Xəbər lenti

8 oktyabr, 17:25

İcma əsaslı məktəbəqədər təhsil mərkəzlərinin sayı artırılır

8 oktyabr, 17:22

Azərbaycanda PISA-nın İqlim Savadlılığı üzrə pilot mərhələsi başlayıb

8 oktyabr, 17:13

Uğurumun sirri müəllimliyə olan sevgimdir – Yardımlının gənc müəllimləri

8 oktyabr, 16:57

ADA Universitetində “Azərbaycan jest dili” tətbiqi təqdim olunub

8 oktyabr, 16:41

LDU-da gənclərin sosial-psixoloji maarifləndirilməsi mövzusunda marafon keçirilib

8 oktyabr, 16:31

BMU-nun 6 ixtisası beynəlxalq akkreditasiyadan keçirilir

8 oktyabr, 16:26

ADNSU-da 3 günlük Dayanıqlı İnkişaf Məqsədləri təlimi yekunlaşıb

8 oktyabr, 16:16

MDU-da müəllim və əməkdaşların ingilis dili biliklərinin təkmilləşdirilməsinə başlanılıb

8 oktyabr, 16:08

Yay təcrübə proqramını başa vuran ADNSU tələbələri sertifikatla təltif olunublar

8 oktyabr, 15:29

Çağırışaqədərki hazırlıq rəhbəri vəzifəsi üzrə müsahibə başlayır

8 oktyabr, 15:13

“Bu, bizim üçün həm qürur, həm məsuliyyətdir” – Prezident təqaüdçüləri

8 oktyabr, 14:32

ADNSU-da Tələbə Elmi Cəmiyyətinin universitet üzrə yeni sədri seçilib

8 oktyabr, 14:12

“Pozitivlik həyatımın əsas açarıdır” – 72 yaşlı tələbə və könüllü 

8 oktyabr, 13:59

“Milli Proqram” istifadəçiləri “Coursera”da 13 mindən çox kursdan yararlana bilər

8 oktyabr, 13:56

Kimya üzrə Nobel laureatlarının adları elan olundu

8 oktyabr, 13:37

SAF25 könüllü proqramı ilə bağlı nəticələr açıqlandı

8 oktyabr, 13:07

İdman Akademiyası ilk dəfə ölkə xaricində beynəlxalq konqres keçirib

8 oktyabr, 13:03

I sinfə üzrlü səbəbdən gecikən uşaqlar üçün elektron qəbul başlayır

8 oktyabr, 12:55

PISA-nın iqlim savadlılığı üzrə qiymətləndirməsinin pilot mərhələsi keçirilir

8 oktyabr, 12:49

İnklüzivliyin çox ciddi bir mərhələsindəyik – bp şirkətinin vitse-prezidenti

Pedaqoji yazılar

Daha çox göstər
Məktəb idarəçiliyində effektiv kommunikasiyanın əhəmiyyəti
2 oktyabr, 18:04

Məktəb idarəçiliyində effektiv kommunikasiyanın əhəmiyyəti

Məktəb idarəçiliyi ancaq tədris prosesinin planlaşdırılması və təşkilindən ibarət deyil, həm də məktəb icmasında qarşılıqlı əlaqələrin və uğurlu ünsiyyətin qurulmasından asılıdır. Məktəbdə effektiv kommunikasiya məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlərlə qarşılıqlı olaraq sağlam və müsbət əlaqələrin yaranmasına imkan verir. Nəticədə, bu, təhsil mühitinin inkişafı və şagirdlərin akademik göstəriciləri və sosial baxımdan irəliləməsi üçün müsbət rol oynayır. Məktəb idarəçiliyində kommunikasiya təkcə məlumatların ötürülməsi deyil, həmçinin qarşılıqlı anlaşma, əməkdaşlıq və problemlərin həlli üçün əsas vasitədir. Effektiv kommunikasiya məktəbin strateji və uzunmüddətli hədəflərinə çatmaq,təhsilin keyfiyyətini artırmaq və məktəb mühitində müsbət dəyişikliklər yaratmaq üçün əsas faktordur. Bu məqalədə məktəb idarəçiliyində düzgün kommunikasiyanın əhəmiyyəti, onun müxtəlif tərəflər üzərindəki müsbət təsirləri müzakirə edilir. “Təhsildə innovasiya təkcə yenilik xatirinə yenilik etmək deyil, təhsilin keyfiyyətinin yüksəldilməsində özünü göstərməlidir” (İlyasov, 2019). Təlim və inkişaf: məktəb rəhbərliyi və müəllimlər üçün kommunikasiya bacarıqlarını artırmaq məqsədilə mütəmadi təlimlər təşkil edilməli, effektiv ünsiyyət qurmaq üsulları barədə bilik və təcrübənin artırılması üçün addımlar atılmalıdır. “Məktəbi idarə etməyin başlıca məqsədi cəmiyyətin məktəb qarşısında qoyduğu məqsəd və vəzifələrə uyğun olaraq dərin bilikli, müstəqil və yaradıcı düşünən, zəngin mənəviyyata, geniş dünyagörüşünə, milli və ümumbəşəri dəyərlərə yiyələnən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq vətəndaş və şəxsiyyətlər yetişdirməkdir” (Əliyeva, 2021). İnformasiya mübadiləsində yaranan çətinliklər: məktəbdə fərqli tərəflər arasında məlumatın düzgün şəkildə mübadilə olunmaması problem olaraq qalır. Müəllimlər və məktəb rəhbərliyi bəzən şagirdlərin və valideynlərin ehtiyaclarına uyğun olan məlumatları vaxtında paylaşmırlar. Məlumatın əskik və ya yanlış ötürülməsi təhsil prosesində müəyyən problemlərə yol açır. Məktəb rəhbəri qərarvermə, planlaşdırma,təşkil etmə, ünsiyyət, koordinasiya və qiymətləndirmə kimi idarəetmə proseslərini və bu proseslərdən səmərəli istifadə etməyi, hüquqi tənzimləmələri yaxşı bilməli və bunları liderlik bacarıqları ilə inteqrasiya etməlidir. Mədəniyyət və dil fərqlərinin yaratdığı çətinliklər: müxtəlif mədəniyyətlərdən və dillərdən olan şagirdlərin təhsil aldığı yerlərdə kommunikasiya problemləri daha da kəskinləşir. Müxtəlif dil və mədəniyyətlərdən olan insanlar arasında anlayış problemlərinin yaranması məlumatın düzgün ötürülməsini çətinləşdirir və nəticə olaraq məktəbdəki əməkdaşlıq və qarşılıqlı hörməti zədələyir. Turan və digərlərinin (2012) tədqiqatına görə, məktəbin idarə edilməsi məktəbin inkişafı yönündə qarşıya qoyulan məqsədlərə çatmaq üçün başqaları ilə işləmək və birgə fəaliyyət göstərmək prosesidir. Məktəb idarəçiliyində effektiv kommunikasiya məktəbin fəaliyyətinin düzgün və səmərəli şəkildə icra olunmasında və izlənməsində əsas rol oynayır. Təəssüf ki, bir çox məktəblərdə bu sahədə müxtəlif çətinliklər və problemlərin olması reallıqdır. Həmin problemlər tədrisin və məktəb icmasının inkişafına mane olur. Bu problemlər, əsasən, aşağıdakı sahələrdə özünü göstərir: 1. Şəffaflıq və aydınlığın azlığı: məktəb rəhbərliyinin və müəllimlərin şagirdlər və valideynlərlə olan ünsiyyətində şəffaflıq və aydınlığın çatışmaması müşahidə edilir. Məlumatların düzgün və vaxtında ötürülməməsi tərəflər arasında problem və inamsızlıq yaradır. Belə halların olması isə məktəbin fəaliyyətinə və təhsilin keyfiyyətinə mənfitəsir göstərir. Taymaz (2019) araşdırmasında qeyd edib ki, məktəbin idarə edilməsi təhsil idarəetməsinin məhdud sahəyə tətbiqidir. Bu sahənin hüdudları təhsil sisteminin məqsədləri və strukturu ilə müəyyən edilir. Məktəbin idarəçiliyində əsas vəzifə məktəbdəki bütün imkanlardan səmərəli şəkildə istifadə edərək məktəbi müvafiq məqsədlərə uyğun inkişaf etdirməkdir. 2. Rəqəmsal kommunikasiya bacarıqlarının kifayət qədər olmaması: hazırda məktəblər də daxil olmaqla, bir sıra təşkilatlar rəqəmsal alətlərdən istifadə edirlər. Lakin bəzi məktəblərdə rəqəmsal kommunikasiya vasitələri ilə bağlı təcrübəsizlik və ya bu alətlərin səmərəli şəkildə tətbiq olunmaması məsələsi mövcuddur. Valideynlər və şagirdlər üçün məktəblərin onlayn platformaları və əlaqə üsulları bəzən qeyri-kafi və ya mürəkkəb olur. “İnnovasiyanın ilk addımı yenilikçi fikirlərin ortaya çıxarılaraq aralarından ən uyğun olanının seçilməsidir” (Kavak və Köse, 2022). 3. Müəllimlər və məktəb rəhbərliyi arasında əlaqənin zəifliyi: məktəb rəhbərliyi ilə müəllimlər arasında effektiv kommunikasiya olmadan təhsil mühitində ahəngdarlığın qurulması çox çətindir. Müəllimlərin subyektiv fikirlərinin dinlənilməməsi, onların ehtiyaclarına və təkliflərinə vaxtında reaksiya verilməməsi məktəbin inkişafına mənfi təsir etməklə yanaşı, müəllimlərin motivasiyasını azaldır. “İnnovasiyanın məqsədi məktəbin idarə edilməsinin effektivliyini və səmərəliliyini artırmaqdır” (Nıyamabha və Wıchıtpacharaporn, 2018). 4. Emosional intellektin çatışmazlığı: məktəblərdə rəhbərlik və müəllimlər arasında emosional intellektin, əsas da şagirdlərin və əməkdaşların ehtiyaclarını anlamaq və onlara uyğun davranış göstərmək qabiliyyətinin çatışmazlığı hiss olunur. Bu, münaqişələrin artmasına və məktəb atmosferinin pisləşməsinə səbəb olur. “Məktəbi qanun və qaydalara uyğun idarə etməyə məsul olan direktor ilə müəllimlər arasındakı əlaqə məktəbin səmərəli idarə olunmasında və uğurlu bir təhsil mühitinin yaradılmasında çox vacibdir” (Əliyev və d., 2021). Məktəb icması ilə əlaqələrin daha da gücləndirilməsinə nail olmaq üçün şagirdlər, müəllimlər, valideynlər və məktəbin idarə heyəti arasında aydın və açıq ünsiyyətin təmin olunmasının vacibliyini müzakirə etməkdir. “Məktəb idarəçiliyinin inkişafı təkcə idarəetmə sisteminin formalaşması ilə deyil, həm də tədrisin peşəkar tətbiq sahəsi kimi meydana çıxması ilə mühüm əhəmiyyət kəsb edib” (Erdemet, 2017). Məktəb idarəçiliyində effektiv kommunikasiya metodlarının düzgün və səmərəli tətbiqi müəllimlərin iş effektivliyinə, şagirdlərin akademik göstəricilərinə və münbit məktəb mühitinin yaradılmasına necə təsir edir? Qərar qəbul etmək prosesinin intensivliyinin təkmilləşdirilməsi: fərqli tərəflər arasında məlumatların düzgün və vaxtında paylaşılması nəticəsində qərarların daha düzgün və effektiv verilməsidir. Hər sektorda və müəssisədə olduğu kimi, təhsildə və məktəbdə də insani və maddi resurslardan istifadə edən menecer səmərəlilik və effektivlik anlayışlarının simvoludur. Bu baxımdan “məktəb rəhbəri innovasiyanın müəyyən edilmiş məqsədlərinə çatmaqda mühüm rol oynayır” (Aslanargun və Göksay, 2013). Şagird və müəllimlərin ehtiyaclarının təyin edilməsi: müəllimlər və şagirdlər arasında açıq kommunikasiya yaradılması onların ehtiyaclarını daha yaxşı başa düşməyə və zamanında reaksiya verməyə imkan yaradan önəmli faktordur. “Üzləşdiyi problem və ya çətinlikləri innovativ yollarla həll etmək üçün məktəb rəhbəri həm də yaradıcı olmalı, müəllim və şagirdləri yaradıcılığa sövq etməli, iş və öyrənmə prosesində yenilikləri dəstəkləməli, ən başlıcası isə idarəetmədə divergent düşüncə tərzi nümayiş etdirməlidir” (Danacıoğlu və Gül, 2023). İdarəetmə proseslərinin sürətli optimallaşdırılması: məktəb rəhbərliyinin iş yükünün asanlaşdırılması, vaxtın düzgün idarə olunması və məktəb fəaliyyətlərinin koordinasiyasının daha da yaxşılaşdırılması uğurlu sistemin göstəricisidir.“Məktəbin məqsədlərinə çatmaq üçün işçilərinə və onların mühitinə təsir göstərmək və onlara rəhbərlik etmək prosesi təhsil liderliyi adlanır" (Əliyev və d.2021).Motivasiya ilə bərabər əməkdaşlığın təşviqi: effektiv kommunikasiyanın qurulması həmkarlar arasında əməkdaşlığı və birgə məqsədlərə çatmaq üçün motivasiyanı artırır. “İşçilərin ideyalarının qiymətləndirilməsi onların motivasiyasına və işləmək istəyinə müsbət təsir göstərir” (Polatoğlu, 2022). Məktəb idarəçiliyi təhsil sisteminin uğurunun əsas amillərindən biridir. Bu prosesdə effektiv kommunikasiya həm müəllimlər, həm şagirdlər, həm də valideynlər arasında harmoniyalı əlaqələrin qurulması üçün əsas rol oynayır.“Kommunikasiya təşkilatların qan damarlarıdır” (Drucker, 1974) ifadəsi məktəb mühitində də öz təsdiqini tapır. Açıq ünsiyyət və şəffaflıq Məktəb rəhbərliyi qərarların qəbulunda və informasiyanın yayılmasında şəffaf olmalıdır. “Şəffaflıq inam yaradır və qeyri-müəyyənliyi azaldır” (Mikkelsen, 2020). Məsələn, müəllimlərlə müntəzəm görüşlər keçirmək, qaydaların hamıya bərabər çatdırılması məktəbdə etibarlı mühit yaradır. Komanda işi və əməkdaşlıq Müəllim və inzibatçıların birgə işi uğurun əsasıdır. “Komanda işində effektiv ünsiyyət uğurun 90%-ni təşkil edir” (Katzenbach & Smith, 1993). Məktəb rəhbərliyi kollektiv müzakirələr, brainstorming (beyin həmləsi – ideyaların sərbəst və tənqidsiz şəkildə irəli sürüldüyü müzakirə üsulu) sessiyaları və peşəkar inkişaf təlimləri təşkil etməklə komandanın qarşılıqlı anlaşmasını gücləndirə bilər. Effektiv kommunikasiya üsulları:Müasir dövrdə elektron poçt, məktəb idarəetmə sistemləri və sosial şəbəkələr informasiya mübadiləsini sürətləndirir. “Elektron ünsiyyət zaman və məkan məhdudiyyətlərini aradan qaldırır” (Castells, 2009). Aktiv dinləmə və empatiya Rəhbərlik müəllim və şagirdlərin ehtiyaclarını anlamaq üçün onları diqqətlə dinləməlidir. “Empatik ünsiyyət münaqişələrin həllində əsas amildir” (Goleman, 1995). Müxtəlif yaş qrupları arasında ünsiyyət üsulları fərqlənə bilər. “Nəsillərarası dialoq üçün çevik ünsiyyət strategiyaları lazımdır” (Twenge, 2017). Effektiv kommunikasiya məktəb idarəçiliyində uğurun açarıdır. Açıq ünsiyyət, rəqəmsal vasitələrdən istifadə və empatik yanaşma təhsil mühitinin inkişafına kömək edir. Bu prinsipləri tətbiq etməklə məktəblər daha uyğun və fəal təlim mühiti yarada bilər. Məktəb idarəçiliyində effektiv kommunikasiyanın əhəmiyyəti məktəb icmasının bütün üzvləri arasında qarşılıqlı anlaşmanın və əməkdaşlığın təmin olunması və tədrisin keyfiyyətində mühüm rol oynayır. Nümunəvi qurulmuş ünsiyyət məktəbin idarəetmə proseslərini daha şəffaf və təşkilatlanmış edir, həmçinin qərarların qəbul edilməsi prosesini də sürətləndirir. Müəllimlər, şagirdlər, valideynlər və məktəb rəhbərliyi arasında fasiləsiz və açıq məlumat mübadiləsi məktəbin ümumi inkişafını və təhsilin keyfiyyətini artırır. Nəticə etibarilə, məktəb idarəçiləri üçün effektiv ünsiyyət məktəbin uğurlu fəaliyyətini və icmasının rifahını təmin etmək üçün vacib amilə çevrilir. “Məktəbşünaslıqda “idarəetmə” anlayışı optimal nəticələri əldə etmək məqsədilə məktəb işlərinin planlı, mütəşəkkil, müntəzəm təmin və təşkil etmək, məktəb daxilindəki münasibətləri, olduqca mürəkkəb pedaqoji, metodiki və psixoloji proses və problemləri məqsədyönlü və şüurlu sürətdə tənzimləməkdir” (Əliyeva, 2021). Ünsiyyət kanallarının operativ inkişaf etdirilməsi: məktəb daxilində müxtəlif ünsiyyət vasitələrinin (e-mail, məktəb portalı, tədbirlər, müzakirələr) effektiv şəkildə istifadəsi təşviq edilməli və bu kanalların əlçatan olması təmin edilməlidir. Daimi və strukturlaşdırılmış görüşlər: müəllimlər, valideynlər və məktəb rəhbərliyi arasında müntəzəm və səmimi görüşlər təşkil edilməli, burada həm cari məsələlər, həm də gələcək inkişaf planları müzakirə olunmalı, təkliflər alınmalıdır. Əks-əlaqə sisteminin yaradılması: müəllimlər və tələbələr üçün əks-əlaqə mexanizmləri qurulmalı, onların fikirləri və təklifləri mütəmadi olaraq dinlənilməli, dəyərləndirilməli və nəzərə alınmalıdır. Açıq və şəffaf idarəetmə: məktəb rəhbərliyi qərarları və dəyişiklikləri məktəb icmasına olduğu kimi açıqlamalı, beləliklə, bütün tərəflər dəyişikliklər barədə məlumatlı olmalıdır. Valideynlərlə əməkdaşlığın gücləndirilməsi: valideynlərin məktəbə cəlb edilməsi və onların kommunikasiya bacarıqlarının artırılması üçün məktəb rəhbərliyi valideynlər üçün mütəmadi tədbirlər və forumlar təşkil etməlidir. Təhsil haqqında Azərbaycan Respublikasının Qanununun (2009) 25-ci maddəsinin 25.4-cü bəndinə əsasən təhsilin inkişaf problemləri ilə bağlı elmi araşdırmalar innovasiya xarakteri daşımaqla, təhsilin tarixinin öyrənilməsinə, təhsilin təşkilinin və idarə olunmasının təkmilləşdirilməsinə, tədris prosesinin müasir metodlarla qurulmasına, tədrisin yeni texnologiyalarının və digər istiqamətlər üzrə pedaqoji innovasiyaların hazırlanmasına və tətbiqinə yönəldilir. Mənbə: Səttarov E. (2025). Məktəb idarəçiliyində effektiv kommunikasiyanın əhəmiyyəti. Azərbaycan məktəbi. № 3(712), səh. 69–74

🔊❗️Ötən gün fəaliyyətə başlayan İtaliya–Azərbaycan Universiteti.

Yüklənir

🔊❗️Ötən gün fəaliyyətə başlayan İtaliya–Azərbaycan Universiteti.

7 oktyabr, 18:27
❗️🔊 Daha çox bu şəxslərin diplomları tanınmır.  #diplom #keşfet

Yüklənir

❗️🔊 Daha çox bu şəxslərin diplomları tanınmır. #diplom #keşfet

7 oktyabr, 17:02
📍🖇️ 36 Prezident təqaüdçüsü ilə ölkə rekordçusu olan BANM-ın tələbələri

Yüklənir

📍🖇️ 36 Prezident təqaüdçüsü ilə ölkə rekordçusu olan BANM-ın tələbələri

7 oktyabr, 16:24
📌🖇️ Öz vətəndaşının təhsil almadığı universitetdə azərbaycanlılar niyə oxuyur?

Yüklənir

📌🖇️ Öz vətəndaşının təhsil almadığı universitetdə azərbaycanlılar niyə oxuyur?

7 oktyabr, 13:13

Populyar xəbərlər

Övladınız dərs oxumursa, bunları edin! – Psixoloqdan tövsiyə
7 oktyabr, 14:47

Övladınız dərs oxumursa, bunları edin! – Psixoloqdan tövsiyə

Bir gün 24 saatdır və bu hamıya bərabər verilən sərvətdir. Uğur qazananlar da, geri qalanlar da bu eyni vaxt çərçivəsində yaşayır, fəaliyyət göstərirlər. Fərq isə onun necə idarə olunmasındadır.Gözümüzü açırıq vaxtın bir göz qırpımında başa çatdığını görürük. Bir neçə ay əvvəldən qurduğumuz planlara o zaman hələ tezdir desək də, artıq gerçəyə dönmək üçün növbədədir. Və bu vaxt çatışmazlığını xüsusilə şagirdlər öz gündəlik həyatlarında daha çox hiss edirlər. Dərslər başlayıb, bir tərəfdən məktəbin tələbləri, digər tərəfdən hazırlıqlar, test kitabları və kurslar. Hələ ailə ilə, dostlarla vaxt keçirmək,sosial medianı izləməyi demirik. Bu qədər işin arasında şagirdin özünü itirmədən necə motivasiyasını artırmaq və zamanı onun xeyrinə necə səmərəli idarə etmək olar?“Azərbaycan müəllimi” “Psixoloq deyir ki…” rubrikası çərçivəsində mövzu ilə bağlı Psixologiya Elmi-Tədqiqat İnstitutunun Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru psixoloq Zeynəb Əliyevanın fikirlərini öyrənib.Bugünkü uşaqların gündəlik həyatında diqqət yayındırıcı faktorlar varPsixoloq deyir ki, zaman həyatımızın ən dəyərli sərvətidir. Onu necə idarə etdiyimiz, ondan nə qədər səmərəli istifadə olunması gələcək uğurlarımızın açarıdır. Bu, təkcə şagirdin deyil, həm də ailənin və məktəbin birlikdə daşıdığı bir məsuliyyətdir. Və bu məsələ hazırda ən aktual problemlərdən biridir və bir sıra səbəbləri var. Şagirdlərin dərsə qarşı motivasiyasının azalmasının kökündə sadəcə tənbəllik və ya məsuliyyətsizlik dayanmır: “Burada həm ailə mühitinin, məktəbin yanaşmasının, həm də uşağın psixoloji ehtiyaclarının birlikdə rol oynadığını görürük. İlk növbədə, bugünkü uşaqların gündəlik həyatında çox sayda diqqət yayındırıcı faktorlar var ki, bunlara misal olaraq telefonları, sosial medianı,oyunları göstərə bilərəm. Adlarını çəkdiklərim sürətli zövq verən vasitələrdir, dərs isə səbir və zaman tələb edən bir prosesdir. Əgər uşaq dərsdə “niyə öyrənirəm?” sualına cavab tapa bilmirsə, motivasiya orada artıq zəif olur. Yəni motivasiyanın azalması çox vaxt dərsdən uzaqlaşmaq istəyi yox, dərsin uşaq üçün mənasız görünməsindən qaynaqlanır”.“Oxumasan, bu həyatda heç nəyə nail olmayacaqsan deməkdənsə…”Psixoloqun sözlərinə görə, bu məsələdə ailənin də rolu var. Belə ki, valideynlər düzgün yanaşmanı bacarsalar daha rahat şəkildə problemi həll etmiş olarlar. Onlar bəzən yalnız nəticəyə fokuslanırlar. Məsələn, “qiymət necə oldu?”, “uşaq dərsi oxuyur, ya yox?”. Ata-analar unudurlar ki, nəticəyə aparan yol emosional dəstək və anlayışdan keçir. Əgər bir uşaq özünü evdə başa düşülmüş, qəbul olunmuş və dəyərli hiss etmirsə, o, dərsə fokuslana bilmir.Həmsöhbətimiz tövsiyə edir ki, valideynlər gündəlik nəzarətçi deyil, tərəfdaş rolunda olsunlar. Uşağın plan qurmasına yardım etsinlər, amma onun əvəzinə qərar verməsinlər. “Oxumasan bu həyatda heç nəyə nail olmayacaqsan” kimi hədə-qorxulu cümlələr əvəzinə, “gəlin birgə plan quraq”, “sən nə vaxt daha yaxşı oxuya bilirsən?” tipli suallarla onlara yanaşsalar daha uğurlu nəticə əldə edərlər. Valideynlər övladlarına təzyiq yox dəstək olmalıdırlar, onlarda motivasiyanı daxildən formalaşdırmağa kömək, gündəlik planlaşdırma vərdişinə təşviq etməlidirlər. Uşaqların dərslə, əlavə hazırlıqla yüklənmələrinin qarşısını almaq üçün balanslı gündəlik (dərs+istirahət+şəxsi vaxt) yaradılmalıdır: “Oxu ki, həkim olasan” deməkdənsə, onun öz maraqlarını və məqsədlərini tapmasına yardım edin. Uğur gözləntilərinizi deyil, onun qabiliyyətini və maraqlarını əsas götürün. Səhvlərinə görə tez tənqid etməyin. Bunun yerinə səylərini qiymətləndirin: Məsələn, ona “Əhsən, bu gün özün dərslərini vaxtında başladın öyrənməyə və bu böyük irəliləyişdir!” deyə bilərsiniz. Bir psixoloq olaraq demək istərdim ki, uşaqlar özlərini başqaları ilə müqayisə etməsinlər. Hər bir insanın öyrənmə sürəti və maraq sahəsi fərqlidir. Əgər hansısa fəndən çətinlik çəkirlərsə bu, onların “zəif” olmasını deyil, bu, sadəcə həmin sahədə başqa bir yanaşma ilə işləməklərinə ehtiyac olduğunu göstərir.Yeniyetmələr o qədər yüklənirlər ki, bu onlarda tükənmişlik hissi yaradırZeynəb Əliyeva bildirir ki, xüsusilə yuxarı sinif şagirdləri üçün motivasiya problemi daha kəskin və kompleks formada özünü göstərir. Yeniyetmələr həm ali məktəbə hazırlıq, həm də gələcək karyera ilə bağlı ciddi qərarlar vermək məcburiyyətində qalırlar. Zaman çatışmazlığı və planlama problemləri onlar üçün daha xarakterikdir. Bu isə onların üzərində həm daxili, həm də xarici təzyiqin artmasına səbəb olur. Butün bunlar bir sıra problemlərdən qaynaqlanır ki, onlardan biri də düzgün vaxt bölgüsünün olmamasıdır. Yeniyetmələr hazırlıqlar, məktəb tapşırıqları, sınaqlarla və bəzən əlavə dərslərlə o qədər yüklənirlər ki, bu onlarda tükənmişlik hissi yaradır. Vaxtı necə bölməli olduqlarını bilmədikləri üçün ya hər şeydən qaçmaq istəyirlər, ya da yalnız bir istiqamətə fokuslanırlar: “Bu yaşda çoxları hələ nə istədiklərinə tam qərar verməyiblər. “Hansı fakültəyə gedim?”, “Bu mənə uyğun olacaqmı?”, “Valideynlərimin istədiyi istiqamət mənim maraqlarıma uyğundurmu?” kimi suallar cavabsız qalanda motivasiya da qeyri-sabit olur. Məqsəd aydın olmayanda isə istənilən iş yorucu və mənasız görünür. X-XI sinif şagirdləri yaşıdları ilə müqayisə edilməyə daha həssas olurlar, həm də imtahan uğursuzluğunun həyatı məhv edəcəyi kimi qəlibləşdirilmiş fikirlərlə böyüyürlər. Bu da onların özlərinə qarşı inamını sarsıdır və motivasiyanı azaldır. Sadəcə dərs və imtahana yönəlmiş həyat tərzi bir müddətdən sonra ruh düşkünlüyü yaradır. Bu yaşda uşaqlar həm də sosiallaşmaq, maraqlarını kəşf etmək və özlərini ifadə etmək ehtiyacındadırlar. Həyat təkcə dərs deyil və bu balansın qurulmasına kömək etmək vacibdir”.Həmsöhbətimiz onu da əlavə edir ki, bu zaman vaxtın düzgün idarə edilməsi üzrə fərdi dəstək verilməlidir. Yeniyetmələrə konkret və real planlama üsulları öyrədilməlidir. Məsələn, onlar “Pomodoro” texnikası, həftəlik hədəf siyahısı, prioritet sıralama, kimi sadə, amma effektli metodlardan istifadə edə bilərlər.Həmçinin motivasiya üçün məqsəd tapmağa kömək olunmalıdır. Hədəflərini daha konkretləşdirmək məqsədilə peşə yönümlü testlər, real həyatdan nümunələr və fərdi maraqlar əsasında istiqamət göstərmək faydalıdır. Motivasiya daimi hiss deyil. O gəlir və gedir. Amma məqsəd və vərdiş varsa, motivasiya olsa da, olmasa da irəliləmək mümkündür. Ona görə də şagirdlər öz məqsədlərini müəyyənləşdirməli, nə üçün oxuduqlarını, bu onlara gələcəkdə nə qazandıracaq? kimi sualların cavabını tapanda motivasiya da daha dayanıqlı olur.Eyni zamanda vaxtı bölməyi və hər şeyə böyük iş kimi baxmamağı öyrənmək lazımdır. Böyük dərsi kiçik hissələrə bölmək, özünə real hədəflər qoymaq çox kömək edir. Valideyn və müəllimlər daha çox emosional dəstək verməlidirlər. Bu yaşda təzyiq deyil, anlayış və bərabər müzakirə önəmlidir.Müəllim sadəcə proqramı keçmək məqsədilə dərsə yanaşırsa, uşaq özünü passiv hiss edirPsixoloq söyləyir ki, bununla bağlı məktəb və müəllimin də üzərinə bir sıra öhdəliklər düşür. Onun sözlərinə görə, məktəbdə müəllim yalnız bilik verən deyil, eyni zamanda uşağın məktəblə emosional bağını quran əsas fiqurdur. Əgər müəllim sadəcə proqramı keçmək məqsədilə dərsə yanaşırsa, uşaq özünü passiv hiss edir və dərsə marağını itirir.Müəllimlər çalışmalıdır ki, dərsi həyatla əlaqələndirsinlər. Məsələn, bir riyaziyyat mövzusunu gündəlik həyatda necə istifadə olunduğunu göstərmək, ya da tarixi müasir hadisələrlə əlaqələndirməklə şagirdlərdə maraq oyatsalar, daha çox uğur əldə edilər. Bundan əlavə, məktəbdə vaxtın düzgün planlaşdırılması üçün uşaqlara bu bacarığın öyrədilməsi vacibdir. Bu sadəcə tapşırıq verməklə bitmir. Uşaqlara plan qurmaq, vaxt bloklarına bölmək, fasilə verməyi düzgün istifadə etmək kimi vərdişlər öyrədilməlidir.İlk növbədə, uşağın özünü dəyərli hiss etməsi təmin olunmalıdırÜmumiyyətlə, bu məsələlərdə sistemli yanaşma vacibdir. Psixoloqun fikrincə, məktəb, valideyn və psixoloqun birgə işləməsi əsas şərtdir.İlk növbədə, uşağın özünü dəyərli hiss etməsi təmin olunmalıdır. Sonra ona planlaşdırma bacarığı öyrədilməlidir. Ardınca isə onu davamlı olaraq müsbət tərəflərdən qiymətləndirmək lazımdır. Əgər biz uşağa “Sən bu sahədə inkişaf etmisən” deyə bilsək, onun motivasiyası artacaq. Tənqid və müqayisə deyil, anlayış və istiqamət göstərmək daha effektlidir. Uğur, yalnız yüksək qiymət deyil, eyni zamanda səylə, çalışmaqla, davamlılıqla ölçülməlidir.Zamanın düzgün idarə olunması, güclü motivasiya və qarşılıqlı anlayış şagirdi uğura aparan ortaq yoldur.

Qəzetin PDF arxivi

Daha çox göstər
04 oktyabr 2025-ci il, № 37 (9143)
6 oktyabr, 10:16

04 oktyabr 2025-ci il, № 37 (9143)

27 sentyabr 2025-ci il, №36 (9142)
29 sentyabr, 09:38

27 sentyabr 2025-ci il, №36 (9142)

20 sentyabr 2025-ci il, №35 (9141)
22 sentyabr, 09:33

20 sentyabr 2025-ci il, №35 (9141)

13 sentyabr 2025-ci il, №34 (9140)
15 sentyabr, 10:33

13 sentyabr 2025-ci il, №34 (9140)

06 sentyabr 2025-ci il, №33 (9139)
8 sentyabr, 14:19

06 sentyabr 2025-ci il, №33 (9139)

30 avqust 2025-ci il, №32 (9138)
1 sentyabr, 09:39

30 avqust 2025-ci il, №32 (9138)

23 avqust 2025-ci il, №31 (9137)
25 avqust, 10:58

23 avqust 2025-ci il, №31 (9137)

16 avqust 2025-ci il, №30 (9136)
18 avqust, 09:39

16 avqust 2025-ci il, №30 (9136)

10 avqust 2025-ci il, №29 (9135)
11 avqust, 10:04

10 avqust 2025-ci il, №29 (9135)

2 avqust 2025-ci il, №28 (9134)
4 avqust, 10:08

2 avqust 2025-ci il, №28 (9134)

26 iyul 2025-ci il, №27 (9133)
28 iyul, 10:12

26 iyul 2025-ci il, №27 (9133)

19 iyul 2025-ci il, №26 (9132)
21 iyul, 10:07

19 iyul 2025-ci il, №26 (9132)

12 iyul 2025-ci il, №25 (9131)
14 iyul, 09:53

12 iyul 2025-ci il, №25 (9131)

07 iyul 2025-ci il, №24 (9130)
7 iyul, 10:49

07 iyul 2025-ci il, №24 (9130)

26 iyun 2025-ci il, №23 (9129)
30 iyun, 10:35

26 iyun 2025-ci il, №23 (9129)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.