Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

13 May 2011 - �18

 

ADNA-da ümummilli lider Heydər Əliyevin barelyefinin açılışı olub

 

 Mayın 6-da Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə ADNA-nın inzibati binasında ulu öndərin barelyefinin açılışı olub.

Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, ARDNŞ-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə, Milli Məclisin deputatlarının, ADNA-nın professor-müəllim və tələbə heyətinin, KİV nümayəndələri və başqalarının iştirak etdiyi təntənəli mərasimi ADNA-nın rektoru, əməkdar elm xadimi, akademik Siyavuş Qarayev giriş sözü ilə açıb. S.Qarayev öz çıxışında ümummilli liderin Azərbaycan xalqı qarşısında görkəmli xidmətlərini, onun dövlət başçısı vəzifəsində bütün fəaliyyəti dövründə akademiyanın professor-müəllim heyətinə və tələbə kollektivinə həqiqətən atalıq qayğısı göstərməsini qeyd edib. Rektor bildirib ki, ümummilli lider Heydər Əliyev Sənaye İnstitutunda (indiki ADNA) iki il müvəffəqiyyətlə oxuyub. Lakin Böyük Vətən müharibəsi başlayıb və Heydər Əliyevin qəlbində xoş xatirələr qoymuş, onda möhkəm intizam və iradə kimi keyfiyyətlər aşılayan, dərin biliklərə yiyələnməsinə kömək edən təhsil illəri yarımçıq qalıb. Heydər Əliyev inşaat fakültəsinin memarlıq bölməsində oxuyub. Onun gənclik illərinin bəlkə də ən unudulmaz xatirələri məhz bu ali təhsil müəssisəsində oxuduğu dövrlə bağlıdır.

Mərasimdə çıxış edən Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov qeyd edib ki, bu gün Avropanın enerji məkanında öz töhfəsini verən Azərbaycanın neft-qaz strategiyasının təməlinin qoyulması məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Eləcə də ümumi neft strategiyasının həyata keçirilməsi sahəsində, iqtisadiyyatın müxtəlif sahəsində nailiyyətlər əldə edilib. Ulu öndərin neft strategiyası Azərbaycanın müstəqilliyinə, onun dünyada rolunun və nüfuzunun daha da artmasına xidmət edib. Məhz bu səbəbdən də o, qədirbilən Azərbaycan xalqının qəlbində daim yaşayacaq. Bu təhsil ocağında ulu öndərin barelyefinin qoyulması da tarixi əhəmiyyət daşıyır.

Sonda tədbir iştirakçıları ADNA-nın tarix muzeyində ali təhsil ocağının keçdiyi yol, eləcə də ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotostendlərlə tanış olublar. 

ƏDALƏT

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov