Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

13 May 2011 - �18

 

"İnsanlara və insanlığa nümunə olan dahi şəxsiyyət"

 

Mayın 6-da "Gülüstan" sarayında ümummilli lider, dahi şəxsiyyət  Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə  Azərbaycan Respublikası Təhsil Nazirliyi, Yeni Azərbaycan Partiyası, Heydər Əliyev Fondu, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilmiş inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi oldu.

Tədbirdə təhsil naziri Misir Mərdanov, Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi, millət vəkili Əli Əhmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, təhsil nazirinin müavinləri İsgəndər İsgəndərov, Elmar Qasımov, İradə Hüseynova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, respublikanın bir sıra ali və orta ixtisas məktəblərinin rəhbərləri, tanınmış alim və pedaqoqlar, millət  vəkilləri və digər şəxslər iştirak edirdilər.

Mərasimi təhsil naziri Misir Mərdanov  açaraq bu günlər respublikamızın hər yerində - bütün idarə və təşkilatlarda, dövlət qurumlarında, təhsil müəssisələrində, eləcə də dünyanın bir çox ölkələrində müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini söylədi. Qeyd olundu ki, dahi şəxsiyyətin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətləri, ölkəmizdə müstəqil dövlətçilik ideyalarının gerçəkləşdirilməsində, milli dövlətimizin yaranması və möhkəmləndirilməsində müstəsna rolu nəzərə alınaraq təhsil sahəsində  bu əlamətdar tarixi günü qeyd etmək üçün Təhsil Nazirliyi tərəfindən müvafiq tədbirlər planı hazırlanıb və ardıcıl olaraq həyata keçirilməkdədir. Bunlardan biri də Təhsil Nazirliyinin "Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə təhsil müəssisələrində keçiriləcək tədbirlər haqqında" 25 yanvar 2011-ci il tarixli, 121 nömrəli əmri ilə təsdiq olunmuş Fəaliyyət Planına uyğun olaraq ümumtəhsil məktəblərinin VII - XI sinif, eləcə də peşə liseylərinin şagirdləri arasında ulu öndər Heydər Əliyevin həyat və dövlətçilik fəaliyyətinə həsr olunan inşa yazı müsabiqəsidir. 2007-ci ildən etibarən keçirilən inşa yazı müsabiqəsinə məktəblilər tərəfindən böyük maraq göstərildiyini söyləyən nazir burada iştirak etmək istəyənlərin sayının ildən-ilə artdığını bildirdi.

Müsabiqə haqqında mərasim iştirakçılarına geniş məlumat verən təhsil naziri qeyd etdi ki, "İnsanlara və insanlığa nümunə olan dahi şəxsiyyət" nominasiyası üzrə ümumtəhsil və peşə liseylərinin 700 minədək şagirdinin qatıldığı bu möhtəşəm bilik yarışı 3 mərhələdə (məktəb, rayon (şəhər), respublika) təşkil edilib. Sonuncu respublika mərhələsinə vəsiqə qazanmış 97 məktəblinin adıçəkilən nominasiya üzrə yekun müsabiqəsi aprelin 24-də Bakıda - akademik Zərifə Əliyeva adına tam orta məktəbdə keçirilib. Respublika mərhələsində iştirak edən 97 şagirdin inşa yazı işləri  Təhsil Nazirliyinin xüsusi əmri ilə yaradılan ekspert qrupu tərəfindən qiymətləndirilib. Həmin şagirdlərdən 13 nəfəri qalib elan olunmuş, onlardan 3-ü I yerə, 4-ü II yerə, 6-sı III yerə, 65 nəfər isə Təhsil Nazirliyinin Fəxri fərmanına layiq görülmüşdür.

Nazir Misir Mərdanov məktəblilərimizin öz inşa yazılarında dahi şəxsiyyət Heydər Əliyevin hamı üçün örnək olan zəngin həyat yolu və dövlətçilik fəaliyyətinin müxtəlif məqamlarına, tarixi mərhələlərinə dair fikir və düşüncələrini özlərinə məxsus ən səmimi, ülvi hisslərlə dolğun şəkildə ifadə etdiklərini söylədi. Şagirdlərin əbədiyaşar lider Heydər Əliyevə olan sonsuz sevgisindən söz açan nazir onların yazdıqları inşalarda bunun öz geniş əksini tapdığını diqqətə çatdırdı. Təhsil naziri onu da qeyd etdi ki, müsabiqənin respublika mərhələsində iştirak edən VII-XI sinif ümumtəhsil məktəb, eləcə də ilk peşə-ixtisas təhsili müəssisələri şagirdlərinin ulu öndər Heydər Əliyevin şərəfli ömür yoluna, zəngin dövlətçilik və parlaq siyasi fəaliyyətinə həsr olunan inşa yazılarının artıq ənənəyə çevrilmiş "Heydər Əliyev məktəblilərin gözü ilə" adı altında ayrıca kitab şəklində nəşr etdirilib qaliblərə, onların təhsil aldıqları məktəblərə hədiyyə edilməsi qərara alınıb. Naxçıvan Muxtar Respublikasında "İnsanlara və insanlığa nümunə olan dahi şəxsiyyət" nominasiyası üzrə keçirilmiş müsabiqənin 10 nəfər qalibinin inşa yazıları da adıçəkilən kitaba daxil edilib. Artıq bu il 5-ci belə bir kitab nəşr olunub.

Nazir məktəblilərimizin ulu öndərə dərin hörmət və ehtiramından, sevgi və məhəbbətindən doğan fikir və düşüncələrinin toplusu olan "Heydər Əliyev məktəblilərin gözü ilə" kitabının uşaq, yeniyetmə və gənclərin stolüstü kitabı olacağına, illər keçdikdən sonra onların çoxcildli əsərlərə çevriləcəyinə və Azərbaycanın mənəvi xəzinəsində özünəməxsus yer tutacağına əmin olduğunu bildirdi.

Nazir Misir Mərdanov  daha sonra mərasim iştirakçıları ilə milli təhsil quruculuğunun böyük öndəri və misilsiz təəssübkeşi, uşaqların, gənclərin sevimli dostu, müdrik insan Heydər Əliyev haqqında, onun müəllifi olduğu təhsil quruculuğu strategiyasının bugünkü uğurları və təhsil siyasətinin prioritetləri barədə öz düşüncələrini bölüşdü. Ümummilli lider Heydər Əliyevin ölməz ideyalarının onun layiqli davamçısı ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirdi. Qeyd olundu ki, təhsilin, elmin, mədəniyyətin inkişafı ölkə başçısının siyasətində prioritet istiqamətlərdəndir. Son illər respublika Prezidenti cənab İlham Əliyevin imzası ilə  təhsillə, elmlə bağlı  18 Dövlət Proqramı təsdiq olunub və onların hər biri təhsilin, elmin ən müxtəlif sahələrini əhatə etməklə ölkəmizdə yüksək səviyyədə həyata keçirilməkdədir.

Təhsil naziri çıxışında dahi şəxsiyyət Heydər Əliyev tərəfindən əsası qoyulan, hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilən və təhsil sisteminin davamlı inkişafını əks etdirən bir sıra tarixi məqamları mərasim iştirakçılarının nəzərinə çatdırdı. Ölkədə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən, istedadlı gənclərin aşkar edilməsi istiqamətində görülən işlərdən ətraflı danışan nazir əldə olunan nəticələri yüksək dəyərləndirdi.

Çıxışının sonunda nazir belə bir müsabiqənin keçirilməsinin, eyni zamanda  istedadlı və bacarıqlı uşaqların üzə   çıxarılmasında, onların yaradıcılıq potensialının inkişaf etdirilməsində müstəsna rolu olduğunu qeyd edərək bütün təşkilatçılara, tədbirin keçirilməsində əməyi olanlara təşəkkürünü bildirdi. Nazir Misir Mərdanov müsabiqə qaliblərini, onların valideynlərini və təhsil aldıqları məktəblərin kollektivlərini təbrik etdi.

Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi, millət vəkili Əli Əhmədov artıq bir ənənəyə çevrilmiş belə bir müsabiqənin keçirilməsini ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və gənclərimiz arasında geniş təbliğ olunması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini söylədi. Natiq məktəblilərin yazdıqları inşaların hamısında bir daha  Heydər Əliyev şəxsiyyətinə dərin ehtiram və sonsuz sevgidən bəhs olunduğunu dedi. Qeyd etdi ki, Heydər Əliyev sevgisi, ulu öndərin xatirəsinə hörmət və inam yeniyetmə və gənclərin mənəvi tərbiyəsinin özəyini təşkil edir. Heydər Əliyev irsini öyrənməklə gənclər vətənpərvərlik ruhunda tərbiyə olunur, vətəndaş kimi formalaşırlar, azərbaycançılıq məfkurəsini mənimsəyirlər, çünki dahi şəxsiyyət ən böyük vətənpərvər, öz xalqına sadiq bir insan idi.

YAP sədrinin müavini ötən illərdə olduğu kimi bu il də I, II, III yerləri  tutmuş qaliblərin hər birinə gələcəkdə arzu etdikləri  hansı ali məktəblərə qəbul olunmasından asılı olmayaraq Yeni Azərbaycan Partiyası tərəfindən hər ay təqaüdlərin verilməsinin nəzərdə tutulduğunu dedi və qaliblərə uğurlar arzuladı.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev müsabiqədə iştirak etmək istəyənlərin sayının ildən-ilə çoxaldığını, şagirdlərimizin öz inşa yazılarında ulu öndərin fəaliyyəti ilə bağlı bir sıra məqamlara əhatəli şəkildə toxunmalarını dahi şəxsiyyətə məhəbbətin bariz nümunəsi kimi səciyyələndirdi.

Ölkədə gənclər siyasətinin dövlətin prioritet istiqamətlərindən biri olduğunu, ulu öndərin uşaqlara, gənclərə hər zaman qayğı ilə yanaşdığını deyən millət vəkili  bu  işin hazırda ölkə başçısı cənab İlham Əliyev tərəfindən də diqqətdə saxlanıldığını bildirdi. Səttar Mehbalıyev bizim çoxlu sayda gənclərimizin dünyanın bir sıra inkişaf etmiş ölkələrinin nüfuzlu ali məktəblərində uğurla təhsil aldıqlarını, onların orada ali təhsil almaları üçün dövlətimizin başçısı tərəfindən hər cür imkan və şəraitin yaradılmasının  təqdirəlayiq hal olduğunu dedi. O, məhz belə istedadlı, yüksək intellektə malik gənclərin  Azərbaycanın gələcək inkişafına öz töhfələrini verəcəyinə əmin olduğunu bildirdi.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov son illər təhsil sahəsində gedən əsaslı dəyişikliklərin, tətbiq edilən yeniliklərin  ictimaiyyət tərəfindən böyük maraq və razılıqla qarşılandığını deyərək həmin istiqamətdə Təhsil Nazirliyinin gördüyü işləri yüksək qiymətləndirdi. Qeyd olundu ki, bütün bunlar təhsilin keyfiyyətinin yüksəldilməsinə, məzmununun yeniləşməsinə imkan verir. Təhsildə informasiya-kommunikasiya texnologiyalarının uğurla tətbiq edildiyini də diqqətə çatdıran Əli Abbasov  beynəlxalq təşkilatların  bununla bağlı apardıqları monitorinqin nəticələrindən söz açdı. Bildirdi ki,  ölkəmizdə təhsildə İKT-nin tətbiqi bir sıra ölkələrlə müqayisədə öncül cərgələrdə durur.

Məktəblilərin inşa yazılarında ulu öndərə olan məhəbbət və ehtiramlarını yüksək səviyyədə tərənnüm etdiklərini söyləyən rabitə və informasiya texnologiyaları naziri özünün və rəhbərlik etdiyi qurumun kollektivi adından qalibləri təbrik etdi.

Sonra müsabiqənin Fəxri fərmanına layiq görülən 65 nəfər səhnəyə dəvət olundu. I,II, III yerlərin qaliblərinin adları açıqlandı, Diplomlara layiq görülən I,II,III yerin sahiblərinə noutbuklar, Fəxri fərmanla təltif edilənlərə isə xatirə hədiyyələri təqdim olundu.

Mərasimi təhsil naziri Misir Mərdanov yekunlaşdıraraq  müsabiqənin qaliblərinə ən xoş istəklərini çatdırdı, onlara yeni-yeni nailiyyətlər arzuladı.  

Samirə KƏRİMOVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov