Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

5 May 2011 - 17

 

"Azərbaycan Texniki Universitetinin elektron təhsil sisteminin yaradılması" haqqında müqavilə imzalandı

 

Koreya Respublikasının Beynəlxalq Əməkdaşlıq Agentliyinin işçi qrupu, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Texniki Universiteti tərəfindən hazırlanmış "Azərbaycan Texniki Universitetinin Elektron Təhsil Sisteminin yaradilması" layihəsinə dair müqavilənin imzalanma mərasimi keçirilmişdir.

AzTU-da keçirilmiş tədbiri giriş sözü ilə universitetin rektoru, texnika elmləri doktoru, professor Havar Məmmədov açaraq qonaqları salamlamış və imzalanacaq müqavilənin əhəmiyyətindən danışmışdır. O qeyd etmişdir ki, layihənin məqsədi elektron təhsil sisteminin yaradılması vasitəsilə AzTU-nun idarəçilik işlərində səmərəliliyi və məhsuldarlığı artırmaq, sistem vasitəsilə AzTU-nun tələbələri üçün müvafiq distant təhsil xidmətini təmin etmək, koreyalı ekspertlərin ezam olunmasını və bir sıra təlim proqramları vasitəsilə zəruri texnologiya və biliyin ötürülməsi yolu ilə sistemin davamlı istismarı və idarə olunması üçün azərbaycanlı mühəndis və müvafiq mütəxəssislərin bacarıqlarını artırmaqdan ibarətdir. Layihənin müddəti iyirmi səkkiz ay davam edəcəkdir. Layihə üçün KOICA-nın ayırdığı büdcə iki milyon ABŞ dollarına bərabərdir. Təhsil Nazirliyi və AzTU öhdəliklərinin yerinə yetirilməsi üçün tələb olunan kifayət qədər büdcə və işçi qüvvəsini təmin edəcəkdir. KOICA AzTU-nun elektron təhsil sistemini inkişaf etdirib həyata keçirəcək. AzTU-nun elektron təhsil sistemi akademik idarəetmə sistemi, portal sistemi, Veb server sistemi, elektron poçt sistemi, Group təminat sistemi, elektron təhsil sistemi və elektron təhsildən ibarətdir.

Sonra Azərbaycan Respublikası təhsil nazirinin müavini Elmar Qasımov və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan nümayəndəliyinin rəhbəri KimYonq-vu çıxış edərək imzalanacaq müqaviləni yüksək qiymətləndirmiş və uğurlar arzulamışlar.

Daha sonra müqavilə Azərbaycan Respublikası təhsil nazirinin müavini Elmar Qasımov, AzTU-nun rektoru, texnika elmləri doktoru, professor Havar Məmmədov və KOICA-nın Azərbaycan nümayəndəliyinin rəhbəri KimYonq-vu tərəfindən imzalanmışdır.   

Müşfiq BORÇALI

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov