Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

5 May 2011 - 17

 

BDU-da "Heydər Əliyev məktəbi"nin növbəti məşğələsi

 

Bakı Dövlət Universitetində "Heydər Əliyev məktəbi"nin ulu öndərin 88-ci ildönümünə həsr olunmuş növbəti məşğələsi keçirilib. Öncə ulu öndərin universitetdəki büstü önünə gül dəstələri düzülüb, Heydər Əliyev muzeyi ziyarət edilib. Sonra tədbir böyük akt zalında davam edib. Qonaqları və tədbir iştirakçılarını salamlayan rektor, akademik Abel Məhərrəmov ümummilli lider, qüdrətli şəxsiyyət Heydər Əliyevin tarixi xidmətlərindən danışıb, ölkə həyatında - siyasətində, iqtisadiyyatında, elm və təhsilində, digər sahələrdə həyata keçirdiyi islahatlardan, möhtəşəm layihələrdən bəhs edib, qüdrətli Azərbaycanın bütün nailiyyətlərinin bu böyük şəxsiyyətin adı ilə bağlı olduğunu vurğulayıb. Akademik dahi rəhbərin elmin, təhsilin inkişafına, alimlərin sosial vəziyyətinin daha da yaxşılaşmasına hər zaman böyük diqqət və qayğı ilə yanaşdığını, həmin siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini də diqqətə çatdırıb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənov "Heydər Əliyevin geosiyasi təlimi: XXI əsrdə Azərbaycanın əsas geosiyasi vəzifələri və perspektivləri" adlı məruzə ilə çıxış edib. Natiq müstəqil dövlətimizin formalaşması, inkişafı və dünyada tanınmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan söz açıb. Deyib ki, xalqın tələbi ilə 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra ciddi xarici geosiyasi müdaxilələrə, kəskin daxili ictimai-siyasi, iqtisadi və mənəvi böhrana, gündən-günə güclənən milli-vətəndaş qarşıdurması və s. neqativ hadisələrə baxmayaraq, müstəqil Azərbaycanın milli dövlətçiliyini qoruyub saxlamaq mümkün olub. 1993-1996-cı illərdə ictimai-siyasi sabitliyin bərpa edilməsi, həyata keçirilən ardıcıl daxili, xarici, milli dövlət quruculuğu və sosial-iqtisadi siyasət, 1994-cü ildə atəşkəsə nail olunması və s. proseslər Azərbaycan Prezidentinə öz xalqının gələcəyi ilə bağlı həyati əhəmiyyət kəsb edən strateji layihələri həyata keçirməyə imkan yaradıb. Qısa zaman kəsiyində ölkənin həm daxili həyatında bazar iqtisadiyyatı mexanizmlərinin yaradılması, dövlət mülkiyyətinin özəlləşdirilməsi və biznes mühitinin liberallaşdırılması, həm də beynəlxalq aləmlə hərtərəfli işgüzar münasibətlərin qurulması, respublika iqtisadiyyatına hava-su kimi lazım olan xarici investisiya və texnologiyaların cəlb edilməsi, Xəzər dənizinin milli sektorundakı neft-qaz yataqlarının birgə istismarı, inkişaf etmiş Qərb dövlətləri və onları təmsil edən şirkətlərlə Azərbaycanın bərabərhüquqlu, qarşılıqlı-faydalı, müştərək tərəfdaşlıq əlaqələrinin yaradılması və s. milli geosiyasi vəzifələrin həyata keçirilməsinin müvəffəqiyyətli sonluğunu şərtləndirib.

Ulu öndərin Azərbaycan xalqı və dövləti üçün gördüyü işlərdən danışan natiq onu da bildirib ki, böyük Cənubi Qafqazın lider dövləti geosiyasi statusunun qazanılması, möhkəmləndirilməsi və qorunub saxlanması, Avropa və dünyanın enerji təhlükəsizliyi sahəsindəki mövqeləri qorumaq, gücləndirmək və ölkənin milli maraqları ilə sıx əlaqələndirmək, enerji ixracı marşrutlarının şaxələndirilməsi və yeni satış bazarlarının axtarışı siyasətinin davam etdirilməsi, geosiyasi mövqelərin möhkəmləndirilməsi taktikasının çevikləşdirilməsi və sistemli təminatı, Dağlıq Qarabağ probleminin həllinə dinc yolla nail olunması, Qərblə əməkdaşlığı zəiflətmədən, Türkiyə ilə strateji münasibətlərin dərinləşdirilməsi, Rusiya və İranla qarşılıqlı maraqlara söykənən tərəfdaşlıq münasibətlərinin yaradılması və inkişaf etdirilməsi, ABŞ-İran geosiyasi ziddiyyətləri fonunda hər iki dövlətlə dostluq və tərəfdaşlıq münasibətlərinin qorunması, yeni geosiyasi reallıqlara və bundan irəli gələn qlobal çağırışlara operativ reaksiya verilməsi, strateji tərəfdaşlarla geosiyasi münasibətlərə xələl gətirmədən daha praqmatik siyasət yürüdülməsi bu böyük dövlət adamının böyük tarixi xidmətlərindən olub və həmin kurs bu gün ölkə rəhbəri İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Daha sonra universitetin professorları Şahlar Əsgərov və İzzət Rüstəmov ümummilli liderlə bağlı xatirələrini bölüşüblər.

Tədbir BDU-nun xeyli sayda əməkdaşı və tələbəsinin YAP-a üzv qəbul olması ilə başa çatıb. 

BDU-nun Mətbuat və informasiya şöbəsi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov