Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

5 May 2011 - �17

 

Məktəb direktorlarının növbəti ixtisasartırma kursu başa çatdı

 

Müasir şəraitdə rəhbər və digər kateqoriyalardan olan pedaqoji kadrların ixtisasının artırılmasının təhsilin keyfiyyətinin yüksəldilməsində böyük rolu var.

Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda son 3 ildə bu istiqamətdə həyata keçirilən keyfiyyət dəyişikliklərinin nəticəsidir ki, ixtisasartırma kurslarına müəllimlər həvəslə gəlir, davamiyyət problemi tamamilə həll olunub.

Aprelin 7-dən 20-dək Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq  əmrinə əsasən məktəb direktorları üçün ixtisasartırma kursu təşkil edilmişdi. Şəhərin müxtəlif rayonlarından olan 24 məktəb direktoru ardıcıl olaraq maraqlı mühazirələr dinlədi, treninq və seminarların iştirakçısı oldu.

İlk mühazirəni Azərbaycanda müəllim kadrları hazırlayan ali məktəblərlə gələcəkdə Avropa Komissiyasının birgə əməkdaşlığını reallaşdırmaq məqsədilə ölkəmizdə tanışlıq səfərində olan Avropa Komissiyasının təhsil üzrə eksperti professor Lyudmila Prokofyevna Puxovskoya oxudu.

Lyudmila Prokofyevna fasiləsiz təhsildə Avropa kompetensiyaları haqqında çox maraqlı məlumatlar verdi və fikir mübadiləsinə şərait yaratdı.

Qeyd etmək istərdim ki, mühazirəçilərin siyahısı institutun rektoru, professor Asəf Zamanovla razılaşdırılır və kurslara elm, təhsil ocaqlarının tanınmış rəhbərləri və mütəxəssisləri cəlb edilir.

Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva, Təhsil Muzeyinin direktor müavini Arif Muradov, Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin müavini Hüseyn Əsgərov, Beynəlxalq əlaqələr və ictimaiyyətlə əlaqə sektorunun müdiri Zəminə Əliqızı, məsləhətçi Şəmsi Qocayev,  Metodmərkəzin direktor müavini Nadir Əliyev, pedaqoji elmlər doktoru, professor Rüfət Hüseynzadə, fizika-riyaziyyat elmləri doktoru, professor Aydın Kazımzadə, Azərbaycan Milli Tarix Muzeyinin baş elmi işçisi Nardanə Yusifova, BPKİYİ-nin əməkdaşlarından filologiya elmləri doktoru Aydın Paşayev, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Şamil Sadıqov, tarix elmləri üzrə fəlsəfə doktoru Aydın Aslanov, kimya elmləri üzrə fəlsəfə doktoru Aydın Əhmədzadə və başqaları təhsilin təşkili və idarə edilməsi ilə bağlı maraqlı mühazirələr oxudular.

Kursa qeyri-hökumət təşkilatlarının nümayəndələri də cəlb olundu. Belə ki, Azad Müəllimlər Birliyinin sədri, Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsinin həmsədri Məlahət Mürşüdlü və Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının baş eksperti Şahin Rəcəblinin söylədikləri maraqla qarşılandı.

Təcrübə mübadiləsi məqsədi ilə 5 nömrəli məktəbin direktoru Nərminə Gündüzlü tərəfindən "Təhsilin keyfiyyətinin artırılması yolları" mövzusunda keçirilən treninqdə kurs dinləyiciləri böyük həvəslə iştirak etdilər.

Təhsil sahəsində aparılan islahatlara uyğun olaraq xalqımızn milli mənəvi dəyərlərinin öyrənilməsi məqsədi ilə məktəb direktorları üçün Azərbaycan Milli Tarix Muzeyinə də ekskursiya təşkil edildi. Muzeyin direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Nailə Vəlixanlı kurs dinləyicilərini qarşıladı və gələcəkdə məktəblərlə əlaqələrin daha sıx olmasını arzuladı.

Kurs müddətində məktəb direktorları institutun rektoru, professor Asəf Zamanovla görüşərək kurs haqqında fikirlərini söylədilər, institutda gedən müsbət dəyişikliklərdən söhbət açdılar.

Mehriban Ələkbərova, 179 nömrəli məktəbin direktoru:  "Aprelin 7-də, kursun ilk günündə binaya daxil olanda hansı auditoriyaya gedəcəyimi bilmirdim və qarşılaşdığım ilk insan institutun rektoru Asəf müəllim oldu. Professor məni elə hörmət və nəzakətlə qarşıladı ki, məndə xoş əhvali-ruhiyyə yarandı. Bir aya yaxın davam edən kurslarda elə mənəvi-psixoloji iqlim yaradılmışdı ki, vaxtın necə keçdiyini bilmədim.

Kursun rəhbəri Nisə xanım dərsini anket sorğusu ilə başladı. Kurs boyu bizi maraqlandıran suallara cavab aldıq. Mən anketdə çox aktual bir sahə olan şagird nailiyyətlərinin qiymətləndirilməsi ilə bağlı Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyevanı dinləmək istədiyimi bildirmişdim və xahişim nəzərə alındı. Direktorların suallarını Təranə xanım ətraflı cavablandırdı. Hesab edirəm ki,  kurs məhz bu cür təşkil edildiyi üçün səmərəli və məhsuldar oldu".

Rəhimə Əliyeva, 191 nömrəli məktəbin direktoru, əməkdar müəllim: "Hər bir fəaliyyət sahəsinin səmərə və əhəmiyyətlilik əmsalı o sahəni idarə edənin peşəkarlığından, mənəvi-əxlaqi keyfiyyətlərindən çox asılıdır. Üç həftə ərzində iştirakçısı olduğumuz ixtisasartırma kursunun təşkili, idarə edilməsi və məzmunu buna sübutdur. Biz bu kursda idarəetmə mədəniyyətinin şahidi olduq. Şagird nailiyyətlərinin qiymətləndirilməsi, kurikulumla bağlı aldığım məlumatlar mənim üçün çox vacib idi. 5 nömrəli məktəbdə "Təhsilin keyfiyyətinin artırılması yolları" mövzusunda keçirilən treninq mənə xüsusi zövq verdi.

Prezidentimiz cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təhsilin inkişafına göstərdikləri diqqət və qayğı nəticəsində son illərdə 2 mindən artıq məktəb binası tikilmiş, bir çox məktəblərdə əsaslı təmir işləri aparılmış, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində mühüm işlər görülmüşdür. Çox istərdim ki, yaxın gələcəkdə ixtisasartırma institutunda da bu istiqamətdə işlər öz əksini tapsın. Başqa sözlə, institutun fəaliyyət məzmununda dəyişikliklər olduğu kimi, formasında da dəyişikliklər olsun".

Sonda professor Asəf Zamanov bu kursun institutla məktəblər arasında əməkdaşlığın daha sıx olmasına zəmin yaratdığını söylədi və gələcək planlardan danışdı.

Nisə CƏLİLZADƏ,
kursun rəhbəri

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov