Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

20 May 2011 - �19

 

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva "Eurovision-2011"
mahnı müsabiqəsində qələbə qazanmış Azərbaycan nümayəndələrini qəbul ediblər

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Almaniyanın Düsseldorf şəhərində keçirilmiş "Eurovision-2011" mahnı müsabiqəsində qələbə qazanmış Azərbaycan nümayəndələrini mayın 16-da qəbul etmişlər.

Dövlət başçısı nümayəndələri təbrik edərək dedi:

-Mən sizi ürəkdən təbrik edirəm. Siz "Eurovision" mahnı müsabiqəsində ölkəmizi çox ləyaqətlə təmsil etmisiniz, böyük qələbə qazanmısınız. Bu qələbə ölkəmizin qələbəsidir, sizin qələbənizdir. Bu qələbə ilə siz bütün Azərbaycan xalqını sevindirmisiniz. Yəqin bilirsiniz ki, qələbədən sonra dərhal minlərlə insan küçələrə çıxıb sizin qələbənizi qeyd etdi. Azərbaycan bayrağı dalğalanırdı. Biz çox gözəl anlar yaşadıq. Siz doğrudan da ölkəmizi ləyaqətlə təmsil etdiniz.

Biz "Eurovision" müsabiqəsində dördüncü dəfədir ki, iştirak edirik. Bütün bu illərdə yaxşı nəticələr göstərmişik. Ancaq bu nəticə əlbəttə ki, ən gözəl nəticədir və zirvədir.

Onu da deyə bilərəm ki, "Eurovision"da iştirakımızın təşəbbüskarı Heydər Əliyev Fondu, Mehriban xanım olmuşdur. Biz bu yarışa onun təşəbbüsü ilə qoşulduq və bütün bu illərdə Heydər Əliyev Fondu, Gənclər və İdman Nazirliyi, İctimai Televiziya və digər qurumlar çox fəal işlədilər. Hər il biz qələbəyə daha da yaxınlaşırdıq.

Bu müsabiqə deyə bilərəm ki, dünyanın ən mötəbər mahnı müsabiqəsidir. Əlbəttə ki, bu, Avropa ölkələrini əhatə edir. Ancaq hesab edirəm ki, dünya miqyasında buna oxşar ikinci müsabiqə yoxdur. Tamaşaçı auditoriyası haradasa 100 milyondan artıq idi. Belə mötəbər yarışda birincilik əldə etmək tarixi qələbədir. Bu, ilk növbədə sizin qələbənizdir. Mən sizi bir daha təbrik edirəm. Bu, Azərbaycan gəncliyinin, Azərbaycan xalqının və Azərbaycan dövlətinin qələbəsidir. Bu, artıq tarixdə qalacaqdır. Siz də artıq tarixdə varsınız. "Eurovision" tarixində Azərbaycan öz sözünü demişdir. Bu, əlbəttə ki, hamımızı çox sevindirir.

Mən sizi bir daha təbrik edirəm! Sizə uğurlar arzulayıram! Əminəm ki, bundan sonra da siz ölkəmizi ləyaqətlə təmsil edəcəksiniz. Beləliklə, Azərbaycan bu sahədə də dünyada öz sözünü dedi. Biz idmanda qələbələrə öyrəşmişik. İdmançılarımız müxtəlif yarışlarda qələbələrlə bizi sevindirirlər. Bu sahədə isə birinci qələbədir.

Bir daha sizi təbrik edirəm və sizə yeni uğurlar arzulayıram!

Sonra Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva "Eurovision-2011" mahnı müsabiqəsinin qaliblərini təbrik etdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Eldar Qasımov təşəkkür edərək dedi:

-Mən Sizi təbrik etmək istəyirəm. Çünki bu, bizim qələbəmizdir, bütün Azərbaycanın qələbəsidir.

Sonda xatirə şəkli çəkdirildi.  

AzərTAc

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Rəsmi" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov