Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

5 May 2011 - �17

 

Görkəmli fırça ustası Hüseyn Əliyevin 100 illik yubileyi münasibətilə
Azərbaycan Dövlət İncəsənət Muzeyində rəssamın fərdi sərgisi açılıb

 

Görkəmli fırça ustası, xalq rəssamı Hüseyn Əliyevin anadan olmasının 100 illiyi münasibətilə aprelin 29-da R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində rəssamın fərdi sərgisi açılmışdır.

AzərTAc xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin, R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin birgə təşəbbüsü ilə təşkil edilmiş sərgi çərçivəsində, həmçinin görkəmli fırça ustasının yaradıcılığına həsr olunmuş "Titrəyən kölgələr, sayrışan işıq" adlı kataloq və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən rəssamın yubileyi münasibətilə buraxılmış poçt markasının təqdimatı keçirilmişdir.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək görkəmli rəssamın 100 illik yubileyi ilə bağlı sərgilərin Azərbaycandan əlavə, xarici ölkələrdə də keçiriləcəyini söyləmişdir. Nazir bildirmişdir ki, Hüseyn Əliyev Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsi olmaqla yanaşı, ölkəmizin rəngkarlıq məktəbinin ilk ustadlarından biridir. O, Leninqrad (Sankt-Peterburq) Rəssamlıq Akademiyasında təhsil almış ilk azərbaycanlı olmuşdur.

Ə.Qarayev vurğulamışdır ki, görkəmli fırça ustası Hüseyn Əliyevin yaradıcılığında portret, peyzaj, karikatura, qrafika janrlarında rəsm əsərləri mühüm yer tutur. Nazir qeyd etmişdir ki, Hüseyn Əliyev 50 il "Kommunist" (indiki "Xalq qəzeti") qəzetində rəssam və baş rəssam vəzifələrində çalışmışdır.

Eyni zamanda diqqətə çatdırılmışdır ki, sərgidə görkəmli rəssamın Dövlət İncəsənət Muzeyində və şəxsi arxivlərdə saxlanan 100-ə yaxın əsəri nümayiş olunur.

Sərginin açılış mərasimində Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, Dövlət Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı, akademik Ömər Eldarov, əməkdar memar Rasim Əliyev görkəmli fırça ustası Hüseyn Əliyevin həyat və yaradıcılığından, onun ərsəyə gətirdiyi əsərlərin özünəməxsusluğundan danışmışlar.

Sonra tədbirin iştirakçıları Milli Məclisin deputatları, dövlət rəsmiləri, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri xalq rəssamı Hüseyn Əliyevin Azərbaycanın müxtəlif guşələrini, təbiətimizin gözəlliklərini əks etdirən əsərlərinə maraqla baxmışlar. Sərgi mayın 8-dək davam edəcəkdir.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov