|
|
|
Tətbiqi
riyaziyyat və kibernetika fakültəsi çempion oldu |
|
|
|
Mayın 7-də Bakı Dövlət Universitetinin idman
meydançasında ümummilli lider Heydər Əliyevin
anadan olmasının 88-ci ildönümünə həsr olunmuş
idman yarışları qaliblərinin təntənəli
mükafatlandırılması mərasimi keçirilib. Tədbiri
açan rektor, akademik Abel Məhərrəmov bu günün
universitet həyatında əlamətdar olduğunu
bildirib. Artıq bir aydan çoxdur ki,
universitetdə ulu öndərin xatirəsinə həsr
olunmuş müxtəlif idman yarışları üzrə turnirlər
və futbol yarışları keçirilir. Futbol
yarışlarında universitetin 17 fakültəsi və
Moskva Dövlət Universitetinin Bakı filialının
komandaları təmsil olunublar.
Ulu öndərin anadan olmasının 88-ci ildönümünə
həsr edilən futbol çempionatında birinci yeri
tətbiqi riyaziyyat və kibernetika fakültəsi
qazanıb. İkinci yeri coğrafiya, üçüncü yeri isə
tarix və hüquq fakültələrinin tələbələri
tutublar. Qaliblərin mükafatlandırılma
mərasimindən sonra rektor I, II və III yerləri
tutanların universitetin Altıağacda yerləşən
tədris-təcrübə bazasına istirahətə
göndəriləcəklərini diqqətə çatdırıb.
BDU-nun Mətbuat və informasiya şöbəsi |
|
|
|
|
|
|
|
|
BİZ
TORPAQLARIMIZA QAYIDACAĞIQ! |
XANKƏNDİ |
26.12.1991 |
XOCALI |
26.02.1992 |
ŞUŞA |
08.05.1992 |
LAÇIN |
18.05.1992 |
XOCAVƏND |
02.10.1992 |
KƏLBƏCƏR |
04.04.1993 |
AĞDƏRƏ |
07.07.1993 |
AĞDAM |
23.07.1993 |
CƏBRAYIL |
23.08.1993 |
FİZULİ |
23.08.1993 |
QUBADLI |
31.08.1993 |
ZƏNGİLAN |
29.10.1993 |
|
|
|
|
|
|
|