Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

5 May 2011 - �17

 

Məktəbimiz iyirmi beş yaşını qeyd etməyə hazırlaşır

 

Bu il tədris ocağımızın-paytaxtımızın Suraxanı rayonunda yerləşən Ə.Eyvazov adına 275 nömrəli tam orta məktəbin 25 yaşı tamam olur.

Məktəbimiz 1986-cı ildən fəaliyyət göstərir. Birtipli layihə əsasında tikilmiş 1176 şagird yerlik məktəbdə hazırda 1600-ə yaxın şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 245 müəllim məşğul olur. 78 sinif komplektindən 62-si Azərbaycan, 16-sı isə rus bölməsini əhatə edir.

Son illər təhsilin keyfiyyətini yüksəltmək, tədris prosesinin təşkilində innovativ yanaşmalara geniş meydan vermək, dərslərdə müasir təlimin forma və üsullarından, İKT-dən istifadə etmək, elektron dərsliklərin açdığı imkanlardan maksimum faydalanmaq pedaqoji kollektivimizin əsas fəaliyyət məqsədinə çevrilmişdir.

Müəllimlərimizin böyük əksəriyyəti müasir təlim metodlarının mənimsədilməsi, İKT-dən istifadə, yeni fənn kurikulumlarının tətbiqi ilə bağlı təşkil olunan kurslardan keçərək öz bilik və bacarıqlarını, hazırlıqlarını artırmışdır. Ayrı-ayrı müəllimlərin yeni təlim texnologiyalarından istifadə ilə bağlı topladıqları müsbət təcrübəni öyrənmək və yaymaq məqsədi ilə məktəbimizdə tez-tez elmi-praktik konfranslar, "açıq dərs"lər təşkil olunur, müəllimlərimiz paytaxtın digər tədris ocaqlarında keçirilən belə tədbirlərdə müntəzəm iştirak edir, həmkarları ilə təcrübə mübadiləsi aparırlar.

Cari dərs ilinin birinci yarısında ibtidai siniflərdə kurikulumların tətbiqi vəziyyəti öyrənilmiş, onun nəticələri, habelə fəal təlim metodları ilə iş sahəsində toplanmış təcrübə "Fəal təlim üsulları təhsildə keyfiyyətin başlıca amili kimi" mövzusunda keçirilmiş "dəyirmi masa"da geniş müzakirə olunmuşdur. 2010-2011-ci dərs ilində ibtidai sinif müəllimi Mədinə Məmmədova, ingilis dili müəllimi Simuzər Qocayevanın qabaqcıl iş təcrübəsi öyrənilmişdir.

Dərs ili ərzində məktəbin illik fəaliyyət planına uyğun olaraq müxtəlif fənlər üzrə keçirilən fənn həftələri çərçivəsində dərslər dinlənilmiş, IX-X-XI siniflər üzrə məktəbdaxili test-sınaq yoxlamaları aparılmış və nəticələri pedaqoji şurada, direktoryanı müşavirədə müzakirə edilmişdir.

Məktəbimizin tarix müəllimi Tərlan Mahmudovanın ötən ilin oktyabrında X "b" sinfində "40-cı illərin aqrar islahatları", ibtidai sinif müəllimi Nəcibə Hüseynovanın bu il aprelin 13-də II "q" sinfində riyaziyyatdan "Məlumatı araşdır və təqdim et" mövzularında apardıqları "açıq dərs"lər müəllimlərimizin fəal təlimlə işləmək bacarığının nümayişinə çevrilmiş, dərsləri dinləyən müəllimlər, təhsil mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilmişdir.

Belə yaradıcı, öz işinə məsuliyyətlə yanaşan müəllimlər məktəbimizdə çoxdur. Qazanılan uğurlarda onların zəhməti xüsusilə böyükdür. Uğurlarımız isə az deyil. Ən böyük müvəffəqiyyətlərimizdən biri 2008-2009-cu dərs ilində möhtərəm Prezidentimizin sərəncamı ilə ölkə üzrə keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində qalib gəlməyimizdir.

Hər il məzunlarımızın böyük əksəriyyəti yüksək balla ali məktəblərə daxil olur. 2001-2005-ci illərdə ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən məktəbimiz üzrə qəbulolma faizi orta respublika göstəricisindən təxminən 1,9 dəfə yüksək olmuşdur.

2001-2006-cı illər ərzində məktəbimizin 108 məzunu 500-dən, o cümlədən 17 nəfər 600-dən çox bal toplamışdır. 2008-2009-cu dərs ilində məzunların 82 nəfəri ali məktəblərə daxil olmuşdur ki, onlardan da 13-ü 500-700 arasında bal toplamışdır.

Ötən dərs ilində isə məzun olmuş 92 şagirdimiz tələbə adını qazanmış, 11 məzunumuz 600-dən artıq bal toplamışdır. Məzunlardan Səbuhi Əbülhəsənli 690 balla Prezident təqaüdünə layiq görülmüşdür. Əvvəlki illərdə də Prezident təqaüdü alan və ali məktəbə fərqlənmə attestatı ilə qəbul olunan məzunlarımız olmuşdur.

Məktəbimizin 25 illik tarixinin ən yaddaqalan dövrü isə şübhəsiz, 2002-2003-cü tədris ilinin ilk günündə ümummilli liderimiz Heydər Əliyevin tədris ocağımıza gəlişi, müəllim və şagirdlərlə görüşü olmuşdur. O vaxtdan 9 il ötməsinə baxmayaraq, biz həmin günü həmişə böyük fəxrlə xatırlayır, ulu öndərin həmin görüşdə bizə verdiyi tövsiyələrə daim əməl etməyə çalışırıq.

Hazırda məktəbimizdə yubileyə geniş hazırlıq işləri gedir. Bununla bağlı xüsusi tədbirlər planımız var. Keçirdiyimiz bütün tədbirləri yubileyimizə həsr edirik. Belə tədbirlər isə az deyil. Cari dərs ilində məktəbimizdə "Bilik günü"nü, "Konstitusiya günü"nü, ümummilli lider Heydər Əliyevin anım gününü yüksək səviyyədə qeyd etmiş, şeir, rəsm və inşa müsabiqələri keçirmişik.

Şagirdlərimiz Bakı şəhəri üzrə keçirilən məktəblilərin bilik yarışında müxtəlif fənlər üzrə mükafata layiq yerlər qazanmış, 6 şagirdimiz fənn olimpiadasının şəhər turunda iştirak etmiş, 2 şagirdimiz bilik yarışmasının finalında mübarizə aparmışdır.

Hazırda bütün kollektivimiz çalışır ki, məktəbimizin 25 illik yubileyini təhsildə yüksək keyfiyyət və nailiyyətlərlə qarşılasın. 

E.İSMAYILOVA,
Bakıdakı 275 nömrəli tam orta məktəbin direktoru

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov