Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

5 May 2011 - 17

 

Fənn aylıqlarına  həsr olunmuş "dəyirmi masa"

 

Mayın 3-də Bakıdakı 308 nömrəli orta məktəbdə  fənn aylıqlarına həsr olunmuş yekun tədbiri keçirildi. Tədbirdə Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin,Təhsil Problemləri İnstitutunun nümayəndələri,  müəllimlər və KİV əməkdaşları iştirak  edirdilər.İlk öncə qonaqlar məktəbin  foyesində əmək təlimi müəllimi Tahirə Əsədinin dərs dediyi şagirdlərin  əl işlərdən ibarət sərgiyə baxdılar.Sərgidə VI "a" sinif şagirdi Tomris Kərimlinin, VI "b" şinif şagirdi Leyla Məmmədovanın və VI "a" sinif şagirdi  Aysel Abbaszadənin  əl işləri  qonaqların xoşuna gəldi.

Məktəbin direktoru  Təranə Məmmədova keçirilən tədbir haqqında  qonaqlara  ətraflı məlumat verdi. Bildirdi ki, ənənə şəklini  alan fənn aylıqlarına həsr olunmuş yekun tədbirinin keçirilməsi  məktəbdə  özünü doğruldub və geniş tətbiq  olunmaq hüququ qazanıb.Bu cür tədbirlərin keçirilməsi məktəbdə  tədrisin  keyfiyyətinin yaxşılaşmasına, səviyyəsinin yüksəlməsinə  xidmət  edir. Nəticədə, pedaqoji kollektivin işinə məsuliyyəti artır, şagirdləri yaxşı oxumağa, müəllimləri  isə səmərəli fəaliyyətə ruhlandırır.

Fənn aylığı çərçivəsində sinifdənxaric tədbirlərə baxış keçirildi.  Şagirdlər tərəfindən "Mikayıl Müşfiq ruhu milli ruhumuzdur" mövzusunda ədəbi-bədii kompozisiya, C.Cabbarlı və S.Vurğunun əsərləri əsasında hazırlanmış səhnəciklər və "Ekologiyamızı qoruyaq" adlı maraqlı  tamaşa  göstərildi. 

Sonra tədbir iştirakçıları qruplara bölünərək,  müəllimlərin "açıq dərs"lərində oldular.   Bakı Şəhəri üzrə Təhsil İdarəsi Metodmərkəzinin Nizami - Nərimanov rayon bölməsi üzrə  metodisti  Vəzuhə Məmmədova və  metodmərkəzin multimedia bölməsinin baş metodisti Nəriman Heydərov    X "b" sinfində  Süsən Əliyevanın  ədəbiyyat  dərsini dinlədilər.

Eyni vaxtda digər siniflərdə  də Təhsil Problemləri İnstitutunun direktor müavini, professor Yəhya Kərimov, Bakı Şəhəri üzrə Təhsil İdarəsi Metodmərkəzinin direktor müavinləri  Sitarə Məmmədova, Nadir Əliyev və  metodist  Rövşən İbrahimli və   metodmərkəzin digər əməkdaşları IV"a" sinfində Fəridə Abbasovanın həyat bilgisi, III "a" sinfində Səbirə Zeynalovanın Azərbaycan dili (oxu),  XI "a" sinfində Arif Ağakişiyevin riyaziyyat, VIII "a" sinfində Çimnaz İmanovanın coğrafiya, VIII "b" sinfində Aidə Əfəndiyevanın xarici dil, VII "d" sinfində Nəsibə Səlimovanın fizika,  VII "b"sinfində Səadət Mirzəyevanın biologiya fənlərindən keçdikləri   "açıq dərs"lərdə iştirak etdilər.

Tədbirin yekun mərhələsində dinlənilən dərslərlə əlaqədar "dəyirmi masa" keçirildi.  Müzakirələrdə belə   tədbirlərin  məktəb üçün  əhəmiyyətindən   söz açan professor Yəhya Kərimov, metodmərkəzin direktor müavini Sitarə Məmmədova, Təhsil Nazirliyinin nümayəndələri Sevda Abbasova, Sevil Məmmədova  və başqaları dinlənilən dərslər haqqında   fikirlərini söylədilər,  irad və  təkliflərini  bildirdilər. 

Şakir CƏFƏROV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov