Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

13 May 2011 - 18

 

Ötən ay Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə 1824 müraciət daxil olub

 

Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; faks:   496-37-61;   e-mail  ünvanı:   qaynar-xett@edu.gov.az) ötən ay 1824 müraciət daxil olub.

Müraciətlərin 1693-ü telefonla, 131-i elektron poçt vasitəsi ilə qəbul edilib. Əksəriyyəti (1655 müraciət) sorğu və məlumat xarakterli olan müraciətlərin 198-də təhsil müəssisələrində yol verilmiş nöqsanlardan bəhs olunur. Müraciətlərin əksər hissəsi ümumtəhsil məktəblərinə, digər bir qismi məktəbəqədər təhsil, ali və orta ixtisas təhsili, məktəbdənkənar tərbiyə, texniki peşə təhsili müəssisələrinə, eləcə də xaricdə təhsil məsələlərinə aiddir.

Sorğu xarakterli müraciətlər ölkə və beynəlxalq fənn olimpiadaları, təhsil sisteminin maliyyələşdirilməsi, xaricdə təhsil, əlavə təhsil, ayrı-ayrı təhsil pillələrinə qəbul, ümumtəhsil məktəblərinin buraxılış siniflərində, ali və orta ixtisas təhsili sistemində yeni qiymətləndirmə sistemi, təhsil sənədlərinin alınması, nostrifikasiyası, buraxılış imtahanlarının və fənn olimpiadalarının təşkili, keçirilməsi, nəticələrinin öyrənilməsi, təhsil müəssisələrinə, xüsusilə ümumtəhsil məktəblərinə vakant yerlərə müəllimlərin müsabiqə yolu ilə işə qəbulu qaydaları, növbəti dərs ilində birinci siniflərə şagird qəbulu, müəllimlərin dərs yükü normaları, dərs yükünün  bölünməsi və s. ilə əlaqədar olub. Bütün bu sorğular "Qaynar xətt" xidmətinin növbətçi əməkdaşları tərəfindən qəbul edilib, qeydə alınıb və cavablandırılmaqla həllini tapıb.

Aprel ayında daxil olmuş şikayət məzmunlu müraciətlərin təhlili göstərir ki, onların çoxu yenə də ümumtəhsil məktəbləri ilə əlaqədardır. Belə ki, Bakı şəhər ümumtəhsil məktəblərindən 57, digər şəhər ümumtəhsil məktəblərindən 20 (Gəncədən 5, Sumqayıtdan 14, Naftalandan 1), Abşeron rayonundan 10, Lerik rayonundan 6, Ağcabədi rayonundan 4, Cəlilabad, Biləsuvar, Şamaxı, Bərdə və Ağdam rayonlarının hər birindən 3, Yardımlı, Qəbələ və Daşkəsən rayonlarının hər birindən 2, Ağstafa, Qazax, Cəbrayıl, Lənkəran, Balakən, Kürdəmir, Göygöl, Zaqatala, Kəlbəcər, Şabran, Ağdaş, Saatlı, Qobustan, Ucar, Goranboy, Quba, Beyləqan və İmişli rayonlarının hər birindən 1 şikayət məzmunlu müraciət daxil olub.

Ümumtəhsil məktəbləri ilə bağlı şikayətlərin əsas hissəsi məktəb direktorlarının idarəetmədə yol verdiyi nöqsanlar, dərs bölgüsündən narazılıq, imtahan və olimpiada nəticələrindən apelyasiya, bir sıra məktəblərdə tədrisin keyfiyyətsiz təşkili, müəllimlərin əməkhaqlarından qanunsuz tutulmalar ilə əlaqədardır. Araşdırma zamanı xeyli müraciətdə ad, soyad, telefon nömrəsi göstərilsə də onların anonim olduğu aşkarlanıb, bir sıra müraciətdə isə qeyd olunan faktlar öz təsdiqini tapmayıb.

Ötən ay məktəbəqədər təhsil müəssisələri ilə əlaqədar "Qaynar xətt"ə daxil olan şikayətlərin sayı mart ayına nisbətən 2 dəfə çox olub. Belə ki, 26 müraciətin 22-si Bakı, 2-si Sumqayıt şəhərlərindən və 1-i Lerik rayonundan edilib. Bu müraciətlər uşaq bağçalarına qəbul, uşaqlara verilən yeməklərin keyfiyyəti, müxtəlif tədbirlərin keçirilməsi üçün tələb olunan vəsait, məktəbəqədər müəssisələrin iş rejiminin valideynlərin iş saatları ilə uyğun gəlməməsi və digər mövzuları əhatə edir. Məktəbdənkənar tərbiyə müəssisələri ilə bağlı 2 şikayət xarakterli müraciət qəbul olunub. Bu müraciətlər araşdırılaraq həllini tapıb.

Texniki peşə təhsili müəssisəsi ilə əlaqədar 1, dövlət ali və orta ixtisas təhsili müəssisələri ilə bağlı 7, özəl ali təhsil müəssisələri ilə əlaqədar 26 müraciət daxil olub.

Dövlət ali və orta ixtisas təhsili müəssisələrindən daxil olan şikayətlərdə əsasən təhsil sənədlərinin gecikdirilməsi və təhsil haqqının ödənilməsi ilə bağlı məsələlər əksini tapıb.

Özəl ali təhsil müəssisələrindən daxil olmuş 26 müraciətdən 1-i Odlar Yurdu (diploma rüsum istənilməsi haqqında), 1-i Təfəkkür (ABU-dan köçürülən tələbələrin təhsil haqqı ilə əlaqədar), 24-ü isə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universiteti ilə bağlı olub. Azərbaycan Beynəlxalq Universitetindən daxil olan müraciətlərdə bu təhsil müəssisəsinin sabiq tələbələrinin sənədlərinin verilməsində yaranan problemlərdən bəhs olunur. Bütün bu müraciətlər Təhsil Nazirliyi tərəfindən araşdırılıb.

Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə cari ilin aprelində daxil olmuş müraciətlərdə qaldırılmış məsələlərin 90 faizindən çoxu öz həllini tapıb.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov