Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

5 May 2011 - �17

 

Naxçıvan Dövlət Universitetində Heydər Əliyev həftəsi

 

 Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibəti ilə Naxçıvan Dövlət Universitetində ənənəvi "Heydər Əliyev həftəsi" çərçivəsində silsilə tədbirlər keçirilir.

Öncə ulu öndərin Naxçıvan şəhərindəki abidəsi ziyarət olundu. Ali məktəbin nəzdindəki Heydər Əliyev Universitetinin "Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda 144-cü məşğələsi  ulu öndərin Naxçıvan şəhərindəki ev-muzeyində təşkil olunmuşdu. Məşğələdə giriş sözü ilə çıxış edən rektor, akademik İsa Həbibbəyli dünya şöhrətli siyasətçinin Azərbaycanın müstəqil dövlətçilik tarixində, xalqın milli müqəddəratında, ölkənin dinamik inkişafında əvəzsiz xidmətlərindən danışdı. Hüquq fənləri kafedrasının müdiri, tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Şükür Məmmədov məruzəsində dahi öndərin dünya siyasət arenasında parlaq şəxsiyyətlərdən biri, müstəqil Azərbaycanın memarı və qarantı, ölkədə sülh və siyasi sabitlik yaratmaqla Azərbaycanın sosial-iqtisadi tərəqqisinə və dünyada tanıdılmasına nail olan görkəmli dövlət xadimi olmasından bəhs etdi.

Universitetin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində "Ulu öndərin irsi tükənməz məxəzdir" mövzusunda keçirilən elmi-əməli konfransda fakültə dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent, Naxçıvan MR-in əməkdar müəllimi Qurban Qurbanlı "Heydər Əliyevin dili və müasir azərbaycanşünaslığın vəzifələri", Beynəlxalq münasibətlər kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Yusif Hüseynov "Azərbaycan Respublikasının beynəlxalq mövqeyinin gücləndirilməsində Heydər Əliyev siyasətinin rolu", Beynəlxalq münasibətlər ixtisası üzrə III kurs tələbəsi Anar Fərəczadə "Heydər Əliyevin gənclər siyasətinin uğurları" mövzularında məruzələr etdilər. Məruzələrdə ulu öndərin dilçiliklə bağlı elmi-nəzəri görüşlərinin əhəmiyyətindən, xarici siyasətinin uğurlarından, müstəqil dövlət quruculuğunda, idarəetmədə gənclərə böyük üstünlük verməsindən bəhs olundu.

 "Heydər Əliyev və müstəqil Azərbaycanın inkişafı" mövzusunda keçirilən ümumuniversitet elmi konfransında Beynəlxalq münasibətlər kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Yusif Hüseynovun "Heydər Əliyev və Azərbaycanın xarici siyasəti", iqtisadiyyat fakültəsinin dekanı, iqtisad elmləri doktoru, professor Asif Şirəliyevin "Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı", Pedaqogika və psixologiya kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru, əməkdar müəllim Kamal Camalovun "Heydər Əliyevin təhsil siyasəti", universitet Gənclər Təşkilatının sədri, III kurs tələbəsi Nargilə Əsədovanın "Heydər Əliyev və Azərbaycanda gənclər siyasəti" mövzularında məruzələri dinlənildi. Məruzələrdə görkəmli dövlət xadiminin uğurlu daxili və xarici siyasəti, məqsədyönlü inkişaf strategiyası, gəncliyə göstərdiyi yüksək qayğı və etimadla bağlı məsələlərə toxunuldu.

Qeyd edək ki, "Heydər Əliyev həftəsi" çərçivəsində "Heydər Əliyev və Naxçıvan Muxtar Respublikası" mövzusunda ingilis dilində ilk ümumuniversitet bilik yarışması, idman yarışları, şeir müsabiqəsi, fakültədaxili simpozium və konfranslar, mədəniyyət tədbirləri, muzey ekskursiyaları keçirilməkdədir. Həftə ümummilli liderin 88-ci ildönümünə həsr olunmuş zirvə tədbiri ilə yekunlaşacaq.  

Mehriban SULTAN

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov