Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

5 May 2011 - �17

 

Azərbaycan Texniki Universitetinin yeni istehsalat müəssisələri ilə əlaqələri genişlənir

 

Azərbaycan Texniki Universitetinin professor-müəllim heyətindən ibarət 42 nəfərlik bir qrup, həmin təhsil ocağının rektoru, texnika elmləri doktoru, professor Havar Məmmədovun rəhbərliyi ilə bu günlərdə Sumqayıt Texnoparkında tətbiq olunan elmtutumlu texnologiyalarla tanış olmuşdur. Tədbir "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyevin dəvəti ilə həyata keçirilmişdir. Burada məqsəd innovasiya xarakterli müasir istehsalat müəssisələrinin mühəndis-texniki kadrlara olan tələbatını yerində öyrənmək və texnoparkın texnoloji strukturları ilə AzTU-nun elmi-texniki potensialının qarşılıqlı əməkdaşlıq perspektivlərini müəyyənləşdirmək olmuşdur.

STP-yə transfer olunan yüksək texnologiyalar barəsində "Azərenerji" ASC-nin prezidenti E.Pirverdiyev ətraflı məlumat vermiş və qeyd etmişdir ki, STP-nin yaradılması ilə gənclik şəhəri olan Sumqayıtın ənənələri (Qafqazın sənaye mərkəzi olması) bərpa olunur. Texnopark Sumqayıt şəhəri üçün yeni iş yerlərinin yaradılması və müasir texnologiyaların inkişaf etdirilməsi, ölkə üçün isə innovasiya əsaslı, elmtutumlu və rəqabətqabiliyyətli iqtisadiyyatın inkişaf etdirilməsi vasitəsidir. STP ölkənin elektroenergetika sənayesində yeni infrastruktur layihələrin həyata keçirilməsi üçün lazım olan müasir avadanlıqların yeni texnologiyalar əsasında istehsalını həyata keçirir. Parkın tərkibində 16 zavodun fəaliyyət göstərməsi planlaşdırılır.

AzTU-nun rektoru, professor Havar Məmmədov bildirdi ki, bu gün Azərbaycan iqtisadiyyatının inkişaf bazasının yüksək texnologiyalar əsasında qurulması üçün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurlu siyasət həyata keçirilir. Yüksək texnologiyalar biliyə söykənən iqtisadiyyatın yaranması istiqamətində irəli atılmış tutarlı bir addımdır. Bu istiqamətdə həyata keçirilən fəaliyyətin əyani nümunəsi Sumqayıt Texnoparkıdır. STP postsovet məkanında fəaliyyət göstərən texnoparklar içərisində həm ərazi, həm istehsal çeşidinin genişliyi, həm də istifadə olunan elmtutumlu texnologiyaların həcmi nöqteyi-nəzərindən ən qabaqcıllarından biridir. STP iqtisadiyyatın innovasiya prinsipləri əsasında inkişafını təmin edən, yüksək texnologiyalara əsaslanan biznes proseslər üçün meydan ola bilən, müasir ideyaların reallaşdırılmasına imkan verən və beləliklə də ölkə iqtisadiyyatında sabitliyi təmin edən əsas amillərdəndir. Bu gün Azərbaycan MDB və Şərqi Avropa ölkələri arasında xarici investisiyanın adambaşı həcminə görə lider ölkədir. Texnopark ideyası ölkə iqtisadiyyatının innovasiyalar əsasında inkişafını nəzərdə tutur və ölkənin iqtisadi tərəqqisi üçün yüksək aktuallıq kəsb edir. İnnovasiyalar əsasında inkişaf istehsalata çıxış yolları axtaran ali məktəblər, o cümlədən də AzTU üçün elmi-texniki potensialı reallaşdırmaq istiqamətində geniş imkanlar açır. Rektor Havar Məmmədov vurğuladı ki, ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanın gələcəyini yüksək mədəniyyətli, bilikli, müasir informasiya texnologiyalarına yiyələnmiş, Avropa dillərini bilən, yüksək texnologiyaların daşıyıcısı olan gənclərdə görür. AzTU-nun 8 fakültəsində respublika sənayesinin bütün sahələrini əhatə edən 70 ixtisas üzrə 7000-dən çox bakalavr və magistrant təhsil alır. Texniki Universitet Avropanın və postsovet məkanının qabaqcıl universitetləri ilə əməkdaşlıq əlaqələrini daim möhkəmləndirir. AzTU-da bu yaxınlarda texnoloji təminatı Amerikanın HAAS şirkətinin rəqəmli proqramla idarə olunan son nəsil texnoloji avadanlıqlarla təchiz edilmiş, proqram təminatı isə Almaniyanın Keller şirkətinin SoftWare SYMplus proqram məhsulları əsasında formalaşdırılmış "Virtual layihə-texnoloji tədris mərkəzi" istifadəyə verilmişdir. Mərkəzin bazasında təşkil edilmiş, tərkibində İnternetə qoşulmuş müasir kompüterlər, interaktiv elektron lövhə və s. var. HAAS şirkətinin imitatorları olan sinifdə RPİ dəzgahlarının idarəedici proqramlarının avtomatlaşdırılmış işlənməsi və digər müasir texnoloji mövzularda seminar və treninqlər keçirilir. STP-nin mütəxəssislərinin AzTU-da təşkil edilən elmi-texniki seminar və konfranslarda iştirakı, təkmilləşdirmə və yeni ixtisasalma kimi əlavə təhsil kursları keçməsi, ali məktəbin elmi-texniki heyətinin isə texnoparkın texniki və texnoloji problemlərinin həllində yaxından iştirak etməsi, tələbələrin də STP-də təcrübə keçməsi məqsədyönlü olardı. 

Müşfiq BORÇALI,
AzTU-nun Mətbuat şöbəsinin müdiri

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov