Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

5 May 2011 - 17

 

Sumqayıt Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin büstünün açılışı olub

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar Sumqayıt Dövlət Universitetində (SDU) ulu öndərin büstünün açılışı olmuşdur. Mərasimdə iştirak edən respublikanın təhsil naziri Misir Mərdanov və Sumqayıt İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ulu öndərin büstü önünə əklil qoymuşlar. Universitetin vestibülündə ümummilli liderin yorulmaz fəaliyyətini işıqlandıran fotostend təşkil edilmişdir.

Misir Mərdanov və Eldar Əzizov Azərbaycanın ən yeni tarixində ümummilli lider Heydər Əliyevin yüksək xidmətləri barədə söhbət açmış, ali məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsində, təhsilin inkişafında və ölkəmizin kadr potensialının yaradılmasında onun rolunu vurğulamışlar.

Sonra qonaqlar universitetlə tanış olmuşlar. Onlar 480 yerlik akt salonuna və idman zalına baxmışlar. SDU-nun rektoru, professor Nadir Qəhrəmanov universitetdə yaradılmış müasir videokonfrans zalını qonaqlara göstərərək bildirmişdir ki, bu konfrans zalı 13 ölkənin ali məktəbləri ilə onlayn rejimdə əlaqə yaratmağa imkan verir. Daha sonra o bildirmişdir ki, Avropa İttifaqının TEMPUS proqramı çərçivəsində universitetdə 8 müasir tədris laboratoriyası yaradılmışdır. Qonaqlar həmin laboratoriyaların bəziləri ilə tanış olmuşlar.

Xatırladaq ki, şəhərdə yeganə ali təhsil müəssisəsi olan Sumqayıt Dövlət Universiteti 1960-cı ildə Azərbaycan Sənaye İnstitutunun filialı kimi təsis edilmişdir. 1989-cu ildən müstəqil ali məktəb kimi fəaliyyət göstərən bu institut 2000-ci ildə dövlət başçısının sərəncamı ilə yenidən təşkil edilərək Sumqayıt Dövlət Universiteti adlandırılmışdır. Hazırda universitetin yeddi fakültəsində 4 mindən çox tələbə təhsil alır. Burada 400-ə yaxın müəllim 21 ixtisas üzrə bakalavr və 42 ixtisas üzrə magistr kadrları hazırlayır. Universitetin professor-müəllim heyətinin üzvləri arasında AMEA-nın 5 müxbir üzvü, 40 elmlər doktoru və 140 dosent vardır. Son illərdə burada 10 beynəlxalq, 20 respublika və 40 universitet miqyaslı elmi konfrans keçirilmişdir.  

AzərTAc

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov