Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

5 May 2011 - �17

 

Moskvada Azərbaycan etnomədəni komponentli məktəb əfsanəvi Kərim Kərimovun adını daşıyacaq

 

Moskvada 157 nömrəli Azərbaycan etnomədəni komponentli orta ümumtəhsil məktəbi bundan sonra Sosialist Əməyi Qəhrəmanı, Stalin, Lenin və SSRİ Dövlət mükafatları laureatı, Pilotlu Uçuşlar üzrə Dövlət Komissiyasının sədri (1966-1991), general-leytenant Kərim Kərimovun adını daşıyacaqdır.

Məktəbdə bu əlamətdar hadisə münasibətilə keçirilən təntənəli tədbirdə Ümumrusiya Azərbaycan Konqresinin, şəhər ictimaiyyətinin, Moskva meriyasının, Rusiya paytaxtının təhsil departamentinin nümayəndələri, müharibə və əmək veteranları iştirak etmişlər.

Məktəbin direktoru, Azərbaycanın əməkdar müəllimi Aida Quliyeva bildirmişdir ki, məktəbə Kərim Kərimovun adının verilməsi gününü müəllimlər, eləcə də şagirdlər və valideynlər böyük səbirsizliklə gözləyirdilər. Bu məktəbdə təhsil alan hər bir kəs Kərim Kərimovun həyat və fəaliyyətini, onun sovet kosmonavtikasının tarixindəki rolunu bilir.

Kərim Kərimovun adının 157 nömrəli məktəbə verilməsi ilə əlaqədar Rusiya rəhbərliyinə və şəhərin hakimiyyət orqanlarına minnətdarlığını bildirən Aida xanım demişdir ki, bu hadisə Rusiya və Azərbaycanın dostluq və mehriban qonşuluq əlaqələrinin inkişafına təkan verəcəkdir.

Sonra tədbirdə Kərim Kərimovun nəvəsi, məşhur babasının adını daşıyan Kərim Kərimov çıxış etmişdir. O, babasının adının əbədiləşdirilməsində iştirak edən insanlara minnətdarlığını bildirərək vurğulamışdır ki, babasının uzun illər Moskvada yaşamasına baxmayaraq, onun qəlbi daim Azərbaycanla bir döyünmüşdür. O demişdir: "157 nömrəli məktəbə Kərim Kərimovun adının verilməsi onun zəhmətinə verilən ən yüksək qiymətdir".

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu sözügedən hadisənin əhəmiyyətini iki ölkənin təhsil sahəsində dinamik inkişaf edən Azərbaycan-Rusiya münasibətləri kontekstində uğur kimi qiymətləndirmişdir. Bu böyük şəxsiyyətin həyatından söz açan səfir əmin olduğunu bildirmişdir ki, müəllim və şagirdlər Kərim Kərimovun xatirəsini qayğı ilə anacaqlar. P.Bülbüloğlu onu da vurğulamışdır ki, 157 nömrəli məktəb əlamətdar tarixlərə və tarixi şəxsiyyətlərə həmişə diqqətlə yanaşmışdır.

Təntənəli mərasim məktəblilərin hazırladıqları konsert proqramı ilə başa çatmışdır.

AzərTAc

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov