Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

5 May 2011 - 17

 

Azərbaycan Milli Aviasiya Akademiyasının tələbəsi Beynəlxalq olimpiadanın qalibidir

 

Azərbaycan Milli Aviasiya Akademiyasının (AMAA) tələbəsi Emil Vahablı A.F.Mojayski adına Beynəlxalq Aviasiya Olimpiadasından zəngin "qənimətlərlə" qayıtmışdır. Təxminən 40 ölkənin gənc aviasiya tədqiqatçılarının qoşulduqları bu intellekt yarışında azərbaycanlı tələbə birinci yeri tutaraq "Olimpiadanın qalibi" diplomuna, onun qələbəsini təsdiq edən sertifikata, habelə "A.F.Mojayski" medalına layiq görülmüşdür. Bundan əlavə, həmyerlimizə münsiflər heyətinin hədiyyəsi olan "İPAD" markalı mikrokompüter də təqdim edilmişdir. AzərTAc-ın müxbiri qeyri-adi yarışın qalibinə bir neçə sualla müraciət etmişdir. Cavablar Emil Vahablının yüksək intellektual səviyyəyə malik olduğunu bir daha təsdiqləyir.

- Emil, səni Azərbaycan Milli Aviasiya Akademiyasına qovuşduran yolun ən yığcam "xəritəsini" necə təsvir edərdin?

- Səfalı Qax şəhərində doğulmuşam. Bakıdakı 257 nömrəli orta məktəbi bitirmişəm. Uşaqlıqdan aviasiya sahəsinə, aviator peşəsinə böyük marağım olmuşdur. Orta məktəbin sonuncu sinfindən indiyədək aviamodelçilik dərnəyinə gedirəm. 2009-cu ildə test qəbul imtahanında 604 bal toplayaraq AMAA-nın hava nəqliyyatının uçuş texniki istismarı fakültəsinin rus bölməsinə daxil olmuşam. Hazırda ikinci kursda oxuyuram. Aviasiya texnikası avadanlıqlarının istismarı üzrə mühəndis-mexanik ixtisasına yiyələnirəm. Əlaçılıq təqaüdü alıram.

- Belə nüfuzlu Beynəlxalq Olimpiadaya necə qatıla bildin? Bu çətin yarışda birinci yer tutmağının sirri nədədir?

- A.F.Mojayski adına Beynəlxalq Aviasiya Olimpiadası artıq səkkizinci dəfədir ki, hər tədris ilində Moskva şəhərində keçirilir. Olimpiadada iştirak etmək istəyənlər İnternet vasitəsilə Təşkilat Komitəsinin ilkin test suallarını cavablandıraraq, növbəti tura vəsiqə alırlar. Mən ilkin 15 suala düzgün cavab göndərdiyim üçün əsas tədqiqat işimi təqdim etmək hüququ qazandım. Elmi-tədqiqat işim təyyarələrdə güc qurğularının analizi mövzusunda idi. İşimin bəyənildiyi və Beynəlxalq Olimpiadanın yekun turuna dəvət olunmağım barədə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə məktub daxil oldu. Bundan sonra Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərovun xeyir-duaları ilə Moskva şəhərinə ezam olundum.

Olimpiadanın yekun turu aprelin 21-22-də keçirildi. Mənim apardığım elmi-tədqiqat işi ilə əlaqədar geniş məruzəm dinlənildi. Təyyarələrdə müxtəlif təyinatlı, konstruksiyalı güc qurğularının tətbiqi üzrə elmi arqumentlərimi müdafiə etdim. Münsiflər heyətinin üzvləri yekdilliklə mənim işimi və test suallarına cavablarımı birinci yerə layiq gördülər. Onu da deyim ki, bu olimpiadada ikinci yerə Ukraynanın, üçüncü yerə Rusiyanın təmsilçiləri çıxdılar.

Aviasiya sahəsində intellekt yarışının qəhrəmanı Emil Vahablının dediklərinə əlavə olaraq qeyd edək ki, onun uğuru təkcə təhsil aldığı ali məktəbə - Azərbaycan Milli Aviasiya Akademiyasına deyil, bütün Azərbaycana başucalığı gətirmişdir.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov