Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

5 May 2011 - 17

 

"Nə qədər səhərlər sənsiz açacaq"

 

Şair, jurnalist Ramazan Səməroğlu ikinci dəfə oxucularının görüşünə "Nə qədər səhərlər sənsiz açacaq" kitabı ilə gəlib. Şair "Hə qədər səhərlər sənsiz açacaq",- deyəndə meydana nə qədər suallar çıxırEAnasızmı?, işğal olunmuş Vətən torpaqlarısızmı?, əziz dostlarsızmı?, istəkli sevgilisizmi?.. açılacaq o səhərlər suallarına cavab axtarırıq. Şair eyniadlı şeirində yazır:

Ömrümə günəş də sənsiz dogacaq,

Sənsiz parıldamaz zirvədə qar da,

Bəlkə unudardım intizarını,

Sən mənə desəydin hardasan, harda.

Onun bu misralarını oxuyanda nurani çöhrəsinə hopmuş acılarını, saçındakı  ağ tellərə qonmuş kədərinin, intizarının ağırlığını hiss etdim.

Kitabda toplanmış 323 şeiri, 1 poemanı, 1 müxəmməsi, 41 qəzəli bir nəfəsə oxudum.

Tanınmış telejurnalist Ramazan Səməroğlunun Vətən, ana, sevgi, siyasi məzmunlu şeirlərində bir həsrət, bir nisgil, bir kədər ovqatı yaşanır. O, düşünən və düşündürməyi bacaran şairdir, onun misralarındakı məna yükü oxucunu cəlb edir. Ramazan,  təbiətən saf, təmiz bir insan olduğundan bu cəhətlər şeirlərinin misralarında da aydın görünür. Onun duyğuları bulaqların göz yaşı kimi dupduru, şəffaf suyudur, sanki damla -damla hopub şeirlərinə... Bu saflıq, bu duruluq içərisində bir əziz ana obrazı yaşayır...

Şair "Kaş yenidən uşaq olam, ay ana",- deyir:

Səni görcək sevincimdən əsəm mən,

Pay böləsən "azdı" deyəm küsəm mən,

Hara getsən qabağını kəsəm mən,

Kaş yenidən uşaq olam , ay ana.

"Mənə layla deyinən" şeirində isə:

Paltarımı hara gəldi atam mən,

Dizin üstə şirin-şirin yatam mən,-

deyir, şair.

Ramazanın misralarındakı kövrəklik, həzinlik, eyni zamanda hər birimizin qəlbində xoş  xatirələrə çevrilən "Son zəng" şeirində də aydınca görünür:

Elə bil dünəndi əlimdən tutub,

Müəllim əlifba öyrətdiyi gün.

Bu illər son zənglə vuruldu başa,

Təməli qoyuldu gələcək ömrün.

R.Səməroğlunun şeirləri təbiliyi, səmimiyyəti, fikir aydınlığı ilə seçilir. O, yaşadıqlarını, duyduqlarını yazır. Bax elə buna görə də, bu şeirlər oxucularının hər birinə doğmadır.

Şairin ürəkağrısı, can yanğısı ilə qələmə aldığı "Həsrətdən biçilən kəfən" adlı poemasında qocalar evinə atılmış bir ana ona baş çəkməyə "gələcək" oğlunun yolunu həsrətlə gözləyir:          

Bu sonsuz dünyada bu gün bir ana,

Heç kəsi yox yanında təkcə can verir.

Əzrayıl qapısın döyəndə ana,

Düşünür oğludur, deyir: "hardasan"?!..

Poemanın finalında deyilən bu sözlərlə sanki bütün laqeyd insanlara qarşı, müqəddəs ana qədrini bilməyən nankor oğullara qarşı şair bir fəryad qoparır.

İnanırıq ki, çox keçməyəcək  neçə-neçə belə həzin duyğulu  yeni şeirləri  çapa hazırladığı üçüncü kitabında  toplanıb biz oxuculara ərməğan ediləcək. Bu yolda şair  dostumuz, jurnalist həmkarımız Ramazan Səməroğluna uğurlar diləyirik. 

Ədalət DAŞDƏMİRLİ

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov