Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

5 May 2011 - �17

 

Türkiyənin İğdır şəhərində Heydər Əliyev liseyinin rəsmi açılışı olub

 

Türkiyənin İğdır şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan liseyin rəsmi açılışı olmuşdur. Mərasimdə Baş nazir Rəcəb Tayyib Ərdoğan iştirak etmişdir.

Türkiyənin Baş naziri demişdir ki, bu mərasimdə iştirak mənim üçün çox önəmlidir. Təkcə dost, qardaş Azərbaycanın deyil, bizim də fəxrimiz, "Biz bir millət, iki dövlətik" kəlamının müəllifi Heydər Əliyevin adını daşıyan bu liseyin fəaliyyətindən məmnunuq.

Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırov Heydər Əliyevin adını daşıyan müasir təhsil kompleksinin açılışında iştirak etməkdən böyük qürur hissi keçirdiyini bildirmişdir.

Sonra rəmzi açılışı bildirən qırmızı lent kəsilmiş, Baş nazir, səfir və digər qonaqlar liseylə tanış olmuşlar.

Bildirilmişdir ki, liseydə hazırda 234 şagird təhsil alır. Şagirdlər təhsil müəssisəsinə imtahan verərək yüksək balla qəbul edilirlər. 16 sinif otağı olan liseydə müasir standartlara cavab verən kimya, biologiya və fizika laboratoriyaları, idman zalı, qızlar yataqxanası fəaliyyət göstərir. Burada zəngin kitabxana da vardır. Bir sözlə, təhsil üçün hər cür şəraitə malik olan Heydər Əliyev liseyi Türkiyənin ən nüfuzlu tədris komplekslərindən biri hesab edilir.

Daha sonra Baş nazir və onunla birlikdə açılış mərasimində iştirak edən qızı liseyin şagirdləri ilə birlikdə şəkil çəkdirmişlər.

Heydər Əliyev liseyinin açılışı əhalisinin böyük əksəriyyətini azərbaycanlıların təşkil etdiyi İğdır, eləcə də bölgənin təhsil ictimaiyyəti üçün əsl bayrama çevrilmişdir.  

AzərTAc

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov