Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

5 May 2011 - �17

 

Üçtərəfli müqavilə imzalanıb

 

Şimali Kiprin Doğu Akdeniz Universitetinin (DAU) rektoru, professor Abdullah Öztoprak və Ərdahan Universitetinin rektoru, professor Ramazan Qorxmaz universitet təmsilçilərindən ibarət heyətlə birlikdə Naxçıvan Dövlət Universitetində olmuşlar. Qonaqlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etmiş, ev-muzeyinə ekskursiya etmişlər.

Universitetin konservatoriyasında keçirilən görüşdə rektor, akademik İsa Həbibbəyli ali məktəbin strukturu, maddi-texniki bazası, professor-müəllim heyəti, tələbə kontingenti haqqında ətraflı məlumat vermişdir. Ali məktəbin çoxşaxəli beynəlxalq əlaqələrinə toxunan rektor Türkiyə universitetləri ilə tərəfdaşlığın coğrafi, tarixi, milli birlik baxımından xüsusilə əhəmiyyətli olduğunu vurğulamışdır. Qeyd olunmuşdur ki, ali təhsil ocağının Türkiyənin İzmit Kocaeli, Elazığ Fırat, Qars Qafqaz, Van 100-cü il və Ankara universitetləri ilə sıx əlaqələri mövcuddur, bu əlaqələrin inkişafı üçün əhəmiyyətli addımlar atılmaqdadır.

Qonaqlar İncəsənət fakültəsinin hazırladığı konsert proqramına maraqla tamaşa etmişlər. Universitetin müəllimi, Naxçıvan MR əməkdar artisti Gülyanaq Fərzəliyevanın, türk, eləcə də digər xarici tələbələrin də qatıldıqları vokal və "Yallı" rəqs qruplarının ifaları məmnunluqla qarşılanmışdır. Türkiyəli heyət müəllim və tələbələrin karikatura sərgisinə da baxmışdır.

Universitet ərazisi ilə tanışlıqdan sonra rektorluqda rəsmi görüş keçirilmişdir. Rektor, akademik İsa Həbibbəyli türkdilli ölkələrin ali məktəblərinin əlaqələrinin əhəmiyyətindən, üç universitetin birgə əməkdaşlıq haqqında müqavilə imzalayacağı günün tarixiliyindən bəhs etmişdir. Doğu Akdeniz Universitetinin (DAU) rektoru, professor Abdullah Öztoprak Kiprin və Avropanın qabaqcıl universitetlərindən biri olan, Beynəlxalq Universitetlər Assosiasiyasının, İslam Ölkələri Universitetlər Federasiyasının və Avropa Universitetlər Assosiasiyasının üzvü olan universitetdə 13 mindən artıq tələbə, o cümlədən 37 azərbaycanlının təhsil aldığını qeyd etmiş, qardaş ölkə ilə elm, təhsil sahəsində tərəfdaşlığa maraqlı olduğunu vurğulamışdır.

Ərdahan Universitetinin rektoru, professor Ramazan Qorxmaz 2008-ci ildə yaradılan universitetdə 3 fakültənin fəaliyyət göstərdiyini, tədris ocağının Türkiyədə Azərbaycan dili və ədəbiyyatının tədris olunduğu yeganə universitet olduğunu bildirmiş, əməkdaşlığın inkişafı istiqamətində perspektiv vəzifələrdən söz açmışdır.

Sonra çoxcəhətli əməkdaşlıq haqqında üçtərəfli müqavilə imzalanmışdır. Müqavilədə dünya elm, təhsil sisteminə inteqrasiya, ortaq mənəvi dəyərlərin öyrənilməsi və təbliği, modern tədris üsullarının mənimsənilməsi məqsədilə elm, təhsil, mədəniyyət, idman sahəsində əlaqələrin inkişafı, müştərək elmi tədqiqat işlərinin, simpozium və konfransların, mədəni tədbirlərin, idman yarışlarının keçirilməsi, elmi kadr və tələbə mübadiləsi məsələləri öz əksini tapmışdır.  

Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov