Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

13 May 2011 - 18

 

Peşə liseyinin direktoruna "Qabaqcıl təhsil işçisi" döş nişanı təqdim edildi

 

Mayın 10-da 5 nömrəli Bakı Peşə Liseyində  liseyin direktoru, əməkdar müəllim  Mərhəmət Aslanovanın Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunması ilə əlaqədar tədbir keçirildi. Tədbirdə  çıxış edən liseyin direktoru Mərhəmət Aslanova  qonaqları salamlayaraq rəhbərlik etdiyi təhsil ocağının qazandığı uğurlar, təhsil sahəsində islahat Proqramına uyğun tədris prosesinin təşkili, dərslərdə təlimin müasir forma və metodlarından, yeni təhsil texnologiyalarından istifadə etməklə tədrisin elmi, nəzəri və metodiki səviyyəsinin artırılması, şagirdlərdə Vətənə, xalqa, onun sərvətlərinə məhəbbət hisslərinin aşılanması sahəsində  görülən işlər haqqında  ümumi məlumat verdi. 

Bildirdi ki, hazırda 5 nömrəli BPL-də  kompüter üzrə operator, radio-televizor operatorları mexaniki, mühasib-fərdi kompüter operatoru, avtomobil təmiri üzrə çilingər, avtomobil sürücüsü ixtisasları üzrə 294 şagird  təhsil alır. Bu gün  burada oxuyan  şagirdlər   Vahid Əhmədov, Qızqayıt Ələkbərova, Yeganə Rəhimova, Hicran Yusufova kimi  qabaqcıl müəllim və istehsalat təlimi ustalarından  seçdikləri peşələri   həvəslə öyrənirlər.  

Təhsil ocağında  şagirdlərlə dərsdənkənar vaxtlarda aparılan təlim- tərbiyə işləri də  liseyin pedaqoji kollektivinin qarşısında duran əsas vəzifələrdən biridir. Bu sahə təlim- tərbiyə prosesinin tərkib hissəsi olub, şagirdlərin dərsdənkənar asudə vaxtlarının səmərəli təşkilində mühüm rol oynayır.

Tədbirdə iştirak edən Təhsil Nazirliyinin baş məsləhətçisi Kamil Ağamalıyev peşə liseyinin direktoru Mərhəmət Aslanovanın 40 ildən yuxarı müxtəlif təlim-tərbiyə müəssisələrində rəhbər vəzifələrdə işləməsindən söz açdı.   Onun ustad bir pedaqoq olduğunu  və  indiyə kimi qazandığı  uğurları  qeyd etdi.

Sonra  Kamil Ağamalıyev  Azərbaycan Respublikası Təhsil Nazirliyi adından respublikanın "Qabaqcıl təhsil işçisi" döş nişanını və vəsiqəsini liseyin direktoru Mərhəmət Aslanovaya təqdim edərək onu təbrik etdi.

Həmin gün onu təbrik edənlər  arasında vaxtilə dərs demiş, hazırda Azərbaycandan kənarda yaşayan sevimli şagirdləri də var idi.

Şakir CƏFƏROV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov