Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

13 May 2011 - �18

 

Təhsil Nazirliyinin "Qaynar xətt" xidməti: "- Sizi dinləyirik!"

 

Son illər ölkə vətəndaşlarının böyük əksəriyyətinin mütəmadi olaraq istifadə etdiyi bu koordinatlar: 496-34-82; 496-37-61: faks: 496-37-61; e-mail ünvanı: [email protected] Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinin əlaqə vasitələridir. Hər gün onlarla, bəzən yüzlərlə insanın müraciət etdiyi "Qaynar xətt" xidmətinə  daxil olan müraciətlərin heç biri cavabsız qoyulmur, zəng vuran şəxsləri maraqlandıran suallara cavab verilir və onları narahat edən məsələlərin həlli istiqamətində ciddi işlər aparılır.

Bəs görəsən, "Qaynar xətt" xidmətinin işi necə təşkil olunur? Onun fəaliyyətində hansı qaydalara əməl olunur?  Vətəndaşlar tərəfindən edilən müraciətlərlə bağlı nə kimi tədbirlər həyata keçirilir? Həmin suallarla Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin böyük məsləhətçisi, "Qaynar xətt" xidmətinin koordinatoru Ənvər İmanova müraciət etdik. 

"Qaynar xətt" xidmətinin əsası 2002-2003-cü tədris ilində qoyulub 

Ənvər İmanov bildirdi ki, Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinin əsası 2002-2003-cü tədris ilində qoyulub. Ali və orta ixtisas təhsili müəssisələrində həmin dərs ilinin imtahan sessiyalarının təşkili və keçirilməsi haqqında Təhsil Nazirliyinin 495 və 496 nömrəli əmrlərinin müvafiq bəndləri ilə nazirlikdə "Qaynar xətt" xidməti yaradılıb. 2002-2003-cü tədris ilində "Qaynar xətt" xidməti nazirliyin  Ali və orta ixtisas təhsili idarəsində və rəhbərlik yanında Aparatda fəaliyyət göstərib. "Qaynar xətt" xidmətinin yaradılmasının məqsədi imtahan sessiyalarının təşkili və keçirilməsi ilə əlaqədar tələbələrin və ictimaiyyətin ətraflı məlumatlandırılmasını təmin etmək, eyni zamanda imtahanlarda yarana biləcək neqativ halların qarşısını almaq, tələbə və valideynlərin şikayətlərinə yerində baxılması və müvafiq tədbirlərin görülməsini təmin etməkdən ibarət olmuşdur. 2002-2003-cü tədris ilindən başlayaraq hər il qış və yay imtahan sessiyaları dövründə "Qaynar xətt" xidməti fəaliyyət göstərib.

"Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı"nın (2004-2006-cı illər) təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 2004-cü il tarixli, 377 nömrəli Sərəncamının, Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının qərarlarının icrasının təmin edilməsi məqsədilə Təhsil Nazirliyinin 2 may 2006-cı il tarixli, 295 nömrəli əmri ilə nazirlikdə korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupu yaradılmaqla "Qaynar xətt"in işi gücləndirildi. Həmin əmrlə işçi qrupun fəaliyyəti üçün "Qaynar xətt" xidmətinə daimi telefon xətləri ayrıldı. Bundan sonra "Qaynar xətt"in lazımi texniki avadanlıqla təchizatına başlanıldı.

Azərbaycan Respublikası Prezidentinin "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə" 28 iyul 2007-ci il tarixli, 2292 nömrəli Sərəncamının icrası məqsədilə təhsil naziri Misir Mərdanovun 4 dekabr 2007-ci il tarixli əmri ilə Təhsil Nazirliyinin "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya"nın icrası ilə bağlı 2007-2011-ci illəri əhatə edən fəaliyyət planı təsdiq olunmuşdur. Həmin fəaliyyət planında öz əksini tapan müddəalardan bir neçəsi Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinin qaydalarının tərtibi və təsdiqi, "Qaynar xətt" xidmətinin işinin səmərəliliyinin yüksəldilməsi məqsədilə könüllülərin cəlb edilməsi və onların təlimatlandırılması, "Qaynar xətt" xidmətinə daxil olan məlumatların Təhsil Nazirliyinin İnternet saytında, KİV-də dərc edilməsi və yayılması, təhsil müəssisələrində yaradılan "Qaynar xətt"lərin qaydalarının hazırlanması və təsdiq olunması, adıçəkilən xidmətə daxil olan şikayətlərin, mətbuatda dərc olunan yazıların işçi qrupu və QHT nümayəndələri ilə birgə müzakirələrin təşkili ilə bağlı idi.

Bütün bunların  həyata keçirilməsi Təhsil Nazirliyində fəaliyyət göstərən Korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupuna tapşırıldı. "Qaynar xətt" xidməti də öz fəaliyyətini məhz həmin müddəalarda nəzərdə tutulan məsələlər əsasında qurub və bu xidmət Təhsil Nazirliyinin Korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupunun tərkibində fəaliyyət göstərir. Nazirliyin "Qaynar xətt" xidmətinin fəaliyyətinin və vətəndaşların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi barədə təhsil nazirinin 17 mart 2009-cu il tarixli əmrində Korrupsiyaya qarşı mübarizə üzrə işçi qupunun tərkibinə yenidən baxılaraq üzvləri  müəyyənləşdirilmiş, "Qaynar xətt" xidmətinin iş qrafiki təsdiq olunmuşdur. Bundan sonra xidmətin  fəaliyyətinin daha da təkmilləşdirilməsi, onun səmərəliliyinin artırılması məqsədilə bir sıra tövsiyələr və təkliflər nəzərə alınaraq  işlər həmin istiqamətdə qurulub. 

Xidmətin qaydalarının müəyyənləşdirilməsində beynəlxalq təşkilatların tövsiyəsi nəzərə alınıb 

Ənvər İmanov "Qaynar xətt" xidmətinin fəaliyyət qaydalarının müəyyənləşdirilməsində beynəlxalq təşkilatların tövsiyələrinin nəzərə alındığını, xüsusilə Amerika Hüquqşünaslar Assosiasiyası Mərkəzi Avropa və Avrasiyada Hüquq Təşəbbüsü (ABA CELİ) Təşkilatının hüquq təhsili üzrə nümayəndələri ilə Təhsil Nazirliyinin sıx əməkdaşlıq etdiklərini bildirdi. Qeyd etdi ki, adıçəkilən təşkilatın birbaşa yardımı sayəsində "Qaynar xətt" xidmətində çalışan növbətçilərin 2006-ci ilin əvvəlində 4 ay müddətində treninqi keçirilib, müvafiq sənədlər hazırlanıb. Görülən işlərin nəticəsi olaraq "Qaynar xətt" xidmətinin daha səmərəli fəaliyyəti təmin olunub. Həmin növbətçilər Təhsil Nazirliyinin ayrı-ayrı struktur bölmələrində, şöbələrində çalışan mütəxəssislərdir.

"Qaynar xətt" xidmətinə zənglər Təhsil Nazirliyinin Korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupunun əməkdaşları tərəfindən qəbul edilir. Zənglərin qəbulu zamanı şikayətçidən maksimum dərəcədə statistik məlumat əldə etməyə cəhd göstərilir. Hazırlanmış xüsusi məlumat blankında şikayətçinin adı, soyadı, atasının adı, ünvanı və əlaqə telefonu qeyd olunur. Məlumat blankında şikayətin məzmunu aydın və lakonik şəkildə öz əksini tapır. Şikayətin qısa məzmunu zənglərin qeyd jurnalına yazılır.

"Qaynar xətt" xidmətinin işi barədə mütəmadi olaraq ictimaiyyətə məlumat verilir. Belə ki, hər ay xidmətə daxil olan müraciətlərin xülasəsi hazırlanaraq mətbuata açıqlanır. İldə 2 dəfə "Qaynar xətt" xidmətinin fəaliyyəti ilə bağlı Təhsil Nazirliyində mətbuat konfransı keçirilir. 

Təhsil naziri Misir Mərdanov vaxtaşırı şəxsən özü zəng edənlərin müraciətlərini dinləyir 

Təhsil nazirinin  şəxsən özünün "Qaynar xətt" xidmətinə nəzarət etdiyini deyən Ənvər müəllim bunun xidmətin nüfuzunun daha da artmasına, fəaliyyətinin keyfiyyətli təşkilinə, eyni zamanda bu işə cavabdeh olan şəxsləri daha məsuliyyətli və ciddi olmağa sövq etdiyini bildirdi. Qeyd etdi ki, cənab nazir "Qaynar xətt" xidmətində olarkən, bura zəng vuranların müraciətlərini  şəxsən özü dinləyir. Müraciətdə səsləndirilən sorğuları cavablandırır, lazım olduqda isə vətəndaşların müəyyən problemlərinin həlli istiqamətində aidiyyəti şöbələrə, müvafiq qurumlara həmin dəqiqə konkret göstərişlərini verir. Elə vaxt olur ki, təhsil naziri Misir Mərdanova müraciət edən şəxsi narahat edən məsələ, mahiyyətindən asılı olaraq, anındaca həllini tapır. Nazir daha sonra növbətçilik qrafikinin tərtibində hansı prinsiplərin həyata keçirilməsi haqqında  tapşırıqlarını, eyni zamanda müəyyən məsələlərlə bağlı burada çalışanlara dəyərli tövsiyələrini verir. Nazirin adi vətəndaşlarla səmimi ünsiyyəti, problemlərin həlli ilə bağlı köməyi həm də ictimaiyyətin bizə olan inamını artırır. Təhsil nazirinin qərarlarından biri də "Qaynar xətt" xidmətinə müraciət edənlərin zənginə birbaşa nazir müavinlərinin, şöbə müdirlərinin şəxsən özlərinin cavab vermələri ilə bağlı olub ki, artıq 2 ildir ki, bu da öz həllini tapıb. Belə ki, təhsil nazirinin müavinləri, şöbə müdirləri təsdiq olunmuş növbətçilik qrafiki üzrə hər gün müəyyən saatlarda zəngləri dinləyir. Onlar  "Qaynar xətt" xidmətinə daxil olan müraciətlərdə araşdırma xarakterli məsələləri nəzarətə götürür, onun həllinə qədər olan prosesi izləyirlər. Təbii ki, vətəndaşları maraqlandıran suallara birbaşa bu sahə ilə məşğul olanların cavab verməsi, təhsildə baş verən yeniliklər barədə mütəxəssis şərhi, nəticə etibarı ilə ancaq işin xeyrinə olur. 

Müraciətlər hansı səpgidə olmasından asılı olaraq müvafiq qaydalara uyğun müddətdə həll olunur 

Ənvər İmanov müraciətlərin telefon və ya elektron poçt vasitəsilə qəbul edildiyini söylədi. Bildirdi ki, müraciətlərin əksəriyyəti əsasən sorğu xarakterli olur və  təhsilin bütün sahələrini əhatə edir. Zəng vuranlar ölkəmizdə təhsillə bağlı həyata keçirilən proqramlar, beynəlxalq layihələr, beynəlxalq fənn olimpiadaları, IX və XI siniflərdə, ali və orta ixtisas təhsili sahəsində tətbiq edilən yeni qiymətləndirmə sistemi ilə bağlı, həmçinin buraxılış imtahanları, fənn olimpiadalarının təşkili və nəticələrinin öyrənilməsi, xaricdə təhsil, ümumtəhsil məktəblərinə vakant yerlərə müəllimlərin müsabiqə yolu ilə işə qəbul qaydaları, yeni dərsliklərin, əyani və metodik vəsaitlərin nəşri, məktəb tikintisi  və digər məsələlərlə bağlı sorğu xarakterli  müraciət edirlər.

"Qaynar xətt" xidmətinə daxil olan şikayət xarakterli müraciətlər araşdırılır, onların başvermə səbəbləri aşkarlanır və tezliklə aradan qaldırılması istiqamətində konkret tədbirlər həyata keçirilir. Aprel ayı ərzində "Qaynar xətt" xidmətinə 1800-ə yaxın müraciət daxil olub ki, onlardan da 160-dan çoxu şikayət, qalanları isə sorğu və məlumat xarakterli idi. Mart ayının təhlili isə göstərir ki, zəng vuranların 35 faizi anonimdir. Onlar ya özlərini təqdim etmir, yaxud adı və ya ünvanı barədə yanlış məlumat verirlər.

Zənglər anonim olsa da, orada göstərilən faktlar nəzarətə götürülür və onların nə dərəcədə düzgün olub -olmaması öyrənilir. "Qaynar xətt" xidməti bütün müraciətlərə dərhal reaksiya verir, heç bir zəng cavabsız qalmır. Xidmətə edilən müraciətlərin hansı səpgidə olmasından asılı olaraq ya danışıq əsnasında, ya 3 gün müddətinə və ya xüsusi araşdırma tələb olunduğu halda vətəndaşların müraciətlərinə baxılması qaydalarına uyğun müddətdə həll olunur. Adi vaxtlarda gün ərzində "Qaynar xətt" xidmətinə 50-60, imtahanlar dövründə isə 1 gündə 200-300, hətta bundan da çox müraciət olur. 

Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinin fəaliyyəti beynəlxalq birlik tərəfindən müsbət qiymətləndirilib 

Almaniyanın "Beynəlxalq şəffaflıq" korrupsiyaya qarşı qlobal  Birliyi ("Transparency İnternational") tərəfindən 4 ölkənin (Azərbaycan Respublikası, Çexiya Respublikası, Keniya və Moldova Respublikası) hökumət qurumlarında fəaliyyət göstərən 14 "Qaynar xətt" xidmətinin fəaliyyəti araşdırılaraq  təhlil olunub. Həmin dövlət qurumlarından biri də Təhsil Nazirliyinin "Qaynar xətt" xidməti olub. Hazırlanmış hesabatda qeyd olunur ki, "Vətəndaşları "Qaynar xətt"lərdən istifadə etməyə həvəsləndirmək məqsədi ilə Azərbaycanda Vergilər Nazirliyi və Təhsil Nazirliyi tərəfindən zənglərin anonim qəbul olunmasına imkan yaradılır". Hesabatda daha sonra bildirilir ki, QHT-lərlə birgə əməkdaşlıq modeli Azərbaycanda tətbiq edilir. "Azərbaycan Respublikası Təhsil Nazirliyi yerli gənclər təşkilatlarını  və "Beynəlxalq şəffaflıq" korrupsiyaya qarşı qlobal Birliyinin Azərbaycan milli bölmələrinin əməkdaşlarını "Qaynar xətt"in işinin təşkilində iştiraka dəvət edib".

Hazırlanmış hesabatda təklif olunur ki, "Azərbaycan, Çexiya, Moldova və Keniya təcrübəsində tətbiq olunan hər bir komponent və təcrübədən uğurla keçmiş beynəlxalq dərslər fəaliyyət zamanı istifadə olunsun".

Ənvər İmanov bizimlə söhbətinin sonunda qeyd etdi ki, Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətində çalışan mütəxəssislər öz işlərinə məsuliyyətlə və ciddi yanaşaraq ictimaiyyətin onlara olan etibarını hər zaman doğrultmağa çalışırlar. 

Samirə KƏRİMOVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov