Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

5 May 2011 - �17

 

Prezident İlham Əliyev Sabirabadın Qasımbəyli kəndində əsaslı təmir edilmiş tam orta məktəbin binası ilə tanış olub

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Sabirabad rayonunun Qasımbəyli kəndində əsaslı təmir edilmiş Hilal Ənnağıyev adına tam orta məktəbin binası ilə tanış olmuşdur.

Kənd ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Prezident İlham Əliyev sakinlərlə görüşdü. Sakinlər dövlətimizin başçısı ilə xatirə şəkli çəkdirdilər.

Sonra Prezident İlham Əliyev məktəblə tanış oldu.

Bildirildi ki, Sabirabad rayonunun Qasımbəyli kənd orta məktəbinin binasında yaradılan şərait bir daha göstərir ki, Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Son illər ölkəmizdə yüzlərlə yeni məktəb binasının inşası, bir çoxunda yeni korpusların tikilməsi həyata keçirilən təhsil islahatlarının mühüm tərkib hissəsi olmaqla yanaşı, Azərbaycanın gələcəyinin daha etibarlı təminatına geniş imkanlar açır. Bu, bir daha təsdiqləyir ki, "qara qızıl"ın insan kapitalına çevrilməsi istiqamətində görülən işlər öz bəhrəsini verir. Yeni təhsil ocaqlarının inşası bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Təhsilin inkişafına qayğı işində Heydər Əliyev Fondunun fəaliyyəti xüsusilə diqqəti cəlb edir. Fondun bu sahədə həyata keçirilən dövlət siyasətinə verdiyi dəstək və onun təşəbbüsü ilə tikilən çoxsaylı yeni məktəb binaları Azərbaycan ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.

Qeyd edildi ki, ötən ilin mayında Kür çayının daşması ilə yaranan təbii fəlakət nəticəsində Qasımbəyli kəndinə külli miqdarda ziyan dəymiş, demək olar ki, bütün infrastruktur dağılmışdı. Kənd məktəbi də tamamilə yararsız vəziyyətə düşmüşdü. Lakin dövlətimizin başçısının tapşırığına əsasən məktəbin binası qısa müddətdə müasir tələblər səviyyəsində yenidən qurulub istifadəyə verilmişdir.

Dövlətimizin başçısına məlumat verildi ki, əsaslı təmirdən sonra daha geniş və müasir standartlara uyğunluğu ilə seçilən bu məktəb binası qasımbəylililər üçün əsl hədiyyə olmuşdur. Hazırda 246 şagird yeri olan binada təlim-tədris üçün bütün şərait yaradılmış, sinif otaqları zəruri avadanlıqla təchiz edilmişdir. Şagirdlərin informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanları diqqət mərkəzində saxlanılmışdır. Fənn laboratoriyalarında da yüksək şərait yaradılmışdır. Əyani vəsaitlərin bolluğu ilə diqqət çəkən siniflərdə şagirdlərin elmin sirlərinə yiyələnmələri üçün heç bir problem yoxdur. Şagirdlərin yüksək təhsili və pedaqoji kollektivin səmərəli fəaliyyəti üçün bütün amillər nəzərə alınmışdır. Məktəb istilik sistemi ilə təchiz olunmuş, burada yaradılmış müasir idman zalında zəruri avadanlıq quraşdırılmışdır.

Bildirildi ki, rayonda təhsil sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə bir sıra digər tədbirlər də həyata keçirilir. Sabirabadın Yuxarı Axtaçı kəndində 240 şagird yerlik orta məktəb binası tikilir. Ulacalı, Mürsəlli, Bala Həşimxanlı kənd orta məktəblərində əsaslı təmir işləri başa çatdırılmış, Əsgərbəyli və Muradbəyli kənd məktəblərində isə yenidənqurma işləri davam etdirilir.

Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi.  

AzərTAc

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Rəsmi" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov