Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

5 May 2011 - 17

 

Qlobal problemlərə qarşı effektli mübarizə yolları

 

Təhsil Nazirliyinin əməkdaşları Qazaxıstanda QİÇS-lə bağlı keçirilmiş konfransda iştirak ediblər. 

Dünyada elə qlobal problemlər var ki, o, millətindən, cinsindən və irqindən asılı olmayaraq insanları birgə mübarizəyə səsləyir. Belə problemlərdən biri XX əsrdə yaranmış və sürətlə yayılan HİV virusu və onun törətdiyi QİÇS xəstəliyidir. Bu xəstəliklə mübarizədə uğur əldə etmək üçün dünya dövlətləri məsələnin ciddiliyini nəzərə alaraq  Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 25-27 iyun 2001-ci il tarixdə keçirilmiş xüsusi sessiyasında HİV/QİÇS-ə dair öhdəlik Bəyənnaməsi qəbul etmişdir. Bəyənnamənin qəbulundan keçən dövr ərzində bu sahədə profilaktik işlər görülmüş, xüsusilə yeniyetmə və gənclərin infeksiyaya yoluxmaması üçün hər bir dövlətin görəcəyi qabaqlayıci tədbir müəyyənləşdirilmişdir. Beynəlxalq təşkilatlar hər il dövlətlərin bu sahədə gördüyü işləri müzakirə edir, meydana çıxan problemlərin həllində onlara dəstək olur. Belə tədbirlərdən biri də 19-21 aprel 2011-ci il tarixində "Təhsil mühitində QİÇS-in profilaktikası və sağlam həyat tərzinin formalaşması" mövzusunda Qazaxıstan Respublikasının Almatı şəhərində keçirildi. Tədbirə 10 bölgə ölkəsindən (Azərbaycan, Belarus, Qazaxıstan, Moldova, Rusiya, Tacikistan, Ukrayna, Özbəkistan və  Qırğızıstan) 70 nəfər, o cümlədən Azərbaycan Respublikasından Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin baş məsləhətçisi Elnur Əlizadə, Təhsil Nazirliyində fəaliyyət göstərən BMT-nin QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondunun layihə əlaqələndiricisi Aysel Hacıyeva, Təhsil Problemləri İnstitutunun şöbə müdiri Piralı Əliyev,  Bakı şəhəri 248 nömrəli tam orta məktəbin biologiya müəllimi, "Həyati bacarıqlara əsaslanan təhsil" fakültativ kursun dərs vəsaiti müəllifi Gülarə Hüseynova iştirak edirdilər.

Konfransın işi 8 sessiyada 37 məruzə dinlənilməklə, 6 qrupda davam etdi.

Açılışda konfrans iştirakçılarını YUNİSEF-in və Təhsil Nazirliyinin nümayəndələri salamlayaraq, onlara  uğurlar arzuladılar. 2008-2010-cu illərdə görülmüş işlər haqqında hesabatla ilk məruzəni Elnur Əlizadə etdi. Məruzədə Azərbaycan Respublikasının qanunvericiliyində bu məsələyə xüsusi diqqət yetirildiyi,  qanunların qəbul olunduğu vurğulandı.

BMT qurumları çərçivəsində Azərbaycan Respublikasının  Təhsil Nazirliyi bu sahədə dəyişiklikləri dəstəkləyir və yeniyetmə və gənclərin sağlam  həyat tərzi kecirmələrinə  yardım etmək məqsədi ilə  əsaslı işlər həyata keçirir.   "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda, "Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyasında (Milli Kurikulum)", "Ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün fənn kurikulumları"nda, biologiya, həyat bilgisi, insan və cəmiyyət və s. fənlərin standartlarında uşaq, yeniyetmə və gənclərin sağlam həyat tərzinin formalaşdırılmasının, HİV/QİÇS-dən qorunma yollarının aşılanması göstərildiyini diqqətə çatdırır.

Qeyd olundu ki, Azərbaycan təhsilində həyata keçirilən islahatlar onun dünya standartlarına cavab verməsinə gətirib çıxarır. Müsbət, məktəblilərin xeyrinə olan məsələlərin tətbiqinə qapılarımız açıqdır. İlk dəfə Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu ilə birlikdə "Reproduktiv sağlamlığın əsasları" (IX sinif şagirdləri üçün) fakültativ kurs məşğələsi üçün hazırlanmış metodik vəsait yerlərdə müsbət qarşılandı. Lakin layihə  bu sahədə sistemli iş aparmağa imkan vermirdi. Bunları nəzərə alaraq ümumtəhsilin bütün mərhələlərini (ibtidai, ümumi orta və tam orta təhsil) əhatə edən "Həyati bacarıqlara əsaslanan təhsil"  vəsaiti hazırlandı. Vəsaitə qədər konsepsiya və proqram yazıldı, onlar ictimaiyyətin geniş müzakirəsindən keçəndən sonra təsdiq olundu.

Qlobal Fondun dəstəyi ilə layihə çərçivəsində "Həyati bacarıqlara əsaslanan təhsil" üzrə 2008-ci tədris ilində 4511 məktəb, 1,4 milyon şagird əhatə olunmuşdur. 2009-cu tədris ilində 1,3 milyon şagirdi əhatə etməklə 4499 məktəbdə layihə tətbiq olunmuşdur. 2008-ci dərs ilində 2323 məktəbdən 6205 müəllim, 2009-cu tədris ilində isə 785 məktəbdən 1495 müəllim "Həyati bacarıqlara əsaslanan təhsil" proqramı üzrə treninqlərdən keçərək tətbiqi yollarına yiyələnmişlər. Hazırda bu iş çox uğurla davam etdirilir.

2010-cu ildə peşə liseyləri, kollec və ali məktəbləri əhatə etməklə HİV/QİÇS-ə dair 135 mühazirə söylənmişdir. İnteraktiv təlim metodlarından istifadə etməklə tələbələrə sağlam həyat tərzi haqqında məlumat verilmişdir.  Bu işdə mətbuatın, informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə olunaraq HİV infeksiyasının yaranması və ondan qorunma yollarına dair maarifləndirici işlər aparılmışdır.

Dövlət və qeyri-hökumət təşkilatları HİV-ə qarşı birgə mübarizə aparır.

Məruzədə 2006-2009-cu illərdə Azərbaycan Respublikasında HİV/QİÇS-ə tutulmuş insanların sayı bildirilməklə yanaşı, diaqramlaşdırılmış rəqəmlərlə illər üzrə inkişaf dinamikası göstərilməklə, xəstəliyin yaranma səbəblərinə aydınlıq gətirildi. Mövcud vəziyyətin genişlənməməsi üçün görülən işlər önə çəkildi.

Azərbaycan nümayəndəsinin məruzəsi iştirakçılar tərəfindən böyük razılıqla qarşılandı. Çıxışlarda ilkin söz alan Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun Şərqi və Mərkəzi Asiya ölkələri üzrə ofisinin Baş direktoru Fea Flerens Azərbaycan Respublikası Təhsil Nazirliyinin islahatlara açıq olduğunu, bu sahədə böyük işlər gördüyünü bildirdi.

Rusiya Federasiyasının Elm və Təhsil Nazirliyinin idarə rəisinin müavini Andrey Qeriş, Qırğızıstan Respublikasının elm və təhsil nazirinin müavini Qulcuqut Sokonkulov, Özbəkistan Respublikasının Xalq Təhsili Nazirliyinin əməkdaşı Gülnaz Alimcanova, Bütün Ukrayna Müəllimləri Assosiasiyasının sədri Vladimir Ponomarenkov və başqaları məruzədə göstərilən məsələlərə münasibət bildirdilər, aparılan işin məqsədyönlülüyünü və nəticələrin effektivliyini dəyərləndirdilər.

Sonrakı sessiyalarda da Azərbaycan Respublikasının təcrübəsinə yeri gəldikcə müraciət olundu. Xüsusilə YUNİSEF-in layihə üzrə məsləhətçisi dəfələrlə Azərbaycan Respublikasının Təhsil Nazirliyində olmuş Brayan Dobson məruzəsində "Həyati bacarıqlara əsaslanan təhsil" layihəsinin hazırlanması, tətbiqi, bu sahədə meydana çıxan çətinliklərə məruzəsində aydınlıq gətirdi və digər ölkələrdə aparılan işləri qruplaşdırdı. Sxemlərlə, diaqramlarla zəngin olan məruzədə Azərbaycan, Makedoniya və Moldovanın öncül yerdə durduğu vurğulandı.

Üç gün davam edən konfransda müxtəlif problemlərə aydınlıq gətirildi. Hər bir müstəqil dövlətdə bu iş Qlobal Fondun dəstəyi ilə həyata keçirilir. Burada dinlənilən məruzələrdən, çıxışlardan, irəli sürülən təkliflərdən belə nəticəyə gəlmək olar:

* Konfrans iştirakçıları müəyyən ölkələrdə müsbət irəliləyişlərin olmasını nəzərə almaqla yanaşı, Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində yaranmış epidemiya halı ilə əlaqədar öz narahatlıqlarını bildirir. Şərqi Avropa və Mərkəzi Asiya dünyada yeganə regiondur ki, HİV infeksiyasının səviyyəsi gündən-günə artmaqda davam edir. YUNİSEF-in verdiyi məlumata görə, son 10 ildə göstərilən regionlarda HİV infeksiyası ilə yaşayanların sayı 3 dəfə artmışdır. 2009-cu ilin sonunda 1,4 milyon nəfər artmış və onların 80 %-i 30 yaşına qədər olan insanlardır. Yalnız 10 %-dən 40%-ə qədərinin yaşı 15-24 olan insanlardır ki, onlar HİV virusuna profilaktikaya düzgün əməl etməmələrindən tutulmuşlar.

* Məruzələri dinləyəndən sonra konfrans belə nəticəyə gəlmişdir ki, yeniyetmə və gənclərin sağlamlığının qorunması məqsədi ilə regionda profilaktik proqramların realizəsi təlimi üzrə geniş təcrübə qazanılmışdır. Bu proqramlar sahə nazirlikləri, təhsili idarə edən orqanlarla, səhiyyə, gənclər və idman nazirliyi, qeyri-hökumət təşkilatları ilə, dini qurumlarla sıx əlaqədə BMT-nin qurumlarının və beynəlxalq təşkilatların maliyyə və texniki dəstəyi ilə HİV/QİÇS, malyariya və vərəm xəstəliyinə qarşı mübarizə çərçivəsində həyata keçirilir.

* Region ölkələrində profilaktik işlər təhsilin məzmununa gətirilmişdir. Proqramlar fakültativ kurs və seçmə fənn kimi tədris olunur. Profilaktik proqramlar  ümumi təhsilin bütün pillələrində realizə olunsa da orta ixtisas və ali məktəblərdə isə daimi həyata keçirilmir. Bu isə qəbul edilmiş fasiləsizlik prinsipini pozur.

* HİV/QİÇS-in cinsi yolla, narkomaniyanın, alkoqolizmin, siqaret çəkməklə yaranan xəstəliklərin qarşısının alınması realizə olunmuş profilaktik proqramlar, bir qayda olaraq, kompleks xarakter daşıyır və sağlam həyat tərzinin aşılanmasına xidmət göstərir.

Konfrans iştirakçıları aşağıdakı problemləri də önə çəkdilər:

* Profilaktik proqramın məzmun və forması yeniyetmə və gənclərin sağlam həyat tərzinin formalaşmasında məqsədə nail olmağa tam imkan vermir. Çox vaxt tədris və metodik materiallardan reproduktiv sağlamlıq haqqında nəticə çıxarılmasında onların effektini azaldır. Buna baxmayaraq, profilaktik proqramların mövzuları yeni nəslin reproduktiv sağlamlığının qorunması məsələlərini əhatə etməlidir.

* Tədris müəssisələrində profilaktik təhsil mütləq tam statusda deyil. Göstərilən mövzuların sistematik öyrənilməsi və mənimsənilməsi üçün lazımi tədris saatı verilmir.

* Təhsil müəssisələri çox vaxt lazımi qədər tədris və metodik vəsaitlərlə təmin olunmurlar.

* Profilaktik təhsilin orta ixtisas və ali təhsil müəssisələrində öyrədilməməsi, gələcək müəllimlərin peşəkarlığının aşağı səviyyədə olacağını və onlar işləyərkən keçirilən treninqlərin onu əvəz etməyəcəyini göstərir.

Konfrans iştirakçıları təsdiq edirlər ki, yeniyetmələrdə olan hər şeyə maraq onlarda riskli münasibətə, alkoqol və narkotikləri eksperiment etməyə gətirib çıxarır. Belə bir hərəkətə onları sosial, iqtisadi və ailə vəziyyəti sövq edir. Bütün bunlar onlarda cinsi yolla keçən infeksiyalara, HİV-ə yoluxmaya alkoqol və narkotikdən istifadə  səbəb olur ki, bu da ölümlə nəticələnən bədbəxt hadisələrə, o cümlədən özünüqəsdə gətirib çıxarır.

Konfransda yeniyetmə və gənclərin kompleks profilaktik proqramlarını bütün təhsil müəssisələrində ibtidai, ümumi orta, tam orta, texniki peşə, orta ixtisas və ali təhsil daxil olmaqla real təmin etmək; kompleks profilaktik proqramlara gələcək nəslin reproduktiv sağlamlığının qorunması ilə əlaqədar HİV və digər cinsi yolla keçən infeksiyaların profilaktikası, habelə uşaq və yeniyetmələrin HİV-lə yaşayanların müdafiəsi və onlara qayğı ilə əlaqədar mövzuların daxil edilməsi ilə bağlı hökumətlərə və beynəlxalq təşkilatlara müraciət olundu.

Aşağıda göstərilənlərə əsaslanan tədris proqramlarının realizə olunması və planlaşdırılmasını dəstəkləmək tövsiyə olundu: elmi-faktiki əsaslandırmaq; kompleksləşdirmə (yeniyetmə və gənclərin sağlamlığını qorumaq, həmçinin reproduktiv sağlamlığın qorunmasını əhatə edən mövzuları tematikaya aid etmək); istiqamətləndirmə - milli mədəni və yaş xüsusiyyətlərini nəzərə almaqla iştirakçıların yönəldilməsi; qavrama - bütün təhsil müəssisələrində məqsədyönlü davranışa əsaslanan proqramların qurulması; davametdirmə - profilaktik proqramların tədrisinə ildə 20-30 saat ayrılması; gender bərabərliyi və insan hüquqlarına hörmət və onun qorunması; yeniyetmə və gənc nəslin profilaktik proqramların tərtibində iştirakı; valideyn və ailənin profilaktik təhsil prosesinə cəlb olunması; müasir informasiya, kommunikasiya texnologiyalarından istifadə olunması; milli səviyyədə profilaktik təhsil proqramlarının tətbiqi, yeniyetmə və gənclərin sağlamlıq və inkişafı sahəsində elmi-tədqiqatların aparılması üçün dövlət maliyyələşməsinin stabil təmin edilməsi; pedaqoji işçilərin ixtisasartırma kurslarının səviyyəsinin yüksəldilməsi; orta ixtisas və ali məktəblərin təlim kursunun məzmununa sağlam həyat tərzinin daxil edilməsi; rəhbər işçilərin və idarəetmə orqanlarında çalışanların hazırlıq və yenidən hazırlığını, səhiyyə sahəsi ilə əlaqədə olan və HİV epidemiyasına qarşı mübarizə sahəsində çalışan gənclərin sağlamlığının qorunması keşiyində duranlara çalışdıqları sahədə HİV-ə qarşı siyasətlərinin tənzimlənməsi ilə əlaqədar mövzuların daxil edilməsi; monitorinq sisteminin və HİV infeksiyasının qarşısının alınması, yeniyetmə və gənclər arasında elmi proqramların effektliyinin qiymətləndirilməsinin standartlaşması.

İştirakçılar həmçinin HİV/QİÇS sahəsində bütün region ölkələrində qanunvericiliyin formalaşmasını, milli strategiya və konsepsiyaların hazırlanmasını,  məqsədyönlü proqram və layihələrin mövcudluğunu və profilaktik proqramların tətbiqi təcrübəsinin olduğunu göstərirlər. Bununla yanaşı, bəzi dövlətlərin profilaktik proqramları az miqdarda maliyyələşdirməsi, hətta maliyyələşmənin aparılmaması, lazımi tədris fənninin bütün təhsil mərhələləri üzrə olmaması, proqramları öyrənmək üçün müəllimlərin hazırlıq səviyyəsinin olmaması, bu kursları tədris edən müəllimlərin tədris saatının nizamlı və şəffaf olmaması, sağlam həyat tərzi üzrə müəllim mütəxəssislərinin hazırlıq sisteminin olmaması, bütün sahələr üzrə pedaqoqların hazırlanma sisteminə sağlam həyat tərzi mövzuları ilə tanışlığın daxil edilməməsi, təhsil şöbələri tərəfindən nəzarət mexanizmlərinin qeyri-effektliliyi, pedaqoji və səhiyyə işçiləri arasında problemə baxışda fərqliliyin olması və s. qeyd edilir.

Problemin həlli yollarına sistemli, ardıcıl müdafiə, qanunverici və hökumət orqanlarının mövqeyinin formalaşması, profilaktik mövzuların sosial, iqtisadi inkişafın uzunmüddətli proqramlara daxil edilməsi, illik maliyyələşmənin ayrılması və tədris standartlarının qəbul edilməsini aid edirlər.

Bu məsələlərin həllinə beynəlxalq təşkilatlar (BMT-nin qurumları, iri donor təşkilatları), pedaqoji, səhiyyə və valideyn ictimaiyyəti dəstək olmalıdır.

Yaranmış problemin həlli üçün sağlam həyat tərzi üzrə təlim fənninin icbari qaydada tədris olunması, pedaqoji kollec və institutlarda sağlam həyat tərzi üzrə ixtisasının yaradılması, HİV/QİÇS üzrə proqramların yenidən hazırlanma və ixtisasartırmanın təkmilləşdirilməsi, dövlət qulluğu imtahanlarının suallarına  HİV/QİÇS haqqında məlumatın daxil edilməsi, bütün idarəetmə sahələrində çalışanların bu haqda məlumatlandırılması (qanunlar, ictimai təşkilatların rəhbərlərinə tapşırıqlar və icrasına nəzarət), texniki peşə, orta ixtisas və ali məktəblərdə sağlam həyat tərzi kursunun tədris olunması, bütün sahələr üzrə pedaqoji kadrların təlimi üçün dövlət proqramının yaradılması vacib sayıldı.

Gərgin və maraqlı keçən müzakirələrin sonuncu günündə Azərbaycan nümayəndələri Almatı şəhərində yerləşən "Sağlam həyat tərzinin formalaşdırılması probleminin milli mərkəzi"ndə oldular. Bizi mərkəzin baş direktoru tibb elmləri doktoru, professor, Qazaxıstan Respublikası Elmlər Akademiyasının akademiki Saule Dikanbaeva qəbul etdi. Mərkəzdən və onun hər bir bölgədə olan filiallarından, çap etdikləri  proqramlardan, dərs vəsaitlərindən, jurnallardan, keçirdikləri treninqlərdən və s. məsələlərdən  danışdı. Mərkəzin nizamnamə və fəaliyyət planı ilə bizi tanış etdi. Treninq otağında tibb universitetinin tələbələri ilə HİV/QİÇS üzrə aparılan məşğələni dinlədik. Ali məktəblər üçün hazırladıqları "Vaeologiya" dərslikləri ilə  tanış olduq.

Bütün bunları nəzərə alaraq Azərbaycan Respublikasında: "Həyati bacarıqlara əsaslanan təhsil" fənnini tədris edən müəllimlərin treninqlərinin bir həftə olmasını, məktəbəqədər təhsil mərhələsi üzrə tərbiyəçilər üçün metodik vəsaitin hazırlanmasını, uşaq, yeniyetmə və gənclər üçün maarifləndirici xarakterli disklərin buraxılmasını, kiçikyaşlı məktəblilərə dözümlülüyü təbliğ edən cizgi filmlərinin hazırlanmasını, təbliği xarakterli kütləvi plakatların, bukletlərin hazırlanmasını, pedaqoji tədqiqatların aparılması və onların hesabatlılığının təmin olunmasını, xarici və yerli qabaqcıl təcrübənin öyrənilməsini, pedaqoji, tibbi və valideyn ictimaiyyətinin maarifləndirilməsini, HBƏT-ə fənn statusu verilməsi üçün məzmunun müəyyənləşdirilməsini, monitorinq və qiymətləndirmə üçün vahid indikatorların hazırlanmasını, orta ixtisas və ali məktəblərdə sağlam həyat tərzi, yaxud HBƏT, "Vaeologiya" fənninin tədrisini, interaktiv və multimedia texnologiyalarından istifadəni, metodik vəsaitlərin hazırlanmasında maraqlı tərəflərin (valideyn, müəllim, direktor, təhsil rəhbəri və məktəblilərin) iştirakını, "Ən yaxşı müəllim", "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqələrində təhsildə profilaktika (Qazaxıstan Respublikasının təcrübəsindən) meyar kimi daxil edilməsini, müəllimlərin ixtisasartırmadan keçməsində vahidliyin təmin olunması, HBƏT distant təhsilin tətbiqini, təhsil, səhiyyə, hüquq-mühafizə orqanlarının ortaq koordinasiya mərkəzinin yaradılmasını zəruri hesab edirik. 

Elnur ƏLİZADƏ,
Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin baş məsləhətçisi,

Piralı ƏLİYEV,
Təhsil Problemləri İnstitutunun şöbə müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov