Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

13 May 2011 - �18

 

Azərbaycan nümayəndə heyəti Qazaxıstanda səfərdə olub

 

Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru, professor Asəf Zamanov və Azərbaycan Dillər Universitetinin tədris işləri üzrə prorektoru, professor Natiq Yusifov 1-6 may 2011-ci il tarixlərində Qazaxıstan Respublikasında ezamiyyədə olmuş, Astana şəhərində 3-5 may tarixlərdə keçirilmiş "İslam Ölkələrinin Təhsilin Keyfiyyətinin Təminatı Agentlikləri Assosiasiyası"nın iclaslarında iştirak etmişlər. Türkiyə, Şimali Kipr, Malayziya, Qazaxıstan, Azərbaycan, Bəhreyn, Uqanda, Bosniya, Səudiyyə Ərəbistanı, Bruney, Pakistan, Əfqanıstan və digər islam ölkələrinin (cəmi 17 ölkə) mütəxəssislərinin iştirakı ilə adıçəkilən assosiasiya təsis edilmişdir. Assosiasiya İslam ölkələrində ali təhsilin keyfiyyətinin təminatı üçün məsuliyyət daşıyan qurumların işinin idarə olunmasına kömək məqsədilə təsis edilmiş qeyri-hökumət təşkilatıdır. Assosiasiyanın əsas məqsədi İslam dünyası ölkələrində ali təhsilin keyfiyyətini yüksəltmək, təhsilin keyfiyyətinin yüksəldilməsi ilə məşğul olan qurumların mütərəqqi təcrübəsinin mübadiləsi və bu sahədə əməkdaşlığın genişləndirilməsindən ibarətdir. Bu məqsədlə keyfiyyətin təminatı prinsipləri və standartları hazırlanır, treninqlər təşkil edilir, məsləhət xidmətləri yaradılır. Assosiasiyanın əsasnaməsinə görə, yalnız tamhüquqlu üzvlər assosiasiyanın rəhbərliyində və idarəetmədə iştirak edə bilərlər. İnanırıq ki, Azərbaycan mütəxəssislərinin də təmsil olunduğu assosiasiya təhsilin keyfiyyətinin yüksəlməsinə öz təsirini göstərəcək və Azərbaycan təhsilinin dünya elm və təhsil sisteminə inteqrasiyasına kömək edəcəkdir.

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevin Astana şəhərindəki muzeyinə ekskursiya iştirakçılarda xüsusi təəssürat yaratdı.

Səfər zamanı təhsil işçilərinin ixtisasının artırılması və yenidənhazırlanması, professional hazırlığın elmi-metodiki müşayiəti, ixtisasartırma və yenidənhazırlanma kurslarının qarşılıqlı fəaliyyət sistemi ilə tanışlıq, ixtisasartırma və yenidənhazırlanma üzrə proqram mübadiləsi və onların qiymətləndirilməsi, müdavimlər üçün birgə mühazirə və məşğələlərin təşkili, elmi-tədqiqat fəaliyyətində birgə iştirak, seminar və mühazirələrin keçirilməsi üçün professor-müəllim heyətinin mübadiləsi, iş təcrübəsinin öyrənilməsi və innovativ layihələrin hazırlanması üçün pedaqoji və rəhbər işçi qruplarının mübadiləsi, beynəlxalq təhsil layihələrində birgə iştirak, birgə regional və beynəlxalq elmi-praktik simpozium, konfrans, seminar və treninqlərin keçirilməsi, dövri nəşrlərin mübadiləsi məqsədi ilə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu və Astana Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma  İnstitutu arasında elm və təhsil sahəsində əməkdaşlığa dair müqavilə də bağlanmışdır. Müqaviləni Azərbaycan tərəfdən professor Asəf Zamanov, Qazaxıstan tərəfdən dosent Lyudmila Sainova imzalamışlar.

Qeyd etmək lazımdır ki, bu müqavilə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun son 3 ildə beynəlxalq əməkdaşlıq sahəsində imzaladığı sayca 13-cü müqavilədir.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov