Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

13 May 2011 - �18

 

Dünya Bankının nümayəndələrinə layihə çərçivəsində görülmüş işlər barədə məlumat verilib

 

Mayın 6-da təhsil naziri Misir Mərdanov Dünya Bankının ölkəmizdə səfərdə olan missiyasının üzvləri - təhsil üzrə baş mütəxəssis Meskerem Mulatu, təhsil mütəxəssisi Nino Kutateladze və proqram yardımçısı Səbinə Cəfərova ilə görüşüb.

Təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamladıqdan sonra missiyanın ölkəmizdə olduğu müddətdə Təhsil Nazirliyində keçirdiyi görüşlərin, apardığı müzakirələrin, nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə müsbət təsir edəcəyinə inandığını bildirib. Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə (TSİİL) çərçivəsində görülən işlərdən söz açan nazir xüsusilə kurikulumun tətbiqi istiqamətində atılmış uğurlu addımlardan danışıb, bu sahədə əldə olunmuş nailiyyətləri və bir sıra məsələləri diqqətə çatdırıb. Təhsil naziri ibtidai siniflərdə kurikulumun tətbiqinin monitorinqinin keçirildiyini, bununla bağlı maarifləndirmə işinin aparıldığını deyib. Bu məqsədlə xüsusi vəsaitlərin, valideynlər üçün tövsiyələrin hazırlanmasının zəruriliyini vurğulayan nazir, eyni zamanda ixtisasartırma təhsili üzrə keyfiyyətin yüksəldilməsinə dair reallaşdırılan tədbirləri də nəzərə çatdırıb.

Misir Mərdanov müəllimlərin işə qəbulu üzrə yeni qaydaların hazırlanmasının, məktəb kitabxanalarının zənginləşdirilməsinin, təhsil müəssisələrinin akkreditasiyasının aparılmasının və digər həyata keçirilən tədbirlərin TSİİL çərçivəsində görülən işlər kimi əhəmiyyətini qeyd edib, habelə bu layihəyə uyğun olaraq rasionallaşdırma və adambaşına maliyyələşmə sahəsinin də diqqət mərkəzində olduğunu bildirib.

Dünya Bankının təhsil üzrə baş mütəxəssisi Meskerem Mulatu səmimi qəbul və görülən işlər haqqında ətraflı məlumat verdiyi üçün təhsil naziri Misir Mərdanova təşəkkür edib. TSİİL çərçivəsində komponent koordinatorları ilə keçirilmiş görüşlər zamanı aparılan fikir mübadiləsi barədə danışan qonaq, eyni zamanda Təhsil Nazirliyinin Təhsilin idarə olunmasının məlumat sistemləri şöbəsi ilə Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin işinin təkmilləşdirilməsi üçün dəstək göstərilməsi, ixtisasartırma təhsili üzrə təlimlərin keçirilməsi məsələlərinə toxunub. Çıxışının sonunda layihənin gedişindən razılığını ifadə edən qonaq TSİİL üzrə digər komponentlərdən də söz açıb.

Sonda təhsil naziri Misir Mərdanov Dünya Bankının nümayəndələrinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, qarşılıqlı əməkdaşlığın bundan sonra da səmərəli nəticələr verəcəyinə əminliyini ifadə edib.
 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov