Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

5 May 2011 - �17

 

Görkəmli kimyaçı alim, akademik İzzət Orucovanın 100 illiyinə həsr olunmuş müsabiqəyə yekun vurulub

 

YUNESKO-nun təklifi ilə 2011-ci il "Beynəlxalq kimya ili" elan olunmuşdur.

Bu münasibətlə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tərəfindən görkəmli kimyaçı alim, akademik İzzət Orucovanın anadan olmasının 100 illiyinə həsr olunmuş "Gənc tədqiqatçıların kimya sahəsində ən yaxşı elmi araşdırmaları" mövzusunda keçirilən müsabiqəyə yekun vurulmuşdur.

Aprelin 28-də keçirilən mükafatlandırma mərasimində Milli Məclisin deputatları, dövlət qurumlarının nümayəndələri, alimlər iştirak etmişlər.

AQUPDK-nın sədri Hicran Hüseynova ölkədə elm və elmi fəaliyyət üçün geniş imkanlar yaradıldığını bildirmiş, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın elmin, mədəniyyətin, təhsilin inkişafına, alimlərimizin ictimai həyatda aktiv rolunun təmin edilməsinə diqqətini nəzərə çatdırmışdır.

İzzət Orucovanın həyat və yaradıcılığından danışan komitə sədri bildirmişdir ki, o, böyük alim və pedaqoq olmaqla yanaşı, həm də yüksək mənəvi keyfiyyətlərə malik bir insan idi. İ.Orucova respublikanın əməkdar elm və texnika xadimi, Azərbaycan Dövlət mükafatı laureatı idi. O, mədəniyyət tariximizə ekranda azərbaycanlı qadının obrazını yaratmış ilk kino aktrisası kimi daxil olmuşdur.

Müsabiqənin təşəbbüskarı, M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva tədbirin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, belə tədbirlərin əsas məqsədi gənc nəslin arasında fundamental elmlərə marağın artırılmasıdır. N.Paşayeva demişdir ki, müsabiqənin məhz İzzət Orucovanın 100 illik yubileyinə həsr edilməsi təsadüfi deyildir. Kimya elminin inkişafına töhfələrini verən məşhur kimyaçı İzzət Orucovanın yüksəkixtisaslı kadrlar hazırlanmasında müstəsna xidmətləri olmuşdur. Alim aşqarlar kimyası və texnologiyasının əsasını qoyan və inkişaf etdirənlərdən biri olmuşdur.

Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov İzzət Orucovanın elmi fəaliyyətindən söhbət açmışdır. Bildirmişdir ki, alimin elmi-tədqiqat işlərinin əsas obyekti müasir neft kimyasının ən mühüm problemləri olmuşdur. İzzət Orucovanın hələ 1962-ci ildə müdafiə etdiyi doktorluq işi Azərbaycan qadınının neft kimyası elmində fəth etdiyi ən yüksək zirvə idi. A.Məhərrəmov "Beynəlxalq kimya ili" çərçivəsində BDU-da "Azərbaycanın kimyaçı qadınları: problemlər, perspektivlər" mövzusunda geniş bir tədbirin keçirildiyini də diqqətə çatdırmışdır.

Akademik Vaqif Fərzəliyev bu müsabiqənin məhz istedadlı gənc alimlər arasında yaradıcılıq yarışına təkan verəcəyini söyləmişdir. İ.Orucova elmi yaradıcılıq sahəsində məhsuldar fəaliyyət göstərməklə yanaşı, gənc alimlərə daim qayğı ilə yanaşmış, onların elmi araşdırmalarına dəstək vermişdir. Yüksəkixtisaslı kadrların hazırlanmasında onun müstəsna xidmətləri olmuşdur.

Kimya elmləri doktoru Sevinc Hacıyeva diqqətə çatdırmışdır ki, İzzət Orucovanın fəaliyyəti əvvəlcə incəsənətlə bağlı olmuşdur. Böyük dramaturqumuz Cəfər Cabbarlının pyesləri əsasında çəkilmiş filmlərdə o, yaddaqalan obrazlar - Sevil və Almaz surətlərini məharətlə yaratmışdır.

Ombudsman Elmira Süleymanova İzzət Orucovanın elmi uğurlarından danışmışdır.

Sonda müsabiqənin qaliblərinə mükafatlar təqdim olunmuşdur. Birinci yerə BDU-nun dissertantı Fidan Bəhmənova, ikinci yerə Azərbaycan Dövlət Neft Akademiyasının əməkdaşı İradə Xələfova, üçüncü yerə isə BDU-nun dosenti Mehparə Adıgözəlova layiq görülmüşlər.  

AzərTAc

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov