Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

20 May 2011 - 19

 

Bakı Avropa Liseyinin 20  illiyi qeyd olundu

 

Nəinki paytaxtımızın, həm də ölkəmizin ən nümunəvi ümumtəhsil müəssisələrindən biri olan Bakı Avropa Liseyinin 20 yaşı tamam olur.

Bu münasibətlə mayın 15-də Heydər Əliyev adına Respublika  sarayında yubiley mərasimi keçirildi. Yubileydə möhtəşəm bir tədbir hazırlanmışdı. Onun bədii hissəsində ancaq liseyin şagirdləri çıxış edirdilər. Tədbirdə liseyin 1060 şagirdindən 780 nəfəri iştirak edirdi. 

Tədbir qeyri-adi rəqs nömrələri ilə başlandı. Sonra Bakı Avropa Liseyinin direktoru, psixologiya elmləri üzrə fəlsəfə doktoru, əməkdar müəllim Zülfiyyə Veysova mərasimi açaraq qonaqları salamladı,  onlara bu möhtəşəm zalda liseyin yubileyini birgə qeyd etmək üçün  toplaşdıqlarına görə minnətdarlığını bildirdi. O həmçinin hamını "Eurovision-2011" müsabiqəsində Azərbaycanın qələbəsi münasibəti ilə təbrik etdi.

Sonra söz şagirdlərə verildi. Aparıcılar qonaqlara liseyin yaranma tarixi və inkişaf yolu haqqında  danışdılar. Konsert proqramının birinci hissəsi bir sıra siniflərin liseyə həsr olunmuş rəqs, mahnı, səhnəcik və videoçarxlardan ibarət təbrik çıxışlarından ibarət idi.  Əvvəlcə  məktəbin ibtidai sinif şagirdləri çıxış etdilər. Yaşlarının az olmasına baxmayaraq, müxtəlif rəqs nömrələrini məharətlə nümayiş etdirən balacalar tamaşaçılar tərəfindən alqışlarla qarşılandılar.

Aparıcılar  bütün konsert boyu liseyin uğurları haqqında  geniş məlumat verdilər. Bildirdilər ki, Bakı Avropa Liseyi Azərbaycanda istedadlı uşaqlar üçün yaradılmış birinci və unikal təhsil müəssisəsi olaraq təhsildə çoxlu sayda innovasiyalar tətbiq etmiş və təhsil islahatına öz töhfələrini vermişdir. Bu təhsil ocağının yetirmələri dünyanın müxtəlif ölkələrində Azərbaycanın adını ucaldırlar. İstər təhsil və elm, istər idman, istərsə də incəsənət sahəsində böyük nailiyyətlər əldə edirlər.

Konsert proqramı çox zəngin və orijinal çıxışlarla yadda qaldı. Səhnədəki çıxışlar bir-birini əvəz etdikcə zalda fərqli bir canlanma yaranırdı.  Çünki çıxışlar bir-birindən gözəl idi.  İbtidai sinifləri  orta təhsil pilləsinin şagirdləri əvəz etdikcə repertuardakı məzmun dolğunluğu diqqəti cəlb edirdi. Söylənilən şeirlər, oxunan mahnıların məzmununda Azərbaycana, ana dilimizə, doğma xalqımıza  və  doğma təhsil ocağına  məhəbbət əks olunurdu.

Şagirdlərin siniflə və fərdi çıxışları yüksək peşəkarlıq səviyyəsi  ilə tamaşaçıları heyrətləndirirdi. Bəzi şagirdlərin ifaçılıq qabiliyyəti onlarda əsl istedadın olmasını, gələcək "Eurovision" və digər musiqi müsabiqələri üçün potensialın mövcudluğunu  təsdiq edirdi. 2a1 sinif şagirdi Hüseyn Həsənovun  ifasında korifey sənətkarımız Müslüm Maqomayevin repertuarından  seçilmiş "Azərbaycan" mahnısı tamaşaçıları ayağa qalxmağa məcbur etdi.

4r2  sinif şagirdi Nuranə Əhmədova,  2r2  sinif şagirdi Kərimov Rüstəm, 8a1 sinif şagirdi Akif Hacıyev,  11r2 sinif şagirdi Aydan Nurəlizadə,  9a sinif şagirdi Fərhad Abbasov, 9r1 sinif şagirdləri Cavid Məmmədov və Nərminə Abbasova yüksək səviyyəli vokalı ilə seçilirdi. Liseyin skripkaçıları, bədii qimnastika ustaları da öz məharətlərini nümayiş etdirdilər.

Konsert proqramının ikinci hissəsi Azərbaycana həsr olunaraq,  onun tarixi məqamlarını və mədəniyyətini, vətənə olan sevgini  əks etdirirdi. IX-X sinif şagirdlərinin vətənpərvərlik mövzusunda hazırladıqları kompozisiya isə hamını vəcdə gətirdi. Kompozisiya müharibə şəraitində yaşayan Azərbaycanın qələbə çalacağına inamına həsr olunmuşdu.

Yubileydə liseyin məzunları da iştirak edirdilər. Onlar doğma liseylərini təbrikə əliboş gəlməmişdilər. Məzunlarını yenidən səhnədə görmək müəllimlərin qəlbində qürur hissi yaratdı.

Tədbirə valideynlər də qoşulmuşdular. 3r1 sinif şagirdləri öz valideynləri ilə birlikdə səhnədə liseyi təbrik etdilər. Ata-anaların məktəbli formasında lisey haqqında ifa etdikləri mahnı və rəqs gur alqışlarla qarşılandı.

 Yubileydə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov və digər hörmətli qonaqlar iştirak edirdilər.

Təhsil naziri Misir Mərdanov çıxış edərək liseyin rəhbərliyini, müəllim kollektivini, şagirdləri və valideynləri 20 illik yubiley münasibətilə təbrik etdi.

Misir Mərdanov liseyin fəaliyyəti haqqında danışaraq qeyd etdi ki, Bakı Avropa Liseyi Azərbaycan təhsilində islahatların həyata keçirilməsində böyük rol oynayan təhsil müəssisəsidir. Bakı Avropa Liseyi inkişaf etmiş xarici ölkələrin hər hansı bir məktəbi ilə yarışa girməyə qadir olan bir tədris ocağıdır.  İzlədiyimiz bu tədbirin yüksək səviyyədə təşkili, keçirilməsi, müəllim və şagird kollektivinin əməyi bunu bir daha sübut edir. Təhsildə olan bütün layihələrə birinci Bakı Avropa Liseyi qoşulur, sonra isə bütün Bakı məktəbləri də bu təcrübədən yararlanırlar. Lisey daim təhsil yeniliklərinin təşəbbüsçüsü kimi çıxış edir.

Liseyin müəllim kollektivi haqqında yüksək fikirdə olan nazir buradakı müəllimlərin peşəkarlığından danışdı. Bakı Avropa Liseyində işləməyin çətinliyini, hər müəllimin bu çətinliyə dözə bilmədiyini xüsusilə qeyd edən  nazir liseyin  bugünkü uğurlarında müəllimlərin böyük rolu olduğunu vurğuladı.

Çıxışının sonunda təhsil naziri Bakı Avropa Liseyinin müəllimlərinin bir qisminin   "Qabaqcıl təhsil işçisi" döş nişanı və Təhsil Nazirliyinin Fəxri fərmanları ilə təltif olunduğunu bildirdi, liseyin müəllimlərini təbrik etdi, onlara işlərində uğurlar arzuladı.

Liseyin direktoru  Zülfiyyə Veysova da, öz növbəsində, müəllimlərin liseyin Fəxri fərmanları ilə təltif edildiyini söylədi, onları təbrik etdi.

Böyük konsert proqramı onlarca nömrədən ibarət olsa da, tamaşaçıların marağını axıra qədər cəlb etdi. Liseyçilər 4 saat müddətində zalı həyəcan içində saxlamağa nail oldular. Liseyin həm ibtidai, həm də yuxarı sinif şagirdləri gözəl musiqi nömrələri ilə öz doğma liseylərini ürəkdən təbrik etdilər.  Şagirdlər bir də təsdiq etdilər ki, onlar əsl istedadlı uşaqlardır. 

Y.ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov