Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

13 May 2011 - �18

 

Respublika rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldı

 

Ümumtəhsil məktəblərinin şagirdləri arasında ümummilli  lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə  həsr olunan   "Heydər Əliyev və müstəqil Azərbaycan"  mövzusunda rəsm müsabiqəsinə  yekun vurulub. Mayın 7-də  T. İsmayılov adına  Uşaq-Gənclər Yaradıcılıq Sarayının  "Uşaq dünyası" rəsm qalereyasında müsabiqə qaliblərinin mükafatlandırma mərasimi keçirildi.

Tədbirdə  Azərbaycan Respublikası təhsil nazirinin müavini Elmar Qasımov, Təhsil  Nazirliyinin  Tərbiyə və məktəbdənkənar müəssisələr  şöbəsinin müdiri Ağababa İbrahimov, şöbənin aparıcı məsləhətçisi  Təranə Aslanova,  Bakı  Şəhəri üzrə Təhsil  İdarəsinin Məktəbdənkənar təhsil sektorunun aparıcı məsləhətçisi  Rövşən Əliyev, Bakı şəhər məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri  və  digər qonaqlar iştirak edirdilər.

Tədbir iştirakçılarını salamlayan  təhsil nazirinin  müavini  Elmar Qasımov  Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq təhsil müəssisələrində ulu öndər Heydər Əliyevin  anadan olmasının 88-ci ildönümünə həsr olunmuş çoxlu sayda rəsm müsabiqələrinin, elmi-praktik konfransların keçirildiyini söylədi. Qeyd etdi ki, bütün bunlar  şagirdlərin  ümummilli liderə  sonsuz məhəbbətinin təzahürüdür. Hamıya məlumdur ki, Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyev  uşaqları çox sevirdi.  Onlarla çoxsaylı  görüşlərində , bayram şənliklərində  uşaqlar  dövlət  rəhbərinə  öz işləri, təhsildəki uğurları barədə bir növ hesabat verir, görkəmli şəxsiyyətə  sonsuz məhəbbətlərini, sevgilərini  ifadə edirdilər.  Uşaqlara  böyük  sevgi və məhəbbət bəsləyən ulu öndər  həmişə onlara  xatırladırdı: "Siz müstəqil Azərbaycanın övladlarısınız. Siz müstəqil Azərbaycanda doğulmusunuz, dünyaya gəlmisiniz və ilk addımlarınızı atırsınız. Bu  böyük bir xoşbəxtlikdir. Çünki siz bu dövlətin müstəqilliyi şəraitində  dünyaya gəlmiş övladlarımız, Azərbaycanın gələcək vətəndaşlarısınız"�

Ümummilli liderin  bu müdrik kəlamları  uşaqları  bir daha  ruhlandırır,  onların yaradıcılıq  qabiliyyətlərini,  Vətənə, torpağa,  təbiətə, təhsilə  məhəbbətlərini birə-beş artırır.

Nazir müavini  E.Qasımov  vurğuladı ki,  uşaq və yeniyetmələr arasında  rəsm müsabiqəsinin  keçirilməsində  əsas məqsəd də onları ulu öndər Heydər Əliyev nümunəsində tərbiyə etmək, istedadlı,  yaradıcı gənclərin bilik və bacarıqlarını  üzə çıxarmaqdır. Müsabiqənin şəhər, rayon mərhələsində 10 minə yaxın məktəbli iştirak edib,  respublika mərhələsinə  350 rəsm işi  təqdim edilib. Peşəkar rəssamlardan ibarət  münsiflər heyəti tərəfindən seçim aparılıb, 18 rəsm işi qalib elan olunub.

Sonra müsabiqə qaliblərinin  adları açıqlandı.

Nazir müavini  E.Qasımov ümummilli lider Heydər Əliyevə  böyük məhəbbətlərini, istək və arzularını  kağız və kətan üzərində  rəsmlərin dili ilə ifadə edən  müsabiqə qaliblərinə   diplom və hədiyyələr təqdim etdi.

Tədbirdə çıxış edən qonaqlar  ulu öndərin balalarımızla olan bütün çoxsaylı görüşlərində uşaqların ünvanına söylədiyi əvəzsiz və bənzərsiz sözləri   xatırlatdılar. Onlar  Nizami rayonu  UYM-nin dərnək üzvü  Tural Həsənovun "Təhsil millətin gələcəyidir", "Müstəqilliyimiz əbədidir", "Yaşasın müstəqil Azərbaycan", 115 nömrəli orta məktəbin  XI sinif şagirdi  Nilufər Eldarlının "Heydər Əliyev uşaqlar arasında", "Uşaqlarımız gələcəyimizdir" və s. rəsm əsərlərini yüksək dəyərləndirərək şagirdlərə   təhsillərində  böyük nailiyyətlər  arzuladılar.     

Mərasimdə 46 nömrəli  Məktəbdənkənar tərbiyə işi mərkəzinin  dərnək üzvü, 4-cü sinif şagirdi  Rauf Əliyevin ulu öndər  Heydər Əliyevə həsr etdiyi şeirini  məharətlə ifa etməsi  iştirakçıları məftun etdi.

Tədbirin yekununda "Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda nümayiş olunan rəsmlərə  baxış keçirildi. 

Sifai SƏFƏROVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov