyin eksponatları Azərbaycan Respublikasının Dövlət bayrağı fonunda düzülüb. Müdrik rəhbərin uşaqlıq, gənclik illəri, xüsusi xidmət orqanlarında çalışdığı dövr, Azərbaycana rəhbərliyi, Moskvada işlədiyi vaxtlar, Naxçıvana gəlişi, ölkəmizin siyasi rəhbərliyinə qayıdışı  ardıcıllıqla əks olunub. Ümummilli liderin, eləcə də Prezident İlham Əliyevin Masallıya səfərləri ilə bağlı muzeydə ayrıca guşələr yaradılıb. 

Milli Məclisin deputatı, Heydər Əliyev irsinin tədqiqatçısı, tanınmış yazıçı-publisist Elmira Axundova ötən il kənd muzeyinin açılışında iştirak edərək buraya "Heydər Əliyev. Şəxsiyyət və zaman" dördcildliyini, habelə rəhbərin həyat və fəaliyyəti haqqında audio və videomaterialları  bağışlayıb. O, həmçinin muzeydə keçirilən "açıq dərs"də maraqlı mühazirə oxuyub. Gənclərin Heydər Əliyev ideyaları ruhunda tərbiyəsində muzeyin rolu əvəzsizdir.

Ümummilli liderin anadan olmasının 88-ci ildönümü ərəfəsində hər gün təkcə yüzlərlə mahmudavarlı deyil, ətraf kəndlərin sakinləri də, məktəblilər, müəllimlər, ziyalılar, sadə zəhmət adamları da buraya ulu öndərin xatirəsini yad etməyə gəlir, dahi insanın şərəfli ömür yolu, çoxşaxəli dövlətçilik fəaliyyəti ilə böyük maraqla tanış olur, parlaq xatirəsinə sonsuz məhəbbət və ehtiramlarını bildirirlər.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov