Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

5 May 2011 - �17

 

"Azərbaycanşünaslığın aktual problemləri" mövzusunda II Beynəlxalq elmi konfrans öz işinə başlayıb

 

Mayın 4-də Bakı Slavyan Universiteti və Gəncə Dövlət Universitetinin təşkilatçılığı ilə BSU-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş "Azərbaycanşünaslığın aktual problemləri" mövzusunda II beynəlxalq elmi konfrans öz işinə başladı. Öncə iştirakçılar BSU-da ümummilli lider Heydər Əliyevin büstü önünə əklil qoydular.

Konfransda respublikanın ali məktəbləri və elmi müəssisələrinin nümayəndələri ilə yanaşı, Türkiyə, Rusiya, ABŞ, Belarus, Gürcüstan, Litva, Polşa və Qazaxıstandan 30-a yaxın alim və tədqiqatçı iştirak edirdi. Tədbirin keçirilməsində məqsəd azərbaycanşünaslıq ideyalarının bir elmi istiqamət kimi öyrənilməsi və mənimsənilməsi, xarici ölkələrin universitetlərində fəaliyyət göstərən azərbaycanşünaslıq tədris və mədəniyyət mərkəzlərinin fəaliyyətinin gücləndirilməsi, azərbaycanşünaslığın inkişafı, təbliği və tətbiqi, müxtəlif ölkələrdən olan azərbaycanşünasların Azərbaycan dili, ədəbiyyatı, tarixi və mədəniyyətinə marağını artırmaqdan ibarət idi. Qeyd edək ki, BSU ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş tədbirlər planında 48 tədbir keçirməyi nəzərdə tutub ki, bu da həmin tədbirlərdən ən əhəmiyyətlisidir.

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Kamal Abdullayev ulu öndər Heydər Əliyevin dövlətçiliyimizə bəxş etdiyi töhfələrdən söz açdı.  Heydər Əliyevin dünya siyasi arenasında böyük bir siyasətçi olduğunu və ömrünü xalqına, onun gələcəyinə həsr etdiyini iştirakçıların nəzərinə çatdırdı. Professor K.Abdullayev ulu öndər Heydər Əliyevlə bağlı universitetin ən böyük xatirəsinin ümummilli liderlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin universitetə birgə gəlişi ilə bağlı olduğunu qeyd etdi. Bildirdi ki, universitetin yaranmasının təşəbbüskarı olan Heydər Əliyev BSU-ya diqqət və qayğısını əsirgəməmişdir. Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının milli mənəvi dəyərlərinə və  adət-ənənələrinə daim hörmətlə yanaşaraq, bundan irəli gələn məsələləri diqqət mərkəzində saxlamışdır.

Konfransın artıq ikinci il keçirildiyini və böyük əhəmiyyət daşıdığını qeyd edən K.Abdullayev bildirdi ki, elmi məclisin işi müasir azərbaycanşünaslığın müxtəlif aspektlərini əhatə edəcək. Burada siyasət, hüquq, tarix, etnoqrafiya, dil və ədəbiyyat, mədəniyyət, elm və təhsil, iqtisadiyyat və coğrafiya sahələri üzrə məruzələr olunacaq.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Elmar Qasımov iştirakçıları və qonaqları salamlayaraq  konfransın əhəmiyyətindən söz açdı. Nazir müavini konfransın ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar keçirilməsinin konfransın əhəmiyyətini daha da artırdığını qeyd etdi. E.Qasımov bildirdi ki, Heydər Əliyev müasir Azərbaycanın qurucusudur və beynəlxalq tədbirin onun ildönümü ərəfəsində keçirilməsi təqdirəlayiqdir. E.Qasımov ulu öndər Heydər Əliyevin ideyaları əsasında formalaşan və gündən-günə inkişaf edən respublikamızda azərbaycanşünaslıq sahəsinə böyük diqqət yetirildiyini bildirdi. Nazir müavini gündəliyə salınmış mövzuların aktual olduğunu və bu işi davam etdirməyin vacibliyini vurğuladı. Bildirdi ki, konfransın keçirilməsində əsas məqsədlərdən biri də dünya universitetlərində azərbaycanşünaslıq bölmələrinin yaradılmasıdır. Artıq bəzi ölkələrdə - Rusiya, Polşa universitetlərində belə bölmələr fəaliyyət göstərir.

Digər çıxış edənlər-Ural Dövlət Universitetinin professoru Aleksandr Nesterov, ABŞ-ın Kolumbiya Universitetinin nümayəndəsi Amanda Erikson, Polşa Şərqşünaslıq İnstitutunun elmi işçisi Elizabeta Kustra-Pirvere, Belarus Dövlət İqtisad Universitetinin nümayəndəsi Eleonora Hüseynova, Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin professoru Stanislav Çernyayevski və başqaları azərbaycanşünaslıq haqqında fikirlərini söylədilər.

Konfrans öz işini  mayın 6-da Gəncə Dövlət Universitetində davam etdirəcək.

Niyazi RƏHİMOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov