Türkiyənin Ərdahan Universitetində Türkiyə,
Azərbaycan, Gürcüstan, İran və Rusiyadan 21
universitet rəhbərinin imzası ilə Qafqaz
Universitetlər Birliyi təsis olunmuşdur.
Azərbaycan Asiya Universitetinin rektoru,
professor Cəlil Nağıyev, Qafqaz Universitetinin
rektoru, professor Əhməd Saniç, Naxçıvan Dövlət
Universitetinin prorektoru, professor Xanəli
Kərimli və Naxçıvan Özəl Universitetinin
prorektoru, dosent İbrahim Kazımbəylinin də
iştirak etdikləri imzalama mərasimindən sonra
konfrans keçirilmişdir. Ərdahan Universitetinin
rektoru Aşık Şənlik demişdir ki, Birliyin
yaradılması universitetlər arasında təcrübə
mübadiləsi, birgə elmi tədqiqat layihələrinin
həyata keçirilməsi baxımından çox mühümdür.
Türkiyə Yüksək Təhsil Qurumunun sədri Yusuf Ziya
Özcan Azərbaycan, Gürcüstan, İran və Rusiyadan
gəlmiş qonaqları salamlayaraq, təmsil olunduğu
hökumətin Qafqaz Universitetlər Birliyinə böyük
əhəmiyyət verdiyini, bu qurumun Qafqaz
coğrafiyasındakı ali təhsil ocaqları arasında
əməkdaşlığı gücləndirəcəyini söyləmişdir.
AzərTAc |
|